adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Mart 2019 18:16
8971
MƏMLƏKƏT

YENİ QOBUSTANIN FƏRƏHLİ DÖVRÜ

(əvvəli ötənsaylarımızda)

Hazırda rayonda4416 nəfər əmək pensiyası, 2710 nəfər sosial müavinət, 92 ailə Ünvanlı DövlətSosial Yardımı alır. Bir ailəyə düşən orta Ünvanlı Dövlət Sosial Yardımının məbləği191,07 manat təşkil edir.

2018-ci ildəHeydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Novruz Bayramında bayramsovqatı verilmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsindəisə hər bir aztəminatlı ailəyə 100 manat maddi yardım göstərilmişdir.

Heydər ƏliyevFondu tərəfindən rayonun Təsi kəndində şəhid ailəsi Cəmilova Firəngiz Məhəmmədqızı üçün 0,6 ha qoz bağı salınmış, suvarma sistemi ilə təmin edilmişdir.

Qobustan şəhərində1 Qarabağ əlili və 1 şəhid ailəsinin hər biriüçün 2 mənzilli, 2 Qarabağ əlili üçün isə 3 mənzilli yaşayış evinintikintisi başa çatmış, bu il istifadəyə verilməsi gözlənilir. Qobustan şəhərindəŞəhid Valeh Babayevin xatirəsinə möhtəşəm abidə-bulaq kompleksi yaradılmışdır.

İcra hakimiyyətitərəfindən ənənəvi olaraq 2018-ci ildə də 520 aztəminatlı ailəyə il ərzində 4 dəfəolmaqla bayram sovqatı verilmiş, 20 nəfərəmüxtəlif maddi yardımlar göstərilmişdir.

Rayonda çağırışyaşlı vətəndaşların orduya çağırışı daim nəzarətdə saxlanılır. 2018-ci ildə 237çağırışçı gənc ordu sıralarına göndərilmiş, 271 nəfər ordudan tərxisolunmuşdur.

2018-ci il ərzindəcinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin,fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdənqorunması sahəsində qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinəyetirilmişdir.Hesabat dövründə rayon ərazisində 26 cinayət hadisəsi qeydəalınmışdır ki, bunlardan 11-i az ağır, 15-i isə böyük ictimai təhlükə törətməyəncinayətlər olmuşdur. Onu da qeyd edək ki, ümumilikdə 2017-ci illə müqayisədəcinayətlərin sayı 16 faiz azalmışdır. Ağır və xüsusilə ağır cinayət hadisəsibaş verməmişdir. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayət hadisəsi qeydə alınmamışdır.

Rayonda vətəndaşlarınmüraciətlərinə daim diqqət və qayğı ilə yanaşılır. 2018-ci ildə Qobustan rayonİcra hakimiyyətinin başçısı aparatına Azərbaycan Respublikası PrezidentininAdministrasiyasından 150, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 11,Azərbaycan Respublikasının Milli Məclisindən 2, digər mərkəzi İcra hakimiyyətiorqanlarından 19 vətəndaş müraciəti daxil olmuşdur. Birbaşa Rayon İcra Hakimiyyətinə 2018-ci ildə283 təklif, ərizə və şikayət daxil olmuşdur. Azərbaycan RespublikasıPrezidentinin Administrasiyasından daxilolmuş 7 şikayət ərizəsi nəzarətdə olmuşdur.

Müraciətlərdən130-u ərizə , 151-i şikayət , 2-si isə təklifolmuşdur.

Ərizələrdən26-sı və ya 20 faizi müsbət həll edilmiş, 98-nə və ya 76,1 faizinə müvafiqizahat verilmiş, 1-i və ya 0,8 faizi aidiyyəti üzrə göndərilmiş, 3-ü və ya 2,3faizi qismən həll olunmuşdur. 1-i və ya 0,8faizi baxılmamış saxlanılmışdır.

