adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Yanvar 2019 12:09
27811
ƏDƏBİYYAT

Yazıçı siyasətə qarışmalıdırmı? - SORĞU

Pasternakın fikrinə görə, bir adam siyasətə qarışmasada, siyasət ona qarışır. Siz necə düşünürsünüz? Yazıçı ictimai-siyasihadisələrə münasibət bildirməlidirmi? Yazıçının bu cür missiyası olmalıdırmı?








Yazıçı Səfər Alışarlı: "Məncə, yazıçının belə bir missiyasının olduğunu iddia etmək düzgündeyil. Yazıçının əsas missiyası yaxşı yazmaqdır; cəmiyyəti, xalqı narahat edənəsas, qlobal məsələləri öz əsərlərində əks etdirməkdir; zamanın çağırışlarınayalnız bədii həqiqətlərin səsi ilə cavab verməkdir. Əgər yazıçı bunu etmirsə vəyaxud edə bilmirsə, onun hər hansı bir məsələyə siyasi və ya ictimai müdaxiləsidə özlüyündə effektiv deyil.

Mən bununormal cəmiyyətlərin prizmasından qiymətləndirirmiş kimi deyirəm. Zaman-zamanbəzi diktatura cəmiyyətləri yazıçılığı inkar etmək eşqinə düşür, bu institutuümumiyyətlə iqnor edir. Məsələn, faşist Almaniyasında, İspaniyada, LatınAmerikasında, bir sıra klassik Şərq ölkələrində o cür mənəvi sistemlər qurmaqcəhdləri həmişə olub, amma nəticə etibarilə bunun bədəlini həmin ölkələrinxalqları ödəyib. Fikrimcə, nə qədər çətin, bəzən acı olsa belə, inkişaf etməkistəyən cəmiyyətin yaxşı yazıçıya ehtiyacı böyükdür. Qoqol, Dostoyevski,Tolstoy təkcə mədəniyyət hadisəsi deyil, onlar rus dövlətçiliyinin, xristianəxlaqının az qala İncilə bərabər təməl sütunlarıdır. Gərək ki, Çexov demişdi:"Qoca (Tolstoy) öləndən sonra bizdə hər şey darmadağın olacaq".Həqiqətən elə oldu, 6 il sonra 400 illik monarxiya çökdü, amma ətrafdakıdövlətlər Rusiyadan da pis gündə olduqları üçün bu imperiya özünü yenidəntoparlayıb formalaşdıra bildi.”



Yazıçı Murad Köhnəqala: "Düşünürəm ki,nüfuzlu yazıçı ətrafda gedən ictimai-siyasi hadisələrə öz ziyalı mövqeyinibildirməlidi. Yaradıcı adamın siyasi hadisələrə mövqe bildirməsinin, birbaşaolmasa da, çoxlu sayda reaksiya vermə formaları mövcuddu. Yəni, yaradıcı adammeydanlara çıxmadan da doğru bildiyi fikri çatdıra bilər. Üzdən baxandayazıçının siyasi işlərə qarışmaq kimi öhtəçiliyi görünməyə bilər, lakin ictimaiçəkisi olan hər bir ziyalı, bu və ya digər şəkildə, öz mövqeyini ortaya qoymağaborcludu. Həm də bizim kimi keçid dövrünü, kövrək inkişaf mərhələsini təzə-təzəyaşayan ölkənin yazıçısı ictimai-siyasi olaylara biganə qala bilməz.”




