Yer kürəsində bir gün 25 saat olacaq
Yer kürəsində bir gün 25 saat olacaq.
Adalet.az xəbər verir ki, Münhen Texniki Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, Yer planetinin fırlanması ləngiməyə meyllidir. Bu səbəbdən hazırda 24 saat olan yer gününün müddətinin uzadılaraq 25 saata çevrilməsi mümkündür. Hesablamalara görə, təxminən 200 milyon ildən sonra Yer kürəsində bir günün uzunluğu 25 saat olacaq. Münhen Texniki Universitetinin alimləri qeyd edirlər ki, proses bu gün də davam edir və məsələn, 200 milyon il əvvəl yer üzündə bir günün müddəti 23 saat idi. O dövrdə planetimizdə dinozavrlar yaşayırdı.
Alimlər qeyd ediblər ki, məsələn, 1,4 milyard il əvvəl Yer kürəsində bir sutkanın uzunluğu 18 saat 41 dəqiqə olub. Ölçmələr yerin altında xüsusi hermetik sahədə, 6 metr dərinlikdə quraşdırılan dairəvi lazerin köməyi ilə aparılır. Bu şərtlərdə xarici amillərin təsiri minimuma endirilir. Mütəxəssislər qeyd edirlər ki, hava şəraitinin və iqlimin dəyişməsi qismən bu göstərici ilə bağlıdır.
Digər Xəbərlər
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45


Bakı -°C

