adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2018 12:14
42962
SAĞLAMLIQ

Yeməkdən sonra nə xəbərdir?

Sevdiyimiz şeylər o qədər zərərlidir ki...Sağlamlığımızı qorumaq, sağlam bir həyat yaşamaq öz əlimizdədir. Budur, oxuyun,yemək yeyəndən sonra bunları etmək olmaz.



O dəqiqə yatmayın: Yeməkdən dərhal sonra yatmaq dahəzm sisteminin yaxşı işləməməyinə və bağırsaq iltihablarına, mədənizinnarahatlığına səbəb olur. Xüsusilə də yeməkdən sonra o dəqiqə yatmaq kökəlməyinizəsəbəb olur.


Duş qəbul etməyin. Yeməkdən dərhal sonra duş qəbuletmək qan axışını əl və ayaqlara doğru çoxaldır. Həzm sistemi üçün də zərərlidir.


Gəzintiyə çıxmayın. Yediyiniz qidalardakı vitaminlərinhəzmə getməməsinə, yəni yediyimiz yeməyin fayda baxımından heç bir mənasınınqalmamasına səbəb olur. Gəzintini 1 saat sonraya saxlayın.

Əsla kəmərinizi boşaltmayın, yeməkdən sonra kəməriboşaltmaq bağırsaq düyünlənməsinə səbəb olur.

Çay içməyin. Şərq mədəniyyətinin ən vacib vərdişlərindənbiri olan yeməkdən sonra çay içmək də sağlamlıq üçün faydalı hesab olunmur. Yeməkdənsonra içilən çay tərkibində dəmir olan qida yeyilibsə, alınan dəmirin bədəniniztərəfindən istifadə olunmasının qarşısını alar.

Meyvə yeməyin. Yeməkdən sonra meyvə yemək mədənizinhava ilə dolmasına səbəb olur.

Siqaret çəkməyin. Araşdırmalaragörə yeməkdən sonra çəkilən 1 siqaret 10 siqaretə bərabərdir və xərçəng riskiniartırır.