adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Avqust 2022 09:46
1065
MARAQLI

   "Yatmış gözəl" - kimdir?

    İnsan tarix boyu ölümlə hesablaşmağa qarşı durub. Hər vəchlə yaşamağa və həyata tutunmağa çalışıb və çalışmaqdadır. Məlumdur ki, qədimlərdə dünyasını dəyişən bəzi adamları mumyalamaqla onlara sayğı duyulub. Mumyalama antik mədəniyyətlərdə məşhur olsa da, yaxın keçmişimiz üçün elə də populyar deyil. Amma sizi 102 yaşlı bir mumya ilə tanış edə bilərik.
2 yaşlı Rosalia Lombardo adlı balaca qızın mumyası.
1918-ci ildə İtaliyada doğulmuş Rosalia adlı qız, 1920-ci ildə, 2 yaşını tamam etdikdən bir həftə sonra pnevmoniya xəstəliyi səbəbindən ölür.

  Atası Mario Lombardo qızının ölümündən çox sarsılır və onu dəfn etməkdən imtina edir. Sarsılmış ata, qızını mumyalatmağa qərar verir və bunun üçün də, o dövrdə İtaliyada ən yaxşı kimyaçılardan biri hesab edilən Alfredo Salafianı tapır. Cəsədlər sahəsində təcrübəli olan Alfredo, sarsılmış atanın hekayəsini eşidir və təmənnasız olaraq qızı mumyalayacağını bildirir.

   Alfredo balaca Rosalianı elə mumyalayır ki, 100 ildən çox zaman keçməsinə baxmayaraq, qızın mələk üzünün məsumluğu heç dəyişmədən hələ də qalıbdır.

     Alfredo mükəmməl mumyalamanın sirrini uzun müddət heç kimə vermədi. Qızın damarlarına fərqli yerlərdən təkrar-təkrar mayelər vurulduğu bilinirdi, amma o mayenin nə olduğu heç kimə məlum deyildi.
Nəhayət 1970-ci ildə balaca qızın necə mumyalanması haqda qeydlər tapıldı. Qeydlərdə mumyalanmada istifadə edilən kimyəvi maddələrin siyahısı da var idi.
Qliserin, Sink sulfat,Salisil spirti,Xlor.

   Cəsədin quruyaraq deformasiya olmasının qarşısını almaq üçün qliserindən, cəsəddə çürüməyə səbəb olan bakteriyaları öldürmək üçün salisil spirtindən, bədəni olduğu kimi daşlaşdırmaq üçün isə sink sulfatdan istifadə edilmişdir.

     Balaca qızın mumyasının maraqlı bir xüsusiyyəti də var. gözlərini qırpması.Mumyanı ziyarət edən insanları heyrətə gətirən bu görüntülər kimisinə görə bir möcüzə, kimisinə görə isə sadəcə bir illuziyadan ibarətdir. Bəziləri isə düşünür ki, mumyanın gözlərini qırpmasına səbəb, şüşə tabut içərisində olan havanın xüsusi temperaturunun dəyişməsinə görədir.
Sonra məlum oldu ki, qızın gözlərini qırpması optik bir illuziyadan başqa birşey deyilmiş. Mumyanın üzünə sürtülmüş xüsusi maddə  və onun üzünə düşən işıq effektləri səbəbindən ona baxdığınız zaman sanki gözlərini qırpırmış kimi alqılanır.

   Kimyaçı  Alfredonun bunu etməsinə səbəb isə, Rosalianın atası üçün daha canlı, sanki yaşayırmış kimi hiss edilməsini istəməsidir.

   Mumya maraqlı araşdırmaçılar tərəfindən rentgen edildikdə,  Rosalianın orqanlarının da  mükəmməl şəkildə qaldığı məlum olub. Bu, dünyanın ən yaxşı qorunmuş mumyası hesab edilə bilər, lakin onun hələ 102 yaşı var.

   İnsanlar bu balaca qızı heç korlanmamış saçları, məsum və gözəl görüntüsü səbəbindən "Yatmış gözəl" adlandırırlar.


 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