"Yazılanlara fikir vermirəm" - Mahir Emreli
“Yalan xəbərlər də daxil olmaqla, haqqımda çox şey danışıldı, yazıldı”.
Adalet.az xəbər verir ki, bu sözləri Almaniyanın “Nürnberq” komandasının azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqanın XXIX turunda “Kayzerslautern”lə keçirilmiş oyunda vurduğu qolu şərh edərkən deyib.
O, yazılanlara fikir vermədiyini, sakit və israrla öz üzərində işlədiyini bildirib: “Heç vaxt özümə olan hörməti itirmədim. Nəyə görə mübarizə apardığımı göstərdim. Vurduğum qol üç xaldan daha çox mənanı ifadə edir. Bunu mənə inanan hər kəsə - komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusən də azarkeşlərə həsr edirəm. İnanılmaz dəstəyinizə görə təşəkkürlər. Növbəti oyunda görüşərik”.
Qeyd edək ki, görüş “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

