adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2024 13:44
2009
ƏDƏBİYYAT

YAZ GƏLƏNDƏ…

Təbiət… Ana təbiət… Ana Vətən…

Ucalardan Uca Rəbbimizin-Haqq olan Yaradan Allahın yanında Ana adı o qədər hörmətlə, rəğbətlə layiq bir addır ki, bu adı özündə cəm edən bu iki əziz, ecazkar, möhtəşəm varlıq elə Ana qədər də bizə əziz, doğma və ayrılmazdır.

Ana təbiət sirli, sehrli xəzinəsi olan 11 iqlimindən 9-nu bizim doğma Ana Vətənimiz olan bu gözəl Məmləkətə-Anamız can Azərbaycana bəxş etmişdir.
Bildiyimiz kimi bir ilin ərzində 12 ay, dörd fəsil vardır. Mən özüm qış fəslində dünyaya gəlsəm də, yazı, yayı-mülayim, isti havaları çox sevirəm və inanıram ki, mənim kimləri də az deyil.  

Dəyərli oxucu, bu gün mən özünəməxsus işvə nazıyla, ədasıyla gələn, ürəkləri riqqətə gətirən və ezackar görüntüsü ilə hər kəsi məftun edən yaz haqqında-yaz fəsli haqqında Sizinlə həmsöhbət olmaq istəyirəm.

Yaz gələndə, sanki qış yuxusuna getmiş torpaq da oyanır, ətraf al-əlvan rəngə, güllü-gülüstana boyanır. Nəinki güllərdə açılan çiçəklər, hətta ağaclarda açılan rəngarəng çiçəklər də xüsusi zövq verir, göz oxşayır, sanki aləmi nura boyayır, insan övladı bu ecazkar gözəlliyi seyr etməkdən doymayır, baxdıqca baxırsan, gözəllikdən zövq alıb da Rəbbə odaqlanırsan, şükranlanırsan.

Yəqin razılaşasız ki, yaz fəsli bizim üçün ikiqat doğmadır, əzizdir. Nədəni:- Axı yazın gəlişini, torpağın dirçəlişini əziz xalqımız, əziz millətimiz əsrlər boyu nəsillərdən yadigar qalan əziz, dəyərli, üstün tutaraq, nəsillərdən nəsillərə ötürərək Novruz Bayramında da qeyd edir. 

Novruz Bayramı suyun, küləyin, odun, torpağın adını özündə əks etdirən çərşənbələri, göy üzünü bəzəyən, aləmi nura qərq edən göy cisimlərini-Günəşi, Ayı, Ulduzu sanki xarakterizə edən milli şirniyyatlı xonçaları, xalq deyimləri, qoşma-bayatıları, oyunları ilə də zəngindir. Bir sözlə Dədə Qorqud əmanəti, yaz ətirli, bahar təravətli, ruzi-bərəkət rəmzi olan incə beli qırmızı kəmərli, yaşıl donlu, gözəl səmənili, Novruz Bayramını, gözəl, əsrarəngiz

Yaz fəslini sevməmək olmur. 

Bu sevgi dolu, Bahar qızlı Novruz Bayramı münasibətilə bütün xalqımızı, millətimizi, səngərdə bizləri qoruyan əsgər, zabit heyətindən tutmuş Ali Baş Komandanlı bütün Vətən övladlarını-Sizləri təbrik edirəm, hər gününüzü Bayram abı-havalı keçirməyi arzu edirəm. 

Ucalardan Uca Rəbbim Anamız Azərbaycanı, Türk Dünyası Turanı hər an, daim qorusun, bu dünyada, cahanda sülh bərqərar olsun! AMİN!
Yaz ətirli, Bahar təravətli bir sevgiylə yazdığım “Yaz gələndə” şeirimi müəllif Nazlı Yazar olaraq Sizinlə bölüşürəm: 


“YAZ GƏLƏNDƏ”

Müəllif: Vətənpərvər şair Nazlı Yazar


Yaz gələndə necə sevinməyəsən?
Yazın şəninə şeir deməyəsən...
Ağaclar da al-əlvan çiçək açıb,
Bu gözəli necə vəsf etməyəsən?

Yazdı mənim ən çox sevdiyim fəsil,
Bu haqda yazılıb min nəsil-nəsil.
Təbiət dörd fəsil bəxş edib bizə,
Yazdı çöhrələrdə gülərüz fəsil.

Bülbüllər güllərdə min nəğmə deyir,
“Duman, çən sökülüb, şənlənin” deyir.
“Qışın qəfəsindən çıxmışıq artıq,
Cəngi yallısını siz gedin” deyir.

Nazlı Yazar yazdan min nazla yazar,
Nazlı Səmənidən min nazla yazar.
Kosa, Keçəl xurcunu sovqat dolu,
Novruzlu Bahardan tel sazla yazar.

Tonqallar qururulur çərşənbələrdə,
Ağırlıq atılır çərşənbələrdə.
Var qurşaq tutanlar, niyyət tutanlar,
Gümanlar köklənir çərşənbələrdə.

Süfrəni bəzəyir Bayram xonçası,
Rəngarəng şamıyla Bayram xonçası.
Paxlava, qoğalı, şəkərburası.
Fidanlar üzündə gülüş bərq vurur,
Budur, yarışır Bayram yumurtası.

Nazlı səmənili Nazlı Bahar da,
Nuranı ağsaqqal Dədə Qorqud da.
Deyir xoş arzular gül, çiçək açsın,
Səmənitək pöhrə verib boy atsın, 
Səmənitək pöhrə verib boy atsın.