adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Sentyabr 2018 15:02
37831
ƏDƏBİYYAT

Yazıçılarımız gündəliklərində nələr yazıb? - SORĞU

Nobel mükafatçısıçex yazıçısı Çeslov Miloş deyir ki, gündəlik tutmaq mənasız bir şeydir, buyalnız tədqiqatçıların işinə yaraya bilər. Gündəlik tutursunuz? Nə vaxtsa tutmusunuzmu?Gündəlik tutanlara necə baxırsınız, münasibətiniz necədir?


Yazıçı SəfərAlışarlı: "Əvvəllər gündəlik yazmağa ehtiyac var idi, indiyoxdur. İndi İKT xeyli inkişaf edib, günün xronikasını hətta videoformatda daqeyd etmək mümkündür. Tolstoyun gündəliyindən, məsələn, XIX əsrin hansısagünündə havanın necə olduğunu da öyrənmək mümkündür. Tolstoy kimifaydalanmayacaqsansa, bu faktın qeyd olunmasının heç bir əhəmiyyəti yoxdur.Bütün məsələ istedad məsələsidir: istedadlı adam olmayan faktı elə verir ki,ona şəkk-şübhən qalmır; istedadsız adama nə qədər fakt versən də mənası yoxdur.




Yazıçı Etimad Başkeçid: "Çeslav Miloşu bilmirəm, amma mən 2004-cü ildən, Slavyan univesitetində "işədüzələndən» bu yana gündəlik yazıram. Bu mənada Tolstoyun, Kafkanın və başqasənətkarların yolunu gedirəm. Gündəlik tutmaq qətiyyən mənasız iş deyil.Dostoyevski deyirdi ki, «hamımız Qoqolun şinelindən çıxmışıq». Bu ibarəninaçdığı cığırla getsək, deyə bilərik ki, böyük filosofların hamısı Monteningündəliyindən çıxıblar. Deməli, gündəlik tutmaq gözəl şeydir.

Gündəliktutmaqda məqsədim vardı – istəyirdim sonradan onun əsasında bədii əsər yazım.Amma indi bəzən oturub vərəqlədikcə, hiss edirəm ki, bunu elə belə də çapeləmək lazımdır. Heç bir roman, hekayə bu koloriti və gerçəklikləri əks etdirəbilməz. İnşallah, vaxtı çatanda belə də edəcəyəm.



Yazıçı Murad Köhnəqala: "Mən heç vaxt gündəliktutmamışam, ancaq gündəlik yazanlara həsəd aparmışam. Düşünürəm, gündəliktutanlar özhəyatındasəliqə-səhmanyaratmağa çalışanadamlardı. Gündəlik, həmdə, birnöv, özünə hesabatdı. Şəxsən, kiminsə gündəliyinioxumaqmənim üçün çoxmaraqlıdı.”






Yazıçı Şərif Ağayar: "Tələbə vaxtı tuturdum, sonra yazmadım. Məncə, ömrümüz o dərəcədə maraqlı keçmir. O ki qaldı sayın Miloşun fikrinə, dünyada nə qədər yazıçı var, o qədər mətbəx var. Qəti fikir deməkdən çəkinirəm. Bir adam çıxar, gündəlikdən şedevr yaradar, qalarsan mat-məəttəl. Yazıçıların fikrindən çox onların mətnlərinə inanıram. Hər şey yaxşı mətn üçün səbəb və bəhanə ola bilər. Gündəlik də, xatirə də, Miloşla razılaşmaq da, ona etiraz etmək də."








Şair Aqşin Yenisey:"Gündəlik tutmamışam heç vaxt, amma həmişə qeyd dəftərim, yaxud buna bənzər kağız-kuğuzum olub üstümdə.İndi isə"Facebookprofilimi bu dəftərin əvəzinə istifadə edirəm. Ədəbiyyat çıxara biləcəyim müşahidələri, fikirləri, təsvirləri profilimdə paylaşıram, oxucular özləri də bilmədən şərhlərlə boşluqları doldururlar. Üstündən zaman keçdikcə dolğun bir təssürat yaranır, sonra lazım olan qeydi yazıya çevirirəm.







Yazıçı Narıngül Nadir: "Çeslov Miloşun fikrinə mən də qatılıram. Doğrudan da mənasız bir işdir.Gündəliyi adətən sentimental adamlar yazırlar. Onsuz da heç nəyi həyataqaytarmaq olmur. Gələcəkdə nələrisə oxuyub xatırlamaq isə insana kədər gətirir,pessimizmə aparır. Təcrübə göstərir ki, intihara meylli insanlar daha çox beləşeylərlə məşğul olurlar. Məncə, bu ənənə daha çox keçmişə aiddir. Buna həm dəvaxt və səbr lazımdır. Mən özüm heç vaxt gündəlik yazmamışam. Xatirələrəboylanmağı sevmirəm, heç xatirə şəkillərinə də baxmıram.

