Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - AÇIQLAMA

"Bu, əhalini maraqlandıran məsələ olduğu üçün fikirimi bildirmək istərdim. Yeni nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq burada yaşayış yeri və verilmə tarixi göstərilməlidir. Bu, indiki şəxsiyyət vəsiqələrində yoxdur. Bir də beynəlxalq aviasiya təşkilatının tələbinə uyğun olaraq fotoşəkil məsələsi qoyululub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Dəqiqləşdirmə aparmaq istərdim. Şəxsiyyət vəsiqələri hansısa müddətə dəyişdirilməlidir? Bu həm də böyük maliyyə vəsaiti deməkdir", -deyə deputat bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli cavab olaraq qeyd edib ki, narahatlıq üçün heç bir əsas yoxdur:
"Vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsinin tələbləri olacaq. Mövcud şəxsiyyət vəsiqələri qüvvədədir, işləyir və heç kim üçün əlavə ödəniş mövcud deyil".
Digər Xəbərlər

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO

DTX-dən əməliyyat - Ofis və mənzillərdəki kameralara müdaxilənin qarşısı alındı

Səhiyyə naziri institutun yeni rektorunu kollektivətəqdim edib

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

Bu şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır
