adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Oktyabr 2018 10:24
25618
ƏDƏBİYYAT

Yazarlarımız buddizmə inanırmı? - SORĞU

Buddizimdə reankarnasiya anlayışı var.Reinkarnasiya - ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinəkeçməsi. Öləndən sonra başqa bir formada ya heyvan, ya da bitki formasındadünyaya qayıdacaqsan. Bu heyvanlara da aiddir. Öləndən sonra insan formasında təzədəndoğula bilərlər. Siz necə düşünürsünüz, təkrar dünyaya gələcəyikmi? Ümumiyyətləreankarnasiyaya inanırsınızmı?



Yazıçı NərimanƏbdülrəhmanlı: "Ümumiyyətlə, reinkarnasiyaya inanmıram. Aləmin hərbir fərdi, hətta heyvanlar, quşlar, böcəklər, bitkilər belə tək və bənzərsizyaradılır, öz ömrünü yaşayır, sonra da heçliyə qovuşur. Hər hansı şəkildə yenidəndünyaya gəlmək insanın əbədiyyat sevdasından başqa bir şey deyil, bu, ancaq təxəyyüldəbaş verə, bədii yaradıcılığın mövzusu ola bilər ki, bunun da çoxlu örnəklərivar. Amma reinkarnasiya da insan üçün ümid mənbəyi kimi maraqlıdır.




FilosofMüşfiq Şükürov: "Reinkarnasiyahindlilərindeyiltəkcə, Platonbelə onainanırdı. O, bunametempsixozdeyirdi. Yəniruhunköçməsi. Rumidə də buideyayainamsezməkolar. Yaxşı birfikirdir. Yoxlamamışam. Yalnızinanabilərəm. Ammaməntiqiolaraqdaçox şeyiizahedir. Məsələn, doğuluşdaninsanlarınarasındakı fərqləri. Adamvar, musiqi, poeziyanə deyir, anlamır. Deməli, ilkdəfədirinsankimidoğulur. Çox şeyiizahedir. Həyatı böyükbirsəyahətkimigöstərir. Ammayenə də deyirəm. Dəqiqini öləndənsonradeyə bilərəm. İmkanımolsa. Yerigəlmişkən, Qurandadareinkarnasiyayaişarə edənayələrvar.”




Yazıçı Şərif Ağayar: "Bizdə tənasüh deyirlər buna. Bütün dini və ideoloji düşüncələrdə ölümədon geyindirmə var. Çünki ölüm, ondan sonra həyatın olub-olmaması insanları ənçox maraqlandıran mövzudur. Ölüm hər şeyinsonudursa, bu dəhşətlidir. Din deyir ki, son deyil.

Buddizmi din hesab etmirəm, lakinburda da ölümün son olmadığı, cismin müvəqqəti, təbiət enerjisinin əbədiolduğunu deyilir. İnsan o enerjiyə müxtəlif cismlərdə, hətta bitki kimi dəqoşula bilər. Mən bu unikal yozumlara heyranam. Lakin inanc məsələsindəsufi-panteistəm. Məncə ruh hər kəsə ayrıca verilir və bu müqəddəs əmanətin cismvasitəsi ilə ləkələnməməsi insanın ən ali vəzifəsidir. Biz əmanətə xəyanətetdiyimiz üçün cavab verəcəyik. Yoxsa dünya çox mənasız olardı. Həyata bir əsərkimi baxsaq axirət məntiqi sonluqdur və bundan gözəl final tapmaq mümkün deyil.”



Yazıçı Varis Yolçuyev: "Həyat çox qısa olduğundan, insanlar dünyadan doymadığından, üstəlik də bu dünyada rəzil, dilənçi kökündə yaşayanları zənginlərə qarşı çıxmaqdan yayındırıb ovutmaq üçün ölümdən sonrakı həyat barədə dinlərə söykənən müxtəlif nağıllar, miflər, əsatirlər uydurulub. Karma fəlsəfəsinin Reinkarnasiyası da sadəcə, bir uydurmadır."






Yazıçı Narıngül Nadir: "Mən insanın ikinci dünyasına –axirətə inanmıram. İnsanlar ölüm xofundan qurtulmaq, dünyanı tərk etmək ağrısını azaltmaq üçün özlərini bu kimi bu kimi şeylərə inandırırlar. Düşünürəm ki, insanın fiziki ölümü ilə onun həyatı başa çatır. Reinkamasiyanı qəbul etmək üçün onun fəlsəfəsini öyrənmək, dərk etmək, ən vacibi isə ona inanmaq lazımdır. Bu başdan inanmadığım üçün bu fəlsəfə mənə maraqlı gəlmir, bu barədə bilgim də azdır. Hesab edirəm ki, bu kimi şeylər əsasən dinin ideoloji silahıdır. İnsanları cənnət- cəhənnəmlə qorxutmaq, onlar axirətdə cavab verəcəkləri ilə hədələyərək itaətə səsləmək dini ideologiyanın başlıca şərtidir. Əgər elmi dəlillərlə sübut etsələr ki, ruhun təkrar qayıdışı var, təbii ki, inanardım. Ancaq hələki bu kimi müddəalar yalnız nəzəri baxışdan o yana keçə bilmir və bir növ illiuziya effekri verir. Ona görə də hesab edirəm ki, real dünyanı doya-doya yaşamaq lazımdır."