Yazıçılıqpeşəsi üçün də gündəliyi faydalı hesab etmirəm. Çünki yaradıcı insan onsuz dalazım olanları yaddaşına yığır. Qeydə alınmış dəqiq faktlara istinadetməkdənsə, yaddaşda qalanları, hissə, ürəyə təsir edənləri intuitiv şəkildəseçib yazıya Köçürmək daha faydalıdır. Ancaq Dünya ədəbiyyatında bir formaolaraq uğulu süjet xətti kimi gündəlik yazılarından istifadə olunur. Məsələn,İtaliya yazıçısı Susanna Tamaronun "Ürəyimin götürdüyü yerə get” romanı ən çoxsevdiyim əsərlərdəndir.”



Şair Qismət Rüstəmov: "Əvvəllər gündəliktutmuşam, çalışırdım hər gün yazım, sonralar çox ara verdim və yenidən qayıtmaqistəyim olmadı. Bu gün gündəliklərdə o vaxt yazdıqlarıma baxanda bəzi ədəbifikirləri çıxmaq, yazı eskizlərini çıxmaq şərtilə, demək olar ki, lazımsız şeyləryazmışam. Gündəliyi gərək macəralı həyatı olanlar tutsun, amma burda da ayrıbir paradoks çıxır: həyatı macəra içində keçən adam niyə gündəlik yazmaq kimimaraqsız işlə məşğul olsun axı?!”








Yazar Rəbiqə Nazimqızı: "Miloşa bütün hörmətimə və sevgimə rəğmən, gündəlik tutmağın mənasız bir iş olduğunu düşünmürəm. Gündəliyin müxtəlif formatları ola bilər. Yaddaşı olmayanlar üçün əla vasitədir. Mən məktəb illərindən gündəlik tutmuşam, mütəmadi yazmasam da, hər gün bir neçə dəfə gündəlik yazdığım vaxtlar olub. Arada fasilə vermişəm, sonra tələbəlik illərində davam eləmişəm. O vaxt bloknotlara yazırdım. Hadisələrdən daha çox hisslər vardı. Məktəbdə oxuyanda özümə əsəbiləşib yandırmışdım gündəlikləri. Tələbəlik vaxtı yazdıqlarımı uzun müddət saxladım, amma bir neçə il əvvəl onları da atdım. Yeddi-səkkiz il əvvəl elektron varianta keçdim. Mən sistemsiz adamam, ona görə alınmır. Çox az qeyd var o gündəliklərdə. Daha yaxşı olardı ki, hadisələr qeydə alınsın, sonradan bunu memuar kimi dəyişikliklərlə nəşr etdirmək də olardı. Bir çox yazıçıların gündəlikləri qalır və onlarla tanış olmaq dövrün və şəxsin həyatı, onun həmkarlarına münasibəti, ədəbiyyat və həyat barədə düşüncələri barədə daha geniş informasiya əldə etməyə imkan verir.

İndi gündəlik yerinə məktublar və ya esseler, nəsr fraqmentləri yazıram, təxminən eyni şeydir."



Yazıçı MirmehdiAğaoğlu: "Dəfələrlə gündəliktutmağa cəhd etsəm də alınmayıb. Əgər bunun bir səbəbi gündəlik tutmaq vərdişiniözünə aşılaya bilməməkdirsə digər səbəbi də özümə qarşı səmimi ola bilməməyimdir.Yoxlamışam, görmüşəm ki, səmimi ola bilməmişəm. Gündəlik elə bir şeydir ki,orda maksimum səmimi olmalısan, elə bil keşiş qarşısında tövbə edirsən. Zərrə qədərdə yalan, qeyri-səmimiyyət olmaz. Və mən hər dəfə gündəlik tutmağa cəhd göstərəndəgörmüşəm ki, nələri isə gizlədəcəm, yazmayacam, yazsam da dürüst davranmayacam.Gündəlik insanın özü ilə söhbətidir, publika üçün deyil, heç olmasa gündəliktutanda səmimi ola bilmirsənsə yaxşısı budur yazmayasan. Heç olmasa özünəvicdansızlıq etmə. Buna görə də vaz keçmişəm.”




