Yeni istifadəyə verilmiş qatarları daşa tutdular
Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.
ADY-dən Adalet.az-a verilən məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.
“Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

