adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2018 12:47
14984
ƏDƏBİYYAT

Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram...

Söz İlahi işarədir. Sözün gücüvar. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onunüzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarlaünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Sözadamı” layihəsinin növbəti qonağı yazıçı Mirmehdi Ağaoğludur.


- Bu yaxınlarda "85-ci gün” hekayəniz İslam ƏməkdaşlıqTəşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısahekayələr müsabiqəsində birinci yerə layiq görüldü. Bu münasibətlə sizi təbrikedirəm. Səhv etmirəmsə hekayə 3 il əvvəl dəAzərbaycan YaradıcılıqFondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan"Quran motivləri əsasında hekayələr” müsabiqəsi çərçivəsində birinci yertutmuşdu. Ümumiyyətlə, necədüşünürsünüz beynəlxalq müstəvidə buuğurun əldə olunmasında hekayə janrının hansı xüsusiyyəti olmalıdır ki, diqqəticəlb edə bilsin?

- Açığı bilmirəm. Məncə xüsusi bir resepti yoxdur. Sadəcə yaxşı hekayəyazmalısan. Kimlərsə elə bilir ki, İslam Əməkdaşlıq Təşkilatının keçirdiyimüsabiqəyə əvvəlcədən hazırlaşmışam, ora üçün xüsusi nəsə yazmışam. Elə bir şeyolmayıb. Belə bir müsabiqənin keçirildiyini öyrənəndə fikirləşdim ki, "Quranmotivləri əsasında hekayələr” müsabiqəsində qalib olan "85-ci gün” adlı hekayəmigöndərim. Əvvəla bu hekayə çox sevildi və müzakirə olundu, bizdə belə hekayəyazılmadığını deyənlər oldu. Bəzi dostlarım isə bu hekayəni türk dilinə çeviriborda çap etdirməyi məsləhət gördülər. Orda geniş maraq doğuracağını düşünürdük.Ancaq nədənsə bu arzum həyata keçmədi. İranda belə müsabiqənin olduğunu öyrənəndəisə dedim məqamı yetişib, yaxşısı budur əsəri ingilis dilinə tərcümə etdiribgöndərim müsabiqəyə. Yer tutar, tutar, tutmazsa da ən azından əlimdə ingilisdilinə tərcümə olunmuş mətn olar, xarici nəşriyyatlara yollayaram, münasib bilsələrçap edərlər. Bax, beləcə "85-ci gün” ün üzərində dayandım. Sənə başqa şey dədeyim, yəqin bir azca düşüncəsi olan adam İslam Əməkdaşlıq Təşkilatınınkeçirdiyi müsabiqəyə ateizm mövzusunda hekayə göndərməz. Əksi axmaqlıq olardı.Bəzən müsabiqələrin də qeyri-rəsmi, yazılmamış şərtləri olur. O şərtlərə əməletməlisən. Adətən Nobel mükafatının verilməsi ilə bağlı belə müzakirələr olur:Niyə Tolstoya mükafat vermədilər? Niyə Kundera, Filip Rot qala-qala Bob Dilan?Çünki mükafatın sahibini seçən jürinin müəyyən bir düşüncəsi, dünyagörüşü olur.O dünyagörüşü də bəzən əsərə qiymət verilməsinə təsir edir.

- Beynəlxalq müsabiqələrdə dil bilgisinin önəmi vacibdir. Bu bir növyazıçı üçün əlavə üstünlükdür. Bu haqda nə deyə bilərsiniz?

- Dil bilgisi mənim yaralı yerimdir. Açığı ingilis dilini bilmədiyimüçün İranda çox utandım. Demək olar ki, iflic vəziyyətində idim, lal adamlarkimi əl-qol hərəkətləri ilə danışırdım. Yaxşı ki, yanımda Azərbaycandan getmişbaşqa iştirakçılar da var idi. Çox vaxt onların yardımından istifadə edirdim.Buna görə də qərar vermişəm ki, ən qısa vaxta ingilis dilimi təkmilləşdirim.Daha 20-30 il əvvəlki kimi deyil, imkanlar genişdir. Xarici dil biləndən sonraadicə internet üzərindən xarici nəşriyyatlarla, dərgilərlə əlaqə yaratmaq olar,əcnəbi qələm adamları ilə yeri münasibət qurmaq olar. Buna görə də düşünürəmki, gənc yazarlar əsər yazmaqdan çox dil bilgilərin inkişaf etdirsələr dahayaxşı olar.

