adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Dekabr 2017 12:14
159308
RUBRİKA

Yazılarımı yuxumda tamamlamışam... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların,hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşənbir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unudabilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşanadamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar,ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər,sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaqinsanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir,qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitikZiqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır.Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar HikmətOrhundur. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzularıntəhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Məncə, oyaqkənhəyata keçirə bilmədiklərimizi yuxudaykən gerçəkləşdirmək istəyidir, cəhdidir."Sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsi”deyəndə Froyd da eyni fikri deməyə çalışıb. Dəfələrlə yorğun olmuşam, əlimdəkiyazını qoyub, kəlləmi atıb yatmışam. Həmin yazı yuxuma girib ki, məniyazmalısan. Elə yuxudaca mətni tamamlayıb, oyananda kompüterə köçürmüşəm.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuyagörə planlarınızı qurursunuz?

-Mən plan qurmuram, necə gəldiyaşayıram. Gecənin bir vaxtına qədər yazır, oxuyur, musiqi dinləyir, sosialşəbəkələrdə avaralanıram, sonra da kəlləmi atıb yatıram. Mən yuxularıngerçəkləşəcəyinə inanmadığıma görə, həyatımı da onlardan asılı vəziyyətəsalmıram.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Yuxu yozmağı anam çox sevir.Bir də görürsən, yuxuda at görməyi elə şeyə bağlayır, az qalır bir-iki saatıniçində nişan apara, üzük taxa, toy eləyə, evləndirə məni. Yaxamı zar-zorqurtarıram hər dəfə. Düzü, bu kimi şeyləri nəzərə alıb, çoxdandır ona yuxudanışmıram.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Uşaq vaxtı dastanları çoxoxumuşam. Hər dəfə yuxuda dastan qəhrəmanınabuta veriləndə elə bilirdim, bir gün mənim də yuxuma bir ağ saqqallıkişi girəcək və dünyanın o biri başında yaşayan hansısa Gülgəzi mənə butaverəcək. Çox inanırdım, çox. Sonralar eşitdim ki, bu danışılanlar aşıqlarınuydurmalarıdır. Yəni mən mistika-zad boş şeydir, inanmıram, qaldı ki, yuxularınmistik hadisə olduğuna inanam. Şayət bir gün o ağ saqqalı kişi gəlib mənə butaversə, bəlkə də inanaram.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Heç bir yuxum çin olmayıb.Yuxarıda da dediyim kimi, yarımçıq qoyduğum yazılar olub, yuxuma girib,oyananda yazmışam. Bir sözlə, yuxularımı da özüm reallaşdırmışam, heç bir yuxumöz-özünə gerçəkləşməyib.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxuhansılardır?

-Mövlud Mövlud dünyasınıdəyişəndən sonra çox istəyirdim ki, onu yuxuda görüm, amma bizdən gedişininaltı ayı tamam olmasına baxmayaraq görə bilməmişdim. Nəhayət, yeddinci ayındagördüm. Bizim bir eloğlu var, Yusif İlhamoğlu. Yuxuda gördüm ki, o, Mövludunoğlu Ucalın əlindən tutub, mənə sarı gəlir. Nə qədər iri addım atırıq,biri-birimizə çata bilmirik. Sonra qəfil Yusiflə Ucal yoxa çıxır və onların yoxolduğu qaranlıqdan Mövlud peyda olur. Qucaqlaşmağa çalışırıq, nə illah edirik,biri-birimizi tuta bilmirik. Qəfil o daqeyb oldu. Zil qaranlıq dümağ oldu, boşluğa düşdüm. Oyananda qan-təriniçindəydim. O gün anladım ki, əgər ora varsa biz bir də ötəki dünyadagörüşəcəyik. O zamana qədər hər Bakıya gedəndə elə fikirləşirdim, Nərimanovagetsəm və Mövluda zəng eləsəm ki, gəl, çay içək. Deyəcək, "Dursunxana”da otur,çay de, gəlirəm.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələbilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür.Siz necə düşünürsünüz?

-Mən qabaq baxdığım davalıfimlərin davamını yuxuda görürdüm. Özüm o filmin qəhrəmanına çevrilirdim, çünkiçox inanırdım o filmlərə. Nənəm danışırdı ki, filmlərdə adamlar gerçəkdənöldürülür. Məh hər yuxu görəndə çalışırdım, zəif adamları xilas edim. Ona görədə, hava qaralmamış yatırdım ki, yuxu görüm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Babam idealım olub. Həmişə onaoxşamağa çalışmışam. Onu itirəndən sonra demək olar, hər üç gündən bir yuxudagörürəm. Maraqlı söhbətləri var idi o kişinin. İndi həmin söhbətlərəyuxularımda qulaq asıram. Bəzən nənəmi də görürəm, amma o gec gəlir, tez dəqeyb olur. Bir neçə dəfə iyirmi yaşında dünyasını dəyişən əmimi də yuxudagörmüşəm. Qabaqlar məndə belə bir fikir yaranmışdı ki, onun yaşına çatandaöləcəm.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var:"Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hərbirinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necəfikirləşirsiniz?

-İnsan yatarkən də proses davamedir. Yəni biri-biri ilə əlaqəsi olan, olmayan hadisələrin şahidi olur, lakingedişinə təsir edə bilmir. Sözsüz, yuxusunda baş verən hadisələrin gedişatınıdəyişə bildiyini iddia edən adamlar da var. Mən ümumun fikrini deyirəm. Ölümdənsonra həyatın olduğuna inansam, deyərdim, yuxular o biri dünyada bizi nələringözlədiyindən xəbər verir. İnana bilmədiyim üçün "yuxu – ölüm məşqidir” deyibkeçirəm.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzdagörmüsünüz?

-Nazim Hikməti tez-tez yuxumdagörürəm. Özü də "Masalların masalı” şeirini oxuyan yerdə. Ən sevdiyim şeirdir.Yatmazdan əvvəl öz-özümə mızıldanıram. Bir ara fransız boyakarı,impressionizmin yaradıcılarından Kamil Pissaronun əsərlərini izləyir, haqqındayazılar oxuyurdum. Elə o ərəfələrdə o saqqallı kişini də yuxuda görmüşdüm.Özüylə Günəş gətirmişdi yuxuma.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Məncə, yuxular reallıqla paralelşəkildə addımlasa da, insanı həqiqətə çatdırmır.