Şair Aqşin Yenisey: "Əlbəttə, dünyadasiyasətlə məşğul olan adamların içində ən dürürstləri yazıçılardı. Amma bizdəsiyasətlə məşğul olmaq tarixən hökumətin mirzəliyi kimi başa düşülüb. Müstəlqillikillərində isə müxalif partiyalar tələb etdilər ki, yazıçılar onlara da mirzəlikeləsinlər. Siyasətdə öz mövqeyi, fikri olan yazıçı və şairləri bu gün hər ikisiyasi cəbhə qəbul etmir. Hökumət ona qulluq etməyən yazarları atıb xalqınboynuna, müxalifət isə onun sözünü tutuquşu kimi təkrar etməyənləri öz qəzetlərindəbiabır edir. Yazıçının siyasətlə məşğul olması o demək deyil ki, partiyamövqeli olsun. Mən hər iki mövqe ilə eyni məsafəni qoruyuram deyə bu yaşımda itdəftərində də adım yoxdur. Hətta müxalifətə işləyən yazıçılarımız belə məndənyaxşı yaşayır, iqtidara işləyənləri demirəm hələ. Bütün kitablarını bir yerəyığsan, mənim bir misram ağırlığında olan gənc şair və yazarlarla görüşməkdənqaçıram. Çünki onlar görüşə qara Cip-lə gəlirlər, mən iki avtobus dəyişirəm.Əslində, bu gün Azərbaycanda bütün yazarlar siyasətlə məşğuldurlar, ya hökumətəişləyirlər, ya müxalifə. Məsələn, 80 milyonluq Türkiyədə siysətlə bu şəkildə məşğulolan bu qədər siyasətçi yazar saya bilməzsiniz. Kim deyirsə ki, Azərbaycanziyalısı, yazıçısı siyasətə qarışmır, onun dünyadan xəbəri yoxdur.”



Yazıçı Şərif Ağayar: "Yazıçının özseçimidir. Heç kimi heç nəyə məcbur etmək olmaz. Bir insanı etmədiklərinə görəittiham etmək absurddur. İnsan etdiklərinə cavabdehdir.”








Musavat.com saytınınbaş redaktoru Xalid Kazımlı:"Məncə, bu yazıçının öhdəliyi, boynuna qoyulmuş vəzifə olmamalıdır. Bu,yazıçının (eləcə də hər bir insanın) vicdan məsələsi olmalıdır. Yazıçıvicdanlıdırsa, cəsarətlidirsə, içindən gəldiyi qədər ictimai-siyasi məsələlərəmünasibət bildirə bilər. Amma bunu yazıçının boynuna qoyanda, ondan baş verənbütün hadisələrə operativ və obyektiv şəkildə münasibət bildirməyi tələb edəndə,yazıçı dönüb olacaq marionetka və sözünün kəsəri olmayacaq, sanbalı itəcək. 7-8il öncə Peruda yazıçı Varqas Lyosa bir kəlməsi ilə prezidentin öz fərmanınıgeri oxumasına səbəb olmuşdu. O bəyanatı verməyi ondan kimsə tələb etməmişdi,özü etmişdi. Amma hansısa müxalifət lideri yazıçının boynuna belə bir bəyanatlaçıxış etməyi qoysaydı və yazıçı onun sözüylə belə bir açıqlama versəydi, heçbir effekti olmayacaqdı...”




Yazıçı Narıngül Nadir: "Təbii ki, ziyalının, eləcə də yazarın siyasətə qarışmaq, siyasətlə məşğul olmaq kimi bir xüsusi missiyası yoxdur. Çünki siyasət də bir yaradıcılıq növüdür, bunun üçün insanda bu sahəyə aid istedad olmalıdır. Ancaq elə hadisələr var ki, onlara biganə qalmaq insanlığa sığmır.

Pasternakın fikri həqiqətdir. Peşəkar siyasətdən kənarda qalmaq olar, amma ictimai- siyasi hadisələr insanın həyatına daxil olur. Nə qədər biganə və mühafizakar olmalısan ki, ətrafında baş verənlərə göz yumasan... Xüsusən əgər ortada insan faktoru varsa... Yazar siyasətə qarışmasa da humanizmdən kənarda qala bilməz. İstər ziyalı, yazar, istərsə də adi adamlar olsun, biganəlik çox qorxuludur. Son vaxtlar sosial şəbəkələrdə haqsızlığa, zorakılığa məruz qalan insanlar haqqında statuslar paylaşılır. Baxırsan ki, başqa vaxtlar coşub –daşan bəzi yazarlar dərhal gizlənirlər, adi münasibət bildirməkdən belə çəkinirlər.