2018-ci ildərayon İcra hakimiyyətinin başçısı tərəfindən 31 rəsmi qəbul keçirilmiş, bu qəbullarda 152 nəfər,yerlərdə keçirilmiş 40 səyyar qəbulda isə 3209 nəfər iştirak etmiş, onlardan 93nəfər vətəndaş müraciət etmişdir. Müraciətlər əsasən yolların təmiri, məktəbtikintisi, uşaq bağçalarının açılması, elektrik xətlərinin təmiri, torpaqproblemləri ilə bağlı olmuşdur. Bu məsələlər nəzarətə götürülmüş və ardıcılolaraq həll edilir. Qobustan rayonu İcra hakimiyyətinin başçısı aparatında gənckadrların seçilib yerləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ilin əvvəlinəİcra hakimiyyətinin başçısı aparatında 8 vakansiya olduğu halda, hazırda 4vakansiya vardır. Aparatda dövlət qulluqçuları üzrə orta yaş həddi 36 yaşdır.

2018-ci ilrayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də bir sıra uğurlarlayadda qalmışdır.

AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsindəson illərdə rayonda 16 yeni məktəb binası tikilmiş, 4 məktəb əsaslı təmir edilmiş, 1 məkəb üçün 10 əlavə sinifotağı inşa edilmişdir. 1 məktəbin tikintisinə başlanmışdır. Məktəblərinmaddi-texniki bazası möhkəmləndirilmiş, ənmüasir avadanlıq və texniki qurğularla təmin olunmuşdur. Rayon məktəblərinin70,0 faizi müasir tələblərə tam şəkildə cavab verən, yeni inşa edilmiş və ya əsaslıtəmir edilmiş məktəblərdir.

CənabPrezidentin təşəbbüsü ilə ənənəvi hal almış əhalinin ümumi dispanserizasiyası, əhalininsağlamlığının qorunması tədbirləri bu il də davam etdirilmişdir. Ümumilikdə 24min 810 nəfər tibbi müayinəyə cəlb edilmişdir.1104 nəfər ambulator, 81 nəfərstasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 4 nəfər əməliyyatolunmuşdur. Bütün bu diqqət və qayğı əhali tərəfindən minnətdarlıqla qarşılanırvə çox mühüm əhəmiyyətə malikdir. Bu il də tibbi müayinənin vaxtındabaşlanılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

Qobustan İdmanKompleksinin istifadəyə verilməsi, İdman məktəbinin maddi-texniki bazasınıngücləndirilməsi, yeni tikilən çoxsaylı məktəblərdə idmana yaradılan şərait,qurulan infrasturuktur, yeni idman bölmələrinin fəaliyyətə başlaması yeniyetməvə gənclər arasında idmanın kütləviliyinə nail olunmasına şəraityaratmışdır. 2018-ci ildə Karate üzrə 2qat Dünya çempionu İbad Rzazadə Ukraynanın Xarkov şəhərində keçirilənKempo-karate və Kobudo döyüş növləri üzrə Dünya çempionatında yenidən fərqlənərək3-cü dəfə Dünya çempionu adını qazanmış, onun yetirməsi isə yaşıdları arasındadünya ikincisi olmuşdur.

Hesabat dövründərayonda quruculuq-abadlıq işləri davam etdirilmişdir. Daxili imkanlar hesabınaQobustan şəhərində Şahmat məktəbinin inzibati binasında son tamamlama işləriaparılır.

Bu il Qobustan şəhərində1 ədəd 3 mərtəbəli, 2 ədəd birmərtəbəli, 2 ədəd 2 mərtəbəli binalar təmiredilmişdir. Rayonun Cəmcəmli kəndində həkim ambulatoriyası tikilərək istifadəyəverilmişdir.

2018-ci ildə Qobustan şəhərində və kəndlərdə 5000-dənartıq müxtəlif növ ağac, 3500-dən artıqqızılgül kolu əkilmişdir.

Heydər ƏliyevProspektində ümumilikdə bütün sahələr abadlaşdırılmışdır. Eyni zamanda,Bakı-Şamaxı yolunun Qobustan şəhəri daxilindən keçən hissəsində yolun sağ tərəfindəkisahələrdə də abadlıq işləri aparılmış, əraziyə 200-dən artıq müxtəlif növ ağac əkilmişdir.

AzərbaycanRespublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqedilmişdir. Proqramda Qobustan rayonu üzrə bir sıra mühüm tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulmuşdur.

Ölkəmizdəaparılan uğurlu islahatlar, Cənab Prezidentin verdiyi tövsiyə və tapşırıqlar, qəbuledilmiş Dövlət Proqramları, başlanmış işlər respublikamız və eləcə də Qobustanrayonu üçün 2019-cu ilin daha uğurlu bir inkişaf ili olacağını deməyə əsasverir.

MəzahirƏHMƏDZADƏ