Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır
4-9 avqust 2015-ci il tarixdə Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək.
Proqrama əsasən, avqustun 4-5-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Əsgər Məmmədəliyev (42 kq), Röyal Ağamalıyev (46 kq), İslam Bazarqanov (50 kq), Sabutay Əmişov (54 kq), Qadisa Geriya (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq), Emin Nəcəfzadə (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmoyevin (100 kq) mübarizə aparması planlaşdırılır.
Avqustun 6-7-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 6 qız güləşçimiz – Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova (49 kq), Tatyana Varantsova (52 kq) və Şəbnəm Həmidova (56 kq) çempion adı uğrunda yarışacaq.
Və nəhayət, son 2 yarış günü, yəni avqustun 8-9-da yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə Kamran Pənahov (42 kq), Zaur Nuriyev (46 kq), Rəcəbəli Nəsirov (50 kq), Kənan Cəfərov (54 kq), Kamran Mirzəliyev (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Camal Feyziyevi (100 kq) daxil edib.
Beynəxalq dərəcəli hakim Qədi Quliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37