adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2018 18:37
32739
ƏDƏBİYYAT

Yazıçılarımız necə yaşayır? - SORĞU

İnsan ömrü bir dəgördün göz qırpımında gəlib keçir. Ölüm insanın qapısını döyür. Əsas olanyaşamaqdır. Yaşaya bilmək. Dostoyevski deyirdi ki, həyata yenidən başlasaydımsaniyələrin də nəbzini tutardım.

Adalet.az yazarlararasında sorğu keçirdib. Bəs sizcə yaşamaq nədeməkdir? İnsan necə yaşamalıdır?



Yazıçı Səfər Alışarlı: "Dostoyevskinin bu fikri, məncə, müəyyən yaş, həyat təcrübəsi zirvəsindənaşağı baxışın nəticəsidir. Ona bizdə "müsəlmanın sonrakı ağlı" dadeyirlər. Bu haqda fikirlər çoxdur. Ən yaxşılarında biri, məsələn: Ömür keçdi,gün keçdi, Cavan olmam bir də mən...

Necəyaşamağın pafos dolu bir formulunu da, yadınızda olar, əldən-ayaqdan, gözdənşikəst yazıçı Nikolay Ostrovski yataqda yata-yata vermişdi sovet adamları üçün:həyat insana yalnız bir dəfə verilir və onu elə yaşamaq lazımdır ki... O deyənkimi yaşayanların da aqibətini gördük.

Məncə, bizhəyatımızı "Qurani-Kərim"də deyildiyi kimi, çox da ifrata varmadanyaşasaq, özümüzə də, cəmiyyətə də xeyir vermiş olarıq. Peyğəmbərdən müdrik bununecə demək olar? Hər gününü son günün kimi, hər gününü ilk günün kimi yaşa.

Bütün budeyilənlər, bir növ, nəzəriyyə xarakteri daşıyır. Amma, inandırmaq istərdim, budeyilənləri biləndə, onları hərdən xatırlayanda, onlara bir qədər də olsainananda və bu dünyanın xırda-xuruş müşküllərini təmənnasız düzəltmək istəyəndəyaşamaq asanlaşır, Allah sanki sənin qolundan tutur.

Bu dünyadahər şeyin üzərinə ürəklə yürümək olmaz, çünki dünya ürəkdən savayı, həm dəağılnan qurulub. Odur ki, çalışıb ürəyi müəyyən qədər ağlın kontrolundasaxlamaq lazımdır.”



Yazıçı NərimanƏbdülrəhmanlı: "Dostoyevski haqlı deyib, insanın ömrü yalnızfaydalı işlə məşğul olduğu anların məcmusundan ibarətdi. Ancaq ömrün müəyyənhissəsini yaşayandan sonra hiss eləyirsənn ki, vaxtla qəddarcasına davranmısan,nə qədər zamanını boş keçirmisən, halbuki həmin müddət ərzində başqasınafaydası toxunacaq, öz qəlbinə təskinlik gətirəcək işlər görə bilərdin. Əsl mənadayaşamaq da ömür möhlətindən mümkün qədər faydalanmaqdı.”





Yazıçı Şərif Ağayar: "Mən yaşamağı həqiqət axtarışı və ona canatma hesab edirəm. Başqa sözlə, həyatTanrını axtarmaq və ona mümkün qədər yaxın olmağa çalışmaq prosesidir. Qalanşeylər buna yardımçı vasitələrdir. Qidalanmaq, pul-para qazanmaq, vəzifətutmaq.

O adamböyükdür ki, məqsədin nə, vasitənin nə olduğunu bilir.

O adambəsitdir ki, vasitələri məqsəd sayır.

O adamzavallıdır ki, məqsədi vasitəyə qurban edir.

Dostoyevskiyəgələndə, mən də onun uzun yaşamasını istəyərdim. Çünki həqiqəti axtaran və onacan atan nəhənglərdən idi.”




Yazıçı VarisYolçuyev: "Həyat - ölümqabağı aldığımız bir möhlətdir, sadəcə.









Yazıçı Pərviz Cəbrayıl: "Dostoyevskinindediyi bu sözlər, məncə, sonda hər bir şüurlu insanın ağlına gəlib və gələcək də.Ancaq mən belə düşünürəm ki, həmin fürsət insana verilmiş olsaydı, o, yenə heçdə tam özündən asılı olan həyatı, öz istədiyi kimi, yəni saniyələrin belə qədrinibilərək yaşamazdı. Qəti elə düşünmürəm. Həyatın axarı axı heç də yüzdə-yüz bizdənasılı deyil. Bəzən biz zamanı saya salmırıq, bəzən zaman bizi. Hə, epizodikmümkündür. Məsələn, mən "Yad dildə” romanımı yazanda özümə təlqin etmişdim ki,sənin həyatda cəmi filan qədər vaxtın qalıb, o vaxta kitabı bitirməlisən. Naildə oldum. Ancaq bu, həmişə mümkün olmur ki. Həyatı gözəl yaşamağa, onun qədrinibilməyə çalışmalıyıq, ancaq yenə deyirəm, heç də hər şey bizdən asılı deyil.”



