Yeni iPhone Novruz bayramında təqdim olunacaq
Apple şirkəti bir sıra KİV-ə martın 21-də baş tutacaq məhsul təqdimatına dəvətnamələr göndərib, Adalet.az xəbər verir.
Bundan başqa, Apple dəvətnaməyə "Let us loop you in” sözlərini də əlavə edib ki, bunu da "Sizi məsələdən agah etməyə icazə verin” kimi tərcümə etmək olar.
Gözlənilir ki, şirkət mart təqdimatında iPhone 5SE smartfonunu təqdim edəcək. Bu telefonun iPhone 6s-in prosessoru və 8 MP ölçüsündə təkmilləşdirilmiş kamera ilə təchiz olunacağı bildirilir.
Bundan başqa, şəbəkədə həmin tarixdə 9,7 düym diaqonala malik yenilənmiş iPad-ın da təqdim olunacağı barədə informasiya yayılıb.
Digər Xəbərlər
26 Aprel 2024 15:45
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
25 Aprel 2024 17:44"Bakcell" ilə innovasiya dövrü başlayır - FOTO
25 Aprel 2024 17:38"Bakcell" Şuşada mağaza açacaq
23 Aprel 2024 19:13“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15