- Bu uğur həm də onu göstərdi ki, müasir Azərbaycan ədəbiyyatı heç dədüşünüldüyü kimi tənəzzül dövrünü yaşamır. Demək ki, ortada ciddi mətnlər var.Bəs bu mətnlərin dünya ədəbiyyatına çıxışı üçün hansı addımlar atılmalıdır?

- Bizim ən böyük problemimiz dil bilgisidir. İndiki zamanda təkcə anadili ilə irəli getmək olmaz. Bayaq da dedim ingilis dilini bildikdə asanlıqlaxarici nəşriyyatlarla əlaqəyə keçmək olar, xarici nəşrləri oxumaq olar. Əlbəttəbunlar fərdi inkişaf yollarıdır, ancaq ümumilikdə götürdükdə bu məsələdə dövlətinüzərinə böyük yük düşür. Ədəbiyyatımızın xaricdə təbliği məsələlərini yenidəngözdən keçirməlidirlər. Köhnəlmiş, üç-beş nəfərin marağına xidmət edən yollardanimtina etmək lazımdır. Gözümüzün qabağında ən azı Gürcüstan nümunəsi var.Onlardan öyrənə bilərik.

- Dünya ədəbiyyatında daha çox Nobel mükafatına layiq görülənyazıçılardan danışılır, onların əsərləri təriflənir və oxunur. Bu nə dərəcədədoğrudur? Yəni, bu mükafata layiq görülməyən dəyərli yazıçılar yoxdurmu?

- Bu cür siyahılar daha çox həvəskar oxucular üçün əhəmiyyət daşıyır.Peşəkarlar üçün elə bir bölgü yoxdur. Nobel mükafatının ilk dəfə təqdimolunduğu 1901-ci ildən bu yana nə qədər yazıçı var ki, adları mükafat alanlarsiyahısında yoxdu, ancaq XX əsr dünya ədəbiyyatının istiqamətini dəyişiblər.Yüzlərlə yazıçı var ki, Nobel almasalar belə sevə-sevə oxunurlar: Məsələn,Coys, Prust, Tomas Vulf, Borxes, Eko, Kundera, Əhməd Hamdi Tanpınar, ÇingizAytmatov. Siyahını nə qədər desən uzatmaq olar. Eləcə də Nobel mükafatı almışyazıçılar da var ki, unudulmuş kimidirlər.

- Sanki bizim ədəbiyyatda "iddiasızlıq” sindromu var. MəsələnPulitser mükafatına iddialı olmaq...

- Bildiyimi qədəri ilə Pulitser mükafatını əcnəbi müəlliflərə vermirlər.Ona görə də heç kəsi çaşdırma, nahaq yerə Pulitser mükafatına iddialıolmasınlar (gülür). Zarafat bir qırağa, hər hansı bir mükafatı düşünüb onunüçün yazmağı qəbul edə bilmirəm, xüsusən də beynəlxalq mükafatlar barədə xam xəyaladüşmək ən azı sadəlövhlükdür. Axı necə demək olar ki, filan əsərim Bukeralacaq? Əvvəla ona görə ki, qarşımızda bizdən asılı olmadan yaranmış maneələrvar, o maneələri aşmaq lazımdır. Yəni birdən-birə hopp edib Buker almaq olmaz.Bayaq dediyim kimi, ədəbiyyatımızın dünya səviyyəsinə çıxmağı üçün mühitlazımdır. Bunun üçün də dövlət səviyyəsində işlər görülməli, müəyyən islahatlaraparılmalıdır. Misal üçün, bizim yazıçıların əsərlərini çap edən xarici nəşriyyatlaraqrant ayırmaq olar və sair və ilaxır. Yəni bu məsələlərə korporativ səviyyədəyanaşmaq lazımdır ki, bəhrəsini görək.