Yazıçı Narıngül Nadir: "Çox maraqlı, həm də çətin sualdır. "İnsan necə yaşamalıdır?” sualı məncəcavabsız sualdır. Əslində, ağılla düşünəndə hamı başa düşür ki, necə yaşamaqlazımdır, necə olsa həyat maraqlı olar, necə yaşasa uğur qazana bilər. Ammahəyat tamam başqa şeyləri diqtə edir. Bəzən biz həyatımızı kodlaşdırmağa,istədiyimiz kimi yaşamağa çalışırıq. Və baxırıq ki, istəyimiz tamam başqatərəfdə qalıb, həyat isə öz axarında gedir. Məsələn, mən indi geriyə baxandadüşünürəm ki, həyatı qəlizləşdirməyə dəyməzmiş... Bəzən yerinə yetməyən biristəyimiz üçün günlərimizi, aylarımızı qurban veririk. Bəzən bir arzu bütünhəyatımızı zəbt edir. Amma hər işin öz məqamı var. Hər günü dolu yaşamaq vəimkan düşdükcə çoxlu səfərlər etmək lazımdır.

Dostoyevskiyəgəldikdə isə onun həyatı özünün də etiraf etdiyi kimi səhvlərlə dolu olub. Məhzbu səhvlər onun yaradıcılığına stimul verib. Əksər yaradıcı insanlarınhəyatında bu, belədir. Öz istədiyi həyatı yaratmağa çalışır, bir növ özünə taleyazır, obraza girir və bu taleni yazıya köçürür.”



Filosof Müşfiq Şükürov: "Yaşamaq sevmək, sevilmək, yaradıcılıq və dərk ehtiraslarının ödənməsidirmənim üçün. Yəqin ki, hər insan bilir nə üçün yaşayır. Hər insanın özəl yaşamahədəflərinin olduğunu düşünürəm. İnstinktivolaraq hər bir insan da ona doğru can atır. Kim üçünsə bu fatehlikdir, kim üçünisə qadınlar (və ya kişilər)... İndi xoşagəlməz olan odur ki, əksəriyyətistehlak cəmiyyətinin ideallarına uydurulub. Və insanların çoxu özünə xəyanəthalında yaşayırlar. Həyat bəsitləşib.”







Yazar RəbiqəNazimqızı: "Yaşamaq - anlamaq, hiss və təhlil eləməkdir,zövq almaqdır, məyus olmaqdır, amma bunların hamısını özündə ehtiva edən birsöz var - sevgi. Yaşamaq sevməkdir. İnsan özünə layiq bildiyi şəkildəyaşamalıdır. Söhbət dəbdəbədən getmir, əlbəttə.”






Yazıçı MirmehdiAğaoğlu: "Bu dünyaya bir daha gəlməyəcəyini anlamalı vəonun bəxtinə düşən bu unikal fürsətdən maksimum çox yararlanmalı. Daha uzunyaşamağa və yalnız sevdiyi işlərlə məşğul olmağa çalışmalıdır.”









Yazar Günel Natiq: "Əvvəllər zamanınsürətlə keçməsi mənə dəhşətli gəlirdi. İndi, vaxt keçdikcə hər gələn yaşımasevinirəm və fəxr edirəm. Bu boyda xaosun içində mövcudiyyətini qorumağın özü dəböyük bir işdir. Yazıçılardan biri deyib ki, insan narahat yaşamalıdır, stuldada özünü narahat hiss etməlidir, yəni insan oğlu ölümün mövcud olduğunu bilərəknecə rahat yaşaya bilər? Mənim bir yazımda da var, insan həyata Nazim Hikmətindediyi kimi ciddi bir iş kimi yanaşmalıdır. Hətta 80 yaşında da ağac əkməlidir.Ona görə yox ki, gələcək nəsillər ondan bəhrələnəcək, ona görə ki, yaşamaq bu qədərciddi bir işdir. Təcrübə göstərir ki, sözün də mistik qüvvəsi var. Mənim həyatımınən çətin məqamlarında bu sözlər qarşıma çıxıb, mənə güc-qüvvə verib. Ümumiyyətlə, Nazim Hikmət sözünün ruhuyla baş-başa qalmışam həmişə. Yəni insan beləcə özruhunu dinləyərək, sözə sığınaraq, təbiətlə qaynayıb-qarışaraq, hətta bir böcəyəbelə biganə qalmadan, bir yarpağın xışıltısını belə diqqətdən qaçırmadan "birağac kimi hür və bir orman kimi qardaşcasına” yaşamalıdır.”