Yeni virusla bağlı risk qrupunda olanlar açıqlandı
İnsan metapnevmavirusu (hMPV) əsasən, öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.
Adalet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, gənc uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə, astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir.
Digər Xəbərlər
14 May 2026 10:08
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR: SN qaydaları izah edir
14 May 2026 10:05
Lisenziya pozuntularına görə kim cəzalanır - həkim, yoxsa klinika?
14 May 2026 09:58
Hantavirusa yoluxma necə baş verir? - Hande Harmancı DANIŞDI
13 May 2026 15:31


Bakı -°C

