adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2017 14:41
16364
ƏDƏBİYYAT

"YAXŞILAR HƏMİŞƏ YADDAŞA KÖÇÜR"

Yaxın günlərinsöhbətidir. Dəyərli şairimiz, ruh qardaşım Vəli Xramçaylı əlində bir kitab gəldiiş otağıma. Həmişəki kimi ərklə əlindəki kitabı qoydu stolumun üstünə və elə həmino ərklə də dedi:

- Bu bir yaxşıkişinin, yaxşı şairin kitabıdı. Oxumuşam. Sən də oxu. Yəqin ki, xoşuna gələcək.Sonrasını özün bilərsən...

Təbii ki, bu ərkdən,bu təqdimatdan sonra Vəli Xramçaylının stolumun üstünə qoyduğu kitabı oxumamaqmümkün deyildi. İş gününün sonunda kitabı özümlə birlikdə evə götürdüm. Deməkolar ki, həmin gecəm təzə sözlə səhərə çıxdı. Oxudum Əyyub Paşanı. Gördüm ki,ruh adamıdı. Sözü, fikri ustalıqla misralayıb. Canında-qanında olan Qazax şeirhavası, şeir məktəbi onu əməlli-başlı yeni sözün, yeni misraların cəfakeşinəçevirib. Elə bu arada kitabın anatasiya səhifəsindəki bir imza da diqqətimi çəkdi.Bu, şeirlərini sevə-sevə oxuduğum Barat Vüsalın imzası idi. Bax, bu da mənə birəlavə ovqat bəxş etdi. Çünki Barat müəllim sözə çiyin verən, sözü zərgər dəqiqliyiilə oxucu qarşısına çıxaran böyük ürək və ruh sahibi kimi sevib tanıdığım şairlərimizdəndi.Deməli, onun məsləhəti və məsləhətçiliyi heç vaxt ötəri olmayıb. O, işıq görmədiyimisraya, sözə məsləhətçi yükünü çiyninə götürməz...

Və beləcə, ƏyyubPaşanın söz çələnginin içərisində gəzib-dolaşdım. Gördüm ki, şair oxucularınadeyir ki, məni yaşadan, mənə qol-qanad verən dostların ilqarıdı, etibarıdı, səmimiyyətidi.Və o da builqardan ruhlanıb yazır:

Yaxşılıqet, yaşa son an,

Halalqazan, halal dolan.

ƏyyubPaşanı yaşadan

Dostlarınınilqarıdı.

Builqarı, bu güvəni şeirə çevirmək və hamıya bəyan etmək hər adama nəsib olan işdeyil. Məhz bu səbəbdən mən Əyyub Paşanın səmimiyyətinə inandım və gördüm ki,o, sözün qatlarına enəndə səmimiyyətini, fikir tutumunu yaddan çıxarmır. Əksinə,deyir ki:

Eşitdimki, Bakıdasan,

Qəmsinəmdən aralandı.

Dedilərki, Vaqif köçdü

Ümidlərimyaralandı.


Damarımdadondu qanım

Söndüocaq, çıraq, şamım.

Sızıldadıruhum, canım

Yandıürək paralandı.


Heyfsiləndiyurd daşlarım,

Vaqifsevərsirdaşlarım.

Paşa,axdı göz yaşların

"Damcılı"tək şoralandı.


Bu şeir xalq şairi Vaqif Səmədoğluya, Səmədoğluitkisinə həm də bir eloğlu, bir dost, bir oxucu nekroloqudu. Və misralardan dagöründüyü kimi, bu şeirin arxasında sızıldayan, paralanan bir ürəyin göynərtisi,hıçqırığı dayanıb. Və yaxud el-obanın dəyərli bir ağsaqqalının, ziyalısınınitkisinə yazılan şeirdə Əyyub Paşanın söylədiyi fikirlərə diqqət yetirsək, həmino ürək parçalayan sızıltıların bir də şahidi olmaq mümkündü.


Yazdığımbu şeiri al, Paşa, köçür,

"Avey"indöşündə sal daşa, köçür.

Yaxşılarhəmişə yaddaşa köçür,

Tanrınınsevimli butası köçdü,

Birelin, ocağın atası köçdü!


MənƏyyub Paşanın şeirlərini oxuyanda bir məqamın da şahidi oldum. O da doğulduğu məkana,camiəyə bağlılıqdır. Yəni müəllifin demək olar ki, bütün şeirlərində Qazax vəonun tanınan, diqqət çəkən məkanları, ünvanları, sayılıb-seçilən insanları, birdə müəllifin ürəyinə doğma olanlar onun şeirlərinin qəhrəmanlarıdı. Zənnimcə,bu təkcə özünə köynəyin qədər yaxın olan əhatəni təbliğ etmək deyil. Bu həm dədaha yaxından tanıyıb bildiyin gerçəklikləri oxucuya təqdim etməkdi. Bu mənadaƏyyub Paşanın şeirləri mənim üçün həm də Qazaxı tanıtmaq, sevdirmək anlamınıyaradır. Təbii ki, şairin bütöv Azərbaycanımızla, Təbrizimizlə, Qarabağımızla,itkilərimizlə bağlı bir-birindən oxunaqlı şeirləri, misraları da var. Sadəcə, mən bir oxucu kimi əvvəldə qeydetdiyim məqamı hiss etdim və bunu çox doğru və uğurlu yaradıcılıq missiyasıhesab edirəm.

Bütün bunlarla yanaşı, Əyyub Paşanın şeirlərində fərdiağrılar, fərdi sızıltılar da çox peşəkarcasına poeziya nümunəsinə çevrilib. Məsələn,onun "Təklənən atalar qocalır bəzən" şeirində həyat yoldaşını erkənitirən bir kişinin bütün yaşamı elə ustalıqla misralanıb ki, onu ancaq görənlər,yaşayanlar bütün cizgiləriylə gözünün önünə gətirə bilər və şairin nəyi ifadəetdiyini özü canında-qanında hiss edə bilər. Şair yazır:

Qalmışam qələminumuduna mən,

Sevincim xatirə,qəmim göz yaşı.

Təklənən atalarqocalır bəzən,

Tez köçsədünyadan ömür yoldaşı!

Bəli, həmsöhbətolduğum Əyyub Paşanın şeirlər və poemalar kitabı haqqında yazdığım oxucu fikirlərimionun "Ay bənövşə" şeiri ilə bitirmək istəyirəm.

Nərgizim də qoysevinsin,

"Damcılı"yaqonaq gəlsin,

Paşanın da üzügülsün,

Xoş gün görüm,ay bənövşə.

Mən təsadüfdənfikrimi belə bitirmirəm. İstəyirəm ki, şairin qəmli notlar üstündə olanpıçıltıları onun növbəti kitabındaçağırışla, qələbə ovqatıylacilalansın və biz onun ömrünün də həmin o sevincli notlar içərisindəkeçdiyinə baxıb sevinək.

Əbülfət MƏDƏTOĞLU