adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Sentyabr 2019 12:45
11602
GÜNDƏM

YƏQİN HƏMİN ERMƏNİLƏRİ GÜL-ÇİÇƏKLƏ RUSİYAYA YOLA SALARIQ

Tolerant ölkəyik axı. Oxuyuram ki, Rusiya vətəndaşıolan iki erməni əllərini-qollarını sallayıbgəlib çıxıblar Gəncəyə, rahat bir oteldəyerləşiblər, sonra da bir maşına oturubgediblər Çaykəndə, xeyli şəkillər çəkiblər. Camaat şübhələnibtutublar və görüblər ermənidirlər,veriblər hüquq-mühafizə orqanlarına.

Ermənilər onsuz da Bakını su yolunadöndəriblər. Elə o günlərdə biri gedib Gəncədə qonşularıyla çay-zad içmişdi. Burda hələ iş də tapırlar özlərinə, deyəsən mənzillə də təmin olunurlar.

Yadınızdadırsa bir neçə il bundanəvvəl biri Rusiyadan gəldi Binəqədidə onun evinə yığışan azərbaycanlıları məhkəməyə verdi , bizim «doblestnıy» məhkəmə də erməninihaqlı çıxartdı, mənzili qaytarıbverdi özünə. O da yəqin kiməsə kirayə veribçıxıb gedib.

Bunları başa düşdük ey, amma bir şeyi başadüşmədik. Neçə gündür qəzetlər, sosial şəbəkələr,saytlar yazır, hələ heç birdövlət orqanı bu barədə rəsmi məlumat yaymayıb.

Görünür, hansısa qohumları yüksək vəzifədədi.