adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Sentyabr 2019 12:29
15509
GÜNDƏM

YAXŞI Kİ DÜNYADA ƏDALƏTLİ HAKİMLƏR VAR

Ali Məhkəmə jurnalist İmdad Əlizadəninatası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən SeymurQarayevin cinayət işi üzrə kassasiya şikayətlərinə baxışı tamamlayıb.

2016-cı ilfevralın 14-də AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə BakınınZiya Bünyadov prospektində Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkünƏli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Əliəsgər Talıbov bir müddət xəstəxanadamüalicə olunduqdan sonra evə buraxılıb.

Qəza anından koma vəziyyətinə düşən ƏliƏliyev 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onunmüalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada67881, "Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavəolaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib.

Əli Əliyev 2017-ci ilin iyul ayının 2-dədünyasını dəyişib. Onun dəfn və yas mərasimlərinə 14000 manata yaxın pul sərfolunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkənin ailəsi mənəvi zərərə görə təqsirləndirilənşəxsdən 15000 manat kompensasiya tələb edib.

Beləliklə, zərərçəkənin ailəsinin mülkiiddiası ümumilikdə 166 min 531 manat həcmindədir.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsindəbaxılıb. Məhkəmə Seymur Qarayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsindəçəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edib. Onun barəsində həbsqətimkan tədbiri seçilməyib.

Zərərçəkənin hüquqi varisi İmdad Əlizadəninmülki iddiası qismən təmin olunub: 23 min manat.

Hökmdən narazı qalan İmdad Əlizadəapellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi 2018-ci ilaprelin 3-də Seymur Qarayevin cəzasını 4 il 11 ay 28 günlük həbsdən 4 il 6 ayaendirib. Onun ödəməli olduğu təzminatın həcmi isə 120 min 931 manataqaldırılıb.

İmdad Əlizadə Bakı Apellyasiya Məhkəməsininqərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəməninqərarına əsasən, təqsirləndirilən şəxsin cəza hissəsi qüvvədə saxlanıb, mülkihissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu il yanvarın 24-də Bakı Apellyasiya MəhkəməsiSeymur Qarayevdən 141 min 931 manatın tutularaq İmdad Əlizadəyə ödənməsi barədəqərar çıxarıb.

Hər iki tərəf bu qərardan Ali Məhkəməyəşikayət edib. İmdad Əlizadə 166 min 531 manatın tam ödənməsini, qarşı tərəf isəmülki iddianın ümumiyyətlə təmin olunmamasını istəyib.

Sentyabrın 4-ü Ali Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı Süleyman Atakişiyev zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı İmdad Əlizadənin şikayətinin təmin edilməsinə tərəfdar olub. Məhkəmə isə kassasiya şikayətlərinin heç birini təmin etməyib, Seymur Qarayevdən 141 min 931 manat tutulması qərarını qüvvədə saxlayıb.

Əli Əliyev 1946-cı ildə Laçın rayonununOğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, AzərbaycanDövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçınrayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-danmayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsindəqalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindənbəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin"54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Tanınmış jurnalist İmdad Əlizadə ƏliƏliyevin altı övladından biridir.(novator.az)