adalet.az header logo
  • Bakı 12°C
14 Mart 2023 11:22
938
ŞOU-BİZNES

"Yaxşı qazanan, gündə toya gedən müğənnilərdən olsaydım..." - Müğənni Şəhla Həmidova

"Yaxşı qazanan, gündə toya gedən müğənnilərdən olsaydım, çox şey edərdim".

Bunu Adalet.az-a danışan “Xalq ulduzu” müsabiqəsindən tanınan müğənni Şəhla Həmidova deyib.

O, yaradıcılığında yenilik olmadığını bildirib."Çünki nələrisə etmək üçün maddiyyat lazımdır. Bir işi ərsəyə gətirmək üçün gedib studiyalarda ifa etməlisən, musiqiçilər bu işə cəlb olunmalıdır, bütün bunlar üçün də pul lazımdır. Bunları etmək durumunda olmadığım üçün yenilik yoxdur. Bir-iki mahnı ifa etmişəm, onların xərcini mən çəkməmişəm, dəvət ediblər. Ara-sıra konsertlərə dəvət alıram. Noyabrda Sara Qədimovanın 100 illik yubileyində çıxış etdim. Bəzən dəvətlər olur, bəzən də nəsə olur, xoşlarına gəlmirəm, adımı siyahıdan çıxarırlar.

İstəyərdim ki, sənətlə bağlı verilişlərə dəvət olunam, musiqilər ifa edəm, amma əfsuslar olsun, belə verilişlərimiz barmaq sayı qədər də deyil. Xəzər TV-də Leyla xanımın "Söhbət musiqidən gedir" verilişində az da olsa verilişin formatına uyğun olaraq ürəyimdən keçən musiqiləri ifa etməyə şans tapmışdım.

Həftəboyu toylarda yatan müğənni olmadığıma görə, qazandığım elə ancaq dolanışığa, başqa şeylərə gedir. Yaxşı qazanan, gündə toya gedən müğənnilərdən olsaydım, çox şey edərdim. Təəssüf ki, hər şey maddiyata bağlıdır. Ağlamıram, sızlamıram, heç kimdən də təmənnam yoxdur".

 

Eminquey