Yazıçı Murad Köhnəqala: "Reinkarnasiyainamı ən ibtidai inanclardandı. Bu, hinduizm dinində bir dünyagörüşü formasıdı.Yəni səmavi dinlərdəki Adəm-Həvva nağılı kimi bir şeydi. Mən, ümumiyətlə, heçbir dini təfəkkürü qəbul eləmirəm. Ancaq maraq üçün deyim ki, reinkarnasiyadoğru olsaydı, çox istərdim, ruhum hansısa bir panteraya köçsün və yenidən həminheyvan şəklində yaşasın. Vəhşi olsa da panteranı çox sevirəm. Cəngəllikağacının budağında dincələn pantera görünüşü mənim üçün ən gözəl mənzərədi.”




Yazıçı MirmehdiAğaoğlu: "Ədəbi vasitə kimi xoşuma gəlir. Bədii əsərdə birobrazı öldürüb təzədən diriltmək, növbəti dəfə hansısa heyvan cildində dünyayagətirmək maraqlıdır. Əsəri rəngarəng edir. Amma real həyatda belə şeylərəinanmıram. Bu anlayış Hindistanda yaranmış dinlərin uydurmasıdır. Hindistandainsanlar tarix boyu o qədər yoxsul və ağır həyat yaşayıblar ki, yenidən dünyayagəlib heç olmasa heyvan cildində xoşbəxt yaşamaq arzusu qurublar. Bu dareinkarnasiya kimi bir anlayışı ortaya çıxarıb.”







Yazar Cavi Dan: "İlk dəfə on səkkiz yaşım olanda düşünmüşdüm bu barədə.Yəni düşünmək də deməzdim, sadəcə kaş ki insanın dəfələrlə doğulmaq imkanıolaydı və bir həyatında çatmadığı arzulara növbətisində çataydı, bir həyatındaitirdiyi insanları növbətisində tapaydı, deyə bir istək yaranmışdı içimdə. Ovaxt bir şeir də yazmışdım həmin düşüncələrimin təsiri ilə. Və 2008-ci ildə oşeiri (artıq reinkarnasiya nədir, bilirdim) "Reinkarnasiya” adı ilə 1-ci Nəsimiədəbiyyat müsabiqəsinə göndərmişdim, 1-ci yeri qazandırmışdı mənə. Eləsualınıza cavab kimi də onu təqdim edirəm:


REİNKARNASİYA

Bu mənim əllərim, bu ayaqlarım,
Bu mənim topuğum, bu da dizlərim,
Bu mənim tellərim, bu barmaqlarım,
Bu da ki, arxamca ayaq izlərim…

İlahi, bu görkəm, bu boy, bu sima
Mənim taleyimə düşüb beləcə,
Bu bədən adlanan paltarımı da
Ruhum soyunacaq dəli bir gecə.

Ruhum soyunacaq ölüm önündə,
Çılpaq varlığıyla nazlanar elə,
Ömrün son, ölümün ilkin günündə
Hər nə yaşamışdım, dönəcək külə…

Üşüdər ruhumu Tanrı baxışı,
Utanar özünün çılpaqlığından,
Yağacaq üstünə ulduz yağışı,
Dönər bu dünyaya söküləndə dan…

O gah alışaraq, o gah sönərək
Süzər səmalarda, quş kimi süzər
Sonra da sakitcə Yerə enərək
Əyninə geyməyə bir bədən gəzər…”




Şair Emin Piri: "Doğrusu mənim inanmağıma qalsa, enerjinin itməməyinə inanıram. Birşəkildən digər şəklə keçirik. Dünya var olduqca olmuşuq, sonsuza qədər dəmövcud olacağıq. Məsələn, Emin Pirinin yaşı Tanırının yaşı qədərdi. Yəni, əbədivə sonsuzdur. Ömrü də Tanrı ömrü olacaq. Bəs, biz digər şəklimizi xatırlayabilirikmi? Xeyr. Sadəcə cənnət, cəhənnəmi enerjimiz yaşayacaq. Amma eynişəkildə, formatda geri dönüş qeyri-mümkündü. Heç bir şey digərini təkrarlayabilməz.”





Yazar Həmid Piriyev: "Reinkarnasiyayainanmıram. Məncə bunu təsəlli üçünuydurublar. Həyatını azad, gözəl yaşaya bilməyənlər fikirləşib təsəllitapsınlar deyə. Əgər belə bir şey varsa da, ruhumun başqa cilddə təzədəndoğulmağını istəmərəm.