- Çağdaş dövr ədəbi mühitində tənqidçilik daha çox tərif yönündə başa düşülür. Dostluq, münasibətlər hərhansı bir yazının tənqidi tərəfini bağlayır. Buna münasibətiniz necədir?

- Kim o cür düşünürsə səhv edir. Nəyinsə naminə həqiqətə göz yummaqlakimsə oxucuları aldatdığını düşünə bilər. Ancaq elə deyil, hamı hər şeyi yaxşıgörür. Dostluq münasibətlərinə görə və ya nəyinsə qarşılığında kimsə kiminhaqqındasa tərif dolu yazı yazırsa onun altını nə vaxtsa mütləq çəkir, həminobyektivlikdən uzaq yazı minaya çevrilib bir gün həmin adamın yolundapartlayaraq bioqrafiyasını şikəst edir. Oxucuları aldada bilərsən, həttahaqqında yazdığın yazıçını da aldada bilərsən, amma ədəbiyyatı aldada bilməzsən.O, xəyanəti bağışlamır.

- Bir neçə il öncə "Proloq” qəzetində silsilə yazılarınız dərolunurdu. Düzü sizi bu qəzetdə dərc olunan yazılarınızla tanımışam. Necədüşünürsünüz sosial medianın inkişafı, elektron kitablar qəzet və kitab sənayesinihansı şəkildə kölgədə qoyur, bunun mənfi və müsbət tərəfləri nədi?

- Təkcə bizdə yox, dünyanın hər yerində kağız mediasınınsıxışdırılması prosesi gedir. Ən əvvəl ona görə sosial media daha operativdir.Anında xəbərləri əldə edə bilirik. İkincisi xəbər əldə etmək yolları dəyişib.Əgər dünənə qədər kimsə hər hansı bir məsələyə münasibətini bildirmək üçün mətbuatkonfransı keçirir və ya qəzetə açıqlama verirdisə indi həmin adamla ictimaiyyətarasında vasitə aradan qalxıb, məsələn, Tramp Şimali Koreyanın nüvə sınaqlarıilə bağlı tvit, yazır bütün dünya anından onun münasibətindən xəbər tutur.Elektron kitabların ənənəvi kitabları üstələməsinə gəldikdə isə... Bu barədəLyosanın "Ədəbiyyatsız dünya necə olardı?” adlı çox gözəl bir essesi var, onutapıb oxumağı məsləhət görürəm. Düşünürəm ki, hələ uzun müddət kağız kitaboxumaq vərdişlərimizdən əl çəkməyəcəyik.

- Sosial mövzulara yaradıcılığınızda daha çox müraciət edirsiniz.Əslində bu hekayəni oxucu üçün daha maraqlı və səmimi edir. Bu səpkidə yazmaqsizə rahatdı, ya necə?

- Qarşıma sosial mövzuda yazmaq kimi öhdəlik qoymamışam. Hansımövzuda ürəyim istəyirsə, hansı mövzuda ağlıma hekayə gəlirsə o mövzuda dayazıram. Bu məsələlərdə tam azadam. Ancaq bəzən cəmiyyətdə baş verən elə hadisələrolur ki, onlar haqqında yazmasan olmur. Bildiyim qədəri ilə hazırda dünyada dasosial mövzulara maraq artır, yazıçılar bu mövzulara üstünlük verirlər.

- Ədəbiyyatdan başqahansı sahədə fəaliyyət göstərmək istərdiniz?

- Böyük məmuniyyətlə rəsm qalerayalarından birində kurator işləyərdim.Rəssamlığı çox sevirəm.

- "Ədəbiyyata gəlmək”,"Ədəbiyyatdan getmək” fikrinə münasibətiniz...

- Sözdür də deyirik. Ədəbiyyata gəlməyini və ya getməyini elan etməklənə ədəbiyyata gəlmək olur, nə də ədəbiyyatdan getmək olur. Bunlara əlahəzrətzaman özü qiymət verir: kim ədəbiyyata gəlsin, kim ədəbiyyatdan getsin, kimqalsın, kim qalmasın. Hətta ola bilər heç kəsin tanımadığı fağır bir şairin birbənd şeiri ədəbiyyat tarixində qalsın, ancaq ömrü boyu cild-cild kitablar yazanxalq şairinin bir misrası da yaddaşlara həkk olmasın.

