" Yenilməz batalyon" - Tarixi hadisədən 119 il ötür
Bu gün “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Yenilməz batalyon” filminin yaranmasına səbəb olan hadisənin ildönümüdür.
Adalet.az xəbər verir ki, Yaponiyaya qarşı müharibədə bir çox gəminin itməsi və Rusiyada get-gedə artan iqtisadi problemlər 1905-ci ilin 27 iyununda “Potyomkin” zirehli gəmisində rus əsgərlərinin çara qarşı qiyamına səbəb oldu.gəldi. Bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi.Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər.
Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.
On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı. Rusiyaya qayıdanları isə həbs edib məhkəməyə verdilər.
Qeyd edək ki, bundan sonra gəminin matroslarının bir hissəsi Azərbaycana göndərildi və Zaqataladakı köhnə qalada həbsdə saxlanıldı. “Azərbaycanfilm” kinostudiyası onların taleyinin bir qismini “Yenilməz batalyon” filmində əks etdirib. Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi bu film 1966 -cı ildə ekranlara çıxıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

