Yazıçılar Birliyi: “Meyxanaçı Namiq Mənaya hər hansı vəzifə verməmişik”
Tanınmış meyxana ustası Namiq Mənanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı məlumat yayılıb.
Bəzi xəbər saytlarında tirajlanan xəbərdə bildirilir ki, bölmənin sədri vəzifəsinə seçki keçirilib və yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə Namiq Məna təsdiq olunub.
İctimaiyyət meyxanaçının Yazıçılar Birliyinin bölmə sədri təyin olunmasını xoş qarşılamayıb.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə açıqlama verib. O bildirib ki, bu barədə yayılmış məlumatlar yanlışdır:
"Təbii ki, meyxanaçının AYB-yə üzv olma ehtimalı mümkündür. Meyxanaçı da şeir yazır. Amma AYB-nin katibliyinin Namiq Mənanın Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı hər hansı qərarı olmayıb. Əgər AYB-nin katibliyinin bu barədə qərarı yoxdursa, deməli, yayılan xəbər də səhv məlumatdır".(modern.az)
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52