Yazar Sevinc Elsevər: "Orta məktəbdəoxuyanda gündəlik tutmuşam. Gündəliklə tam səmimi olmaq olmur. Çünki bilirsənki, gündəlik bir gün başqasının əlinə keçə bilər. Xalamın həyat yoldaşının gündəliyinioxumuşdum gizlicə. Onun gündəliyi ilə olan səmimiyyətindən dəhşətə gəlmişdim.Bilirdim ki, mənim də gündəliyim ələ düşə bilər. Ona görə onun kimi səmimi olabilmirdim. Bəlkə də Çeslav Miloşun sözlərində həqiqət var. Onsuz da tam səmimiola bilmirsən gündəliklə. Elə hisslər, elə duyğular var ki, sən özünə beləetiraf etməkdən çəkinirsən. Hardasa, 2 il gündəlik yazmışam. Bəzən keçmiş səhifələrdəqeyd elədiyim hadisələrin, duyğuların yadımda belə qalmadığını görürdüm. Birşey ki, sənin ruhuna təsir edir, sən onu onsuz da unuda bilməyəcəksən. Məsələn,qəribə bir şey deyim. Hazırkı mobil nömrəmi yadımda saxlaya bilmirəm. Halbukinömrə çoxdan məndədi. Amma 14 yaşımda tez-tez əlaqə saxladığım rəfiqəmin nömrəsihələ də yadımdadı. Eləcə də dayımgilin, xalamgilin köhnə nömrələri. Çoxdansatdığımız, içindən köçdüyümüz evimizin telefon nömrəsi. Yəni, unudulacaq mənasızşeyləri xatirələşdirmək zaman xərcidir. Bəzi şeylər də var, unutmaq istəyirsən,amma unuda bilmirsən. Ömür kitabından bəzi səhifələri qoparıb atırsan, baxırsanyenə yerindədi. Onuncu sinifdə oxuyurdum gündəliklərimi yandırdığımda. Üç dəftərdənibarət idi. Sonra gündəlik tutmağa heç ehtiyac duymadım. Amma gündəliktutmağımın bir yararı oldu. Mən yazmağı öyrəndim. Uşaq vaxtı şeirlər yazırdım.Ancaq orta məktəbin yuxarı siniflərində daha çox yazmağa başladım. Həmişəyazmaq ehtiyacı hiss edirdim. Hətta yazmağa bir kəlmə belə sözüm olmayanda, dəftərdəboş-boşuna kiçik şəkillər çəkirdim. Ulduzlar, ürək şəkilləri və s. Yazmağı çoxsevirdim. Sevimli şairlərin şeirlərini topladığım dəftərlərim olurdu. İndi o dəftərlərdənqalır evdə. Hərdən vərəqləyirəm. Amma gündəlik yazmıram. Müasir dövrdə gündəliyifeysbuk əvəz edir. Sosial şəbəkələrdəki profillərimiz elə bizim gündəliklərimizdir.Baxırsan, o gündəliklərdə də hamı tam səmimi deyil. Necə ki, dəftərlərdə də tamsəmimi olmaq olmur. Öz içini gizlincə oxumaq belə hürküdür adamı çox vaxt. Hərgün onlarla şəkil çəkirik. Telefonlarımızın qalereyası doludu. Məsələn, bəzənfilan vaxtı harda olduğumu xatırlamaq istəyirəm. Bunun üçün telefonumunqalereyasını incələməyim kifayətdir. Orda şəklin çəkildiyi tarix dəqiq yazılıb.Şəklə bir baxdımmı, günün bütün təəssüratı canlanır. Gündəlik yazmaq ehtiyacımyoxdu. Məncə, müasir insanın buna elə də ehtiyacı yoxdu. Amma uşaqlarım yazır.Məktəbdə olan hadisələrdən, müəllimlərlə, validdeynlərlylə, sinif yoldaşlarıylamünasibətlərindən yazırlar. Yəqin ki, sosial şəbəkəyə gəlsələr, onlar da gündəlikyazmağı tərgidəcəklər. Ciddi ictimai adamların gündəlik yazmaları bəlkə dəvacibdir. Susduqlarını, səmimiyyətlə danışa bilmədiklərini bəlkə də yazmalıdıbelə adamlar. Belə məşhur gündəliklər var. Bəlkə də kimsə, hardasa belə əhəmiyyətligündəlik yazır. Və olduqca səmimiidir. Mən biləni, gündəliklər başqaları oxusundeyə yazılır daha çox. Mən gündəliyimibaşqaları ilə bölüşəcək qədər səmimi deyiləm.



Şair Rəvan Cavid: "4 ildi ki gündəliktuturam. Gündəlik mənə mətni yazmaq üçün hazırlıq prosesidi. Əgər üzərində işlədiyimmövzunu yazmaqdan yoruldumsa, gündəliyimə yeni günün hüznünü, yorğunluğunu əlavəedirəm. Bu həm də gələcək üçün vacibdi. Bəzən gündəliklər çox yaxşı bədii əsərəçevrilir.”