- Keçmiş, yoxsa gələcək?

- "Gələcək” tarix boyu heç bir zaman indiki qədər maraqlı olmayıb.21-ci əsrdə bizi bir-birindən qeyri-adi hadisələr gözləyir, o hadisələr ki, hələheç bir fantastik əsərdə yazılmayıb, hələ heç kəsin ağlına gəlməyib. Onları heçxəyal da etməmişik. Bəşəriyyət artıq Marsa səyahət etməyə hazırlaşırıq. Otuz iləvvəl varlığını sehrli xalça kimi yalnız xəyal etdiyimiz nə qədər cihaz,elektron yeniliklər ətrafımızda var. Sabah bundan iki dəfə artığı, üç qatartığı olacaq. Bir də gördün əsrin axırına başqa planetlərdə koloniyalarqurduq. Bəşəriyyət artıq yeni bir mərhələyə qədəm qoymaqdadır. Ağlımıza gəlməyən,fantaziyamızın çata bilməyəcəyi maraqlı gələcək yaxınlaşır. Bu yaxınlarda YuvalNoah Hararinin "Homo Deus” adlı kitabını oxudum. İnsanlığın gələcəyindən bəhsedir. Açığı heyrət elədim, necə ki, nə vaxtsa meymunabənzər varlıqlardanbildiyimiz insana çevrilmişdik, deyəsən növbəti əsrdə də insandan tamamiləbaşqa bir varlığa çevriləcəyik. Bizə inanılmaz görünə bilər. Axı bizim indikosmosa uçmağımız, min kilometr məsafədən bir-birimizi görüb-eşitməyimiz dəinsanabənzər meymunların ağlına gəlmirdi. Ola bilsin gələcəyin insanı yarıkiporq, yarı insan varlıq olsun, ola bilsin süni zəka hər şeyə sahib çıxsın.Bunlara hələ elm özü də cavab tapa bilmir. Ona görə Harari kitabına "HomoDeus”, yəni "Tanrı insan” adını verib. Belə bir gələcəyi qoyub keçmişin peşinədüşmək nə qədər doğrudur?

Hə, gələcək haqqında bu qədər danışdım... Ancaq, Tural, sənə deyimki, bütün bunlarla birlikdə ağlımın bir küncündə mənim ideal bir məkanım, "cənnətim”var ki, həmin cənnət keçmişdə yerləşir. Özü də o qədər də uzaq keçmişdə yox, ötənəsrin səksəninci illərinin kəndində, doğulduğum kənddə. Və hərdən həmin oidillik mənzərə ilğım kimi gözlərimin qarşısında canlanır.

- Son olaraq "söz” haqqında sözünüz...

- Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram. Bəzən özümdən müxtəlifbəhanələr uydurub yazmaqdan qaçıram. Nə vaxt ki, görürəm artıq yazmasamolmayacaq, onda yazıram. Qabaq deyəsən belə deyildim, ağzıma gələni hüdüləyibtökürdüm. Yəqin get-gedə sözün dəyərini anlayıram. Adamlar olur e, həmişədeyirlər, hələ ibadətə hazır deyiləm, gərək əvvəl filan-filan işləri tərk edimki, sonra namaza başlayım və ya ziyarətə gedim. Bax məndə də bəzən sözə qarşıeyni həssaslıq yaranır. Sözün, yazmağın sehri, mistikası mənim üçün o qədərböyükdür ki, bu sakrallığı pozmamaq üçün özümlə sözün arasına sədd çəkirəm. Birşeyi də deyim. Məncə söz insanlığın ən böyük kəşfidir. O qədər böyük kəşfdirki, onun dəyərini anlayan əcdadlarımız uca göylərdən göndərildiyini iddiaetdikləri müqəddəs kitablarda sözün qiymətini belə vermişdilər: əvvəl sözvardı.


Söhbətləşdi: Tural Cəfərli