Mənə görə siyasət həm də azadlıqdır. Hər kəsin öz siyasəti olmalıdır. Nə yazıq ki, cəmiyyətə qarşı olan hadislərə münasibət bildirənləri elə cəmiyyətin özü bağışlamır. Belə insanlar elə cəmiyyətin özü tərəfindən təzyiqlərə məruz qalır. Bu çox kədərlidir."



Yazıçı Kənan Hacı: "Yazıçı siyasətçideyil, ədəbiyyat adamıdır, o, sözünü bədii mətnləriylə deyir. Kütləvi şəkildəsiyasətə qurşanmanın nəticələrini biz 90-cı illərin əvvəllərində gördük. Şair də,müğənni də, alim də, fəhlə də - hamı "politoloq” olmuşdu. Az qala, hamı evdəailəsiylə də siyasi terminlərlə danışırdı. Bu, anormal haldır. Siyasətlə siyasətçilərməşğul olmalıdır, Yazıçı yaradıcılığı ilə məşğul olsa, daha çox fayda vermişolar.”





Yazıçı Cavi Dan: "Yazıçı məqsədliolaraq, öz yazıçılıq karyerasına xeyirli olsun deyə siyasətə qarışanda ədəbiyyatınıitirir. Onun yazdıqları da konkret çərçivə içinə məhkum olaraq konkret hədəfəqarşı və ya konkret mərkəzə meylli çıxışlardan ibarət mətnlərə dönür. Pafosbürüyür mətnləri. Lakin bu o demək deyil ki, yazıçı öz ölkəsinin, dövlətininmaraqlarına zidd olan və onu zədələməyə yönələn şəxslərə və ya cərəyanlaraqarşı da loyal davranmalıdır. Əksinə, məhz belə məqamlarda mövqeyini bildirməlidirvə dövlətinin yanında olduğunu bəlli etməlidir. Çünki dövlətə, ölkəyə, xalqaqarşı hər hansı bir düşmən qüvvə ilk növbədə onun üzdə görünən, kifayət qədərkütləyə təsir gücü olan şəxsiyyətlərindən istifadə etməyə cəhd edir. Bu cəhdləralınanda ikrah doğuran mənzərə yaranır. Nəzərə alsaq ki, hər bir lideryazıçının öz oxucu ordusundan başqa həm də gənc yazarlardan ibarət ardıcıllarıolur və onların da mayakı yanlış istiqamətə işıq verəndə mənəvi dəyərlərin vəetimadın çökməsi, ya da yanlış katalizatorluq sindromu ümumi xaos yaradır. Birmüddət sonra isə bu qədər adam bilmir, ardınca getdikləri yazıçı həqiqətinmicarçısı idi, yalanınmı. Qısası, əsl yazıçı kosmopolitizmlə vətəndaşlığınarasındakı qızıl ortanı mütləq tapmalı və orada bərqərar olmalıdır.”




Yazıçı Günel Natiq: "Düşünmürəm ki,yazıçının belə bir missiyası var. Dövrün ictimai-siyasi hadisələri özü yazıçıyamaterial verir. Məhz o yazıçılar gündəm yaradır ki, əsərlərində ictimai-siyasihadisələrin mənzərəsini yarada bilir. Məsələn mən Patrik Modianonu oxuyuram,fransız ədəbiyyatının görkəmli simalarından biridir, hətta Nobel mükafatılaureatıdır. Modianonu oxuya-oxuya fikirləşirdim ki, görəsən məhz hansı məziyyətlərinəgörə Nöbelə layiq görülüb? Əsər özü suallarıma cavab tapmaqda yardımçı oldu.Müharibə və onun fəsadlarını araşdıran Modianonun Avropa ölkələrində millətçilikvə s faktorların dirçəlməyə başladığı bir vaxtda Nobelə layiq görülməsi heç dətəsadüfi deyildi.”