adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2018 13:44
56883
ƏDƏBİYYAT

Yazıçı olmasaydım... - SORĞU

Ədəbiyyathəm də digər insanların talelərini yaşamaq mesajıdır. Bir əsər oxuyuruq ordakıobrazın həyatı bizə öz həyatımızı unutdurur. Təbii ki, bəzən insan öz həyatından,peşəsindən, taleyindən didərgin düşmək istəyir. Bəs yaradıcı şəxslər necədüşünür. Sənətlə məşğul olmasaydılar hansı peşəyə maraqları olardı. Adalet.azmövzuyla əlaqədər yazarların münasibətini öyrənib.


Yazıçı Səfər Alışarlı: "Mən yazıçı olmasaydım, kim olacaqdı yazıçı bu Azərbaycanda? Müxtəlifvəzifələri tutub ədəbiyyata zorla özünü dürtüşdürənlər? Onun-bunun məlum məzmunluproteksiyası ilə geydirmə "fəlsəfə doktoru” adını alıb ədəbi müstəvilərdə bubezdarnı işbazların yazdığı zir-zibili "bəh-bəh”lə kütləyə yedirtmək istəyən oqədim peşə sahibləri? İstedadlara qarşı mafiyalaşmış o agentlərdən fərqliolaraq məni taleyim, Allahım bu sənətə gətirib və onlarla mübarizədə həmişəvaram.”



Yazıçı Azad Qaradərəli: "Mən ixtisasca müəlliməm.Gəncliyimdə müəllim, məktəb direktoru işləmişəm. Hətta deyərdim ki, yaxşı müəllimolmuşam.Son zamanlar 2 il universitetdə də dərs apardım. Yəni, yazıçılıqla məşğulolmasaydım, yəqin ki, ancaq və ancaq müəllim olardım.”









Şair Aqşin Yenisey: "Kimsə bəyəm özistəyi ilə yazıçı, şair, rəssam olur? Yazıçılığın, homoseksuallığın,manyaklığın altında o qədər ciddi psixoloji səbəblər var ki. "İstək” sözüburada cahilliyin təntənəsidir. Əsl yazıçılar bundan bixəbər olanlardır. "







Yazıçı Mübariz Örən: "İndinin özündə dəyazıçılıqla peşəkər şəkildə məşğul ola bilmirəm. Səbəbi hamıya məlumdu: bizdəyazıçının mətnə, kitaba qoyduğu "investisiya" özünü doğrultmur, bəhrəsinivermir. Qazanc, beş-on oxucunun xoş reaksiyasıdı, bir də, beş-üç vicdanlı tənqidçilərin,ədəbiyyat adamının verdiyi qiymət, yazdığı yazı! Əslində yazıçı üçün bu daböyük qazancdı. Amma peşəkarlıq başqa şeydi axı; peşəkar öz gördüyü işinmüqabilində, nəsə qazanmalıdır ki, ac qalmasın, dolana bilsin. Gözümüzün önündəmaddi problemlər girdabında neçə-neçə istedadlımız... batır! Sualın isə cavabıbudur: başqa işlər macal versəydi, yazıçı olardım.”




Yazıçı NarıngülNadir: "Mənə elə gəlir, yazıçılıq mənim xarakterimdir.Başqa işlə məşğul olsam da, yəqin ki, yenə yazıçı olacaqdım. Yaradıcılıqdan tamtəcrid olunmaq üçün hisslərimi, beynimi dəyişməliyəm. Bu da mümkün deyil. Əvvəllər,özümü tam tanıyana, düşüncəmi, xasiyyətimi formalaşdırana kimi, başqa peşəarzularım olub. Kiçik yaşlarımda mağazada satıcı işləmək arzum idi. Uşaqağlımla kənddəki balaca, köhnə qarışıq mallar dükanındakı satıcıya həsədləbaxırdım. Sonralar, məktəb illərində, müəllim olmaq istəyirdim. Özümütanıyandan, xarakterimi müəyyənləşdirəndən sonra anladım ki, xarakter özü eləinsanın taleyini təyin edir. Müəllim işləsəm də yəqin ki, yenə yazacaqdım. Necədeyərlər, taledən qurtulmaq olmur.”



Yazar Sevinc Elsevər:"Arzum kinorejissorolmaq idi. O sevda ilə kinoşünaslığa daxil oldum. Ortaməktəb illərindənyazırdım. İçimi dəftərə tökmək və sakitləşmək amacıyla. Yazıçı olmaq istəyi heçağlımın ucundan keçmirdi. Hətta universitet illərində də yazmağa hobbi kimiyanaşır, film çəkəcəyim günü səbirsizliklə gözləyirdim. Məncə, evlənməsəydim,rejissor olmaq arzuma çatardım. Bakalavrda oxuyanda xarici ölkələrdən birində,yaxud Moskvada rejissorluq oxumağın xəyalını qururdum. Sevdim, evləndim,uşaqlar oldu, yazmaqla azarımı öldürdüm. Bakalavrı bitirəndə müəllimlərimdənbiri Ötkəm İsgəndərov mənə dedi ki, Naxçıvan dövlət teatrında ikinci rejissoraehtiyac var. Məndən talantlı bir tələbə istəyiblər. Mən də səni görürəm bu işdə.Gedəcəksən Naxçıvana, orda yaşayacaq, işləyəcəksən, özünü göstərməyə meydanınolacaq. Getsəm, Elsevərdən uzaq qalacam fikriylə imtina elədim. Hərdən Elsevərədeyirəm gəl ikimizə bir film çəkək. Uşaqları da oynadaq. Ailə filmi olsun. Olabilər çəkdik. Həyat davam edir.


Yazar Ayxan Ayvaz: "Mən matros, yaxud da pinəçi olmaq istəyərdim. Çünki bu iki peşə mənə çox romantik gəlir. Həyatın dənizlərdə keçir, maraqlı və fərqli hadisələrlə qarşılaşırsan. Bəlkə də uzaqlara getmək arzusundan bu istək məndə olub. Pinəçiliyi də çox sevirəm. Məncə, bu işdə yaradıcılıq var. İnsanların yırtıq-sökük ayaqqabılarına can verirsən. Ümumiyyətlə, ayaqqabıların məndə hüznlü tərəfi var. Bilmirəm, nədəndir. Amma hesab edirəm ki, insanların taleyi ayaqqabılarından oxunur. Bu ayaqqabılara təzədən yaşamaq şansı verən də pinəçilərdi. Bir növ yazıçılar da elə deyilmi? Onlar da kağız üzərində istədiklərinə can verir, istədiklərini öldürür. Öldürmək demişkən... Hərdən düşünürəm ki, yazmasaydım yəqin ki, killer olardım. Qatil olmaq potensialımı ədəbiyyat həmişə məhv edib."



Yazar Kəramət Böyükçöl: "Yazıçı olmasaydım,Çingiz Abdullayev kimi detektiv əsərlər yazardım.”