adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 09:54
77
KRİMİNAL
A- A+

Yeniyetmənin əmisi tərəfindən öldürülməsi ilə bağlı rəsmi məlumat

Fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu  xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, ilkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam edir.