Yazıçının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOLAR
jpg-1718263164.jpg)
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı -publisist, müasir ədəbiyyatımızın maraqlı imzalarından biri olan Sadıq Qarayevin 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə ədəbiyyat dünyasının söz xiridarları yubiliyarın əsərləri, kitabları , eyni zamanda onun vətənpərvər xarakteri ilə bağlı yaddaqalan fikirlər söylədi.
Yazıçıya AMEA Azad Həmkarlar İttifaqının, AYB-nin "Fəxri Diplomu", Milli Məclisin Mədəniyyət komitəsinin sədri, İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın təbrik məktubu təntənəli şəkildə təqdim edildi.
Tədbirdə Akademik Teymur Kərimli, AMEA Azad Həmkarlar Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, Fəlsəfə elmləri doktoru, Füzuli Qurbanov, AYB Poezya seksiyasının rəhbəri, Biologiyü elmləri doktoru professor Elman İgəndər, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı, publisist, şair Əkbər Qoşalı, AMEA A.Bakıxanov adına Tarix İnstititunun əməkdaşları Tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov, tarix üzrə fəlsəfə doktoru Yaqut Emirova, AMEA Fəlsəfə İnstitunun əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şabanov Zeynəddin, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zəki, AMEA Dilçilik İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, AYB üzvü şair Vəli Səfərov Qaracaylı, AYB üzvü şair, yazıçı Hacı Loğman Qorqud, şair-publisisit Arzu Heydərova, AYB üzvü şair Arzu Əsəd, AYB üzvü, yazıçı, hüquqşünas Lətifə Oruc, AYB üzvü, şair İlham Qazaxlı, AYB, çıxış etdilər.
Tədbir iştirakçıları Sadiq Qarayevi təbrik edib, ona uğurlu yaradıcılıq, can sağlığı, ailə səadəti arzuladılar!
Qeyd edək ki, Sadıq Qurban oğlu Qarayev 1974 – cü il 5 iyulda Naxçıvan MR – nın Şərur rayonunu Xanlıqlar kəndində anadan olub. 1991 ci ildə Bakı şəhər 5 nömrəli kimya –biologiya təmayyüllü liseyi bitirib.
Sadıq Qarayev 1997-ci ildə N.Tusi adına ADPU-nin biologiya –kimya fakultəsini bitirib. 1997-2000 ci illərdə AMEA Botanika institutunun aspirantura şöbəsində təhsil alıb. 2001-2002 –ci illərdə həqiqi hərbi xidmətdə olub.
2000-ci ildən AMEA Mərkəzi Nəbatat Bağının “Ağac və kol bitkiləri” laboratoriyasında kiçik elmi işçi, 2006 –ci ildən elmi işçi, 2012-ci ildən böyük elmi işçi, 2116-cı ildən isə icraçı aparıcı elmi işçi vəzifəsində çalışır.
S.Qarayev 2004-cü ildə “ Abşeron şəraitində palıd növlərinin bioekologiyası və becərilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2016- cı ildən AMEA Botanika institunun elmlər doktoru hazırlığı üzrə dissertantıdır. O ağac və kol bitkilərinin introduksiyası, yaşıllaşdırmada perespektivli növlərin seçilməsi və mühafizəsi sahəsi üzrə yüksək ixtisaslı mütəxəsis olmaqala , Azərbaycanın relikt dendroflorasının təsnifatlaşdırılması, bioekolji xüsusiyyətlərinin öyrənilməsi, müasir vəziyyətinin qiymətləndirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi , genofondunun yaradılması istiqamətində geniş elmi tədqiqat işləri aparır. Elmi tədqiqatlarının nəticələri yerli və xarici mətbuatda dərc olunmuş 31 elmi əsərdə öz əksini tapmışdır.
Müəllifin son illərdə meydana çıxmış irihəcmli “Sahilsiz Təzadlar”, “Sahibsiz kölgələr” romanları, povest, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlr” kitabı ədəbiyyatımızdakı ilk elmi-fəlsəfi bədii nəşr nümunələridir.
Sadıq Qarayevin ötən il yeni tarixi əsəri - ““N” saylı qəhrəmanlıq” romanı nəşr edilib. Romanda elmi-fəlsəfi, yarımsənədli-publisistik, tarixi-bədii olmaqla üç metodlar tətbiq edilibdir.
Tədbirin sonunda xatirə fotoları çəkilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

"AzerGold"un fəaliyyətinin 9-cu ili tamam oldu - VİDEO

“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə gəldilər

Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
