adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 18:17
13650
MƏMLƏKƏT

Yasamalın bəxti açılır - FOTOLAR

Əslindəhəmişəönəmverdiyimyazılarımınünvanıproblemləronlarınişıqlandırılması, müvafiqqurumlarıməlumatlandırmaqolur. Bu yazımı isə məskunlaşdığım Yasaml rayonunda aparılan təmir-tikinti işlərinəgörə qələmə aldım. Bunu mənə qonşularım tövsiyə etdi. Dedilər ki, arada görülənişlərdən də yaz ki, iş görməyənlər oxuyub gözlərinə su versinlər.

Misalsudan da olsa bu gün görülən iş yolla bağlıdı.

Bildiyimizkimi ölkə rəhbərinin sərəncamı ilə artıq paytaxtımızın Yasamal rayonuna cari ilin2 fevral tarixindən Əziz Əzizov rəhbərlik edir.

Qeydedim ki, Yasamal paytaxtın önəmli rayonlarından biridir. Burada 11 işğal olunmuşrayondan 20 min 550 nəfər məcburi köçkünqeydiyyatdadır. Bu təxminən 5497ailə deməkdir.

Rayona icra başçısıtəyin edildiyindən az müddət keçməsinə baxmayaraq Ə.Əzizov artıq bir neçə dəfə rayonsakinləri ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, təklif və şikayətlərinidinləyib. Bu görüşlər zamanı sakinləri narahat edən məsələlərlə bağlı verdiklərisuallar ətraflı cavablandırılır, həmçinin sakinlər tərəfindən qaldırılan məsələlərintez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlarverilir.

Görüşlərin birindəsakinlər Yeni Yasamalda yerləşən Əsəd Əhmədov küçəsinin bərbad vəziyyətdə olduğunurəhbərliyə çatdırıb və bu küçəyə diqqət ayırmasını xahiş ediblər.

Əsəd Əhmədov küçəsiel xəritəsi ilə desək Yasamaldakı "Günəş" petrolun yanında üzü Yeni Yasamalatərəf uzanan yoldur. Bu yol Yeni Yasamalın lap yuxarı hissəsində 77 saylı marşurutunson dayanacağında kənar dairəvi yola birləşərək bitir.

Az bir müddətdə müraciətinbəhrəsi görülür. Belə ki, hazırda bu yolun yenidən qurulması üçün necə deyərlər,gecə-gündüz iş gedir. Yol həm genişləndirilir, həm də ki, yenidən salınır. Qeydedim ki, hazırda Yeni Yasamalın bu hissəsində əhali sıxlığı yüksəkdir. Bununla yanaşıkənar dairəvi yoldan şəhərin Yasamal hissəsinə də bu yola çıxmaq mümkün olduğundanyol əhəmiyyətlilik daşıyır. Sədərək və Binə yarmarkalarına da camaatımız gedərkənəsasən bu yoldan istifadə edirlər.

Uzun müddət idi ki,sakinlər bu yoldan çox əziyyət çəkirdi. Artıq bu yoldan söhbət düşərkən sakinlər"şükür" etməklə yanaşı, həm də yeni rəhbərliyin belə tez reaksiyasınıtəqdir edirlər.

Rayonda görülən işlərləmaraqlandıqda isə məlum oldu ki, Yasamal rayonunun hər mənzil istismar sahəsininərazisində aparılan "abad həyət" layihəsi çərçivəsində 16 istirahət parkıgünün tələblərinə uyğun bərpa edilir. Bütün bunlarla yanaşı elektrik enerjisi, qaz,istilik, su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaqbağçası, poliklinikaların tikintisi, mövcud olan təhsil və səhiyyə müəssisələrininəsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində çox vacib və əsaslı sosialinfrastruktur layihələrində həyata keçirilməsinə start verilib. Mərhələli və planlışəkildə aparılacaq abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində,məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda,həmçinin, digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri həyatakeçirilir.

Ə.Əzizov Yasamalrayonundan əvvəl 12 il Cəlilabad rayonuna da rəhbərlik edib. Artıq bu müddətin zamanıhər şeyə aydınlıq gətirir. 12 il bir rayonda rəhbərlik etmək ondan xəbər verir ki,öz idarəçilik prinsipləri ilə Ə.Əzizov ona göstərilən etimadı doğruldub. Bunun bariznümunəsidir ki, ölkə rəhbəri 8 dəfə Cəlilabad rayonuna səfər edib. Səfər çərçivəsindəprezident müxtəlif müəssisələrin, təhsil ocaqlarının, avtomobil yollarının, sosialobyektlərin, xəstəxanaların açılış mərasimlərində iştirak edib. Rayonda aparılan,həyata keçirilən tədbirləri, icra olunan sosial layihələri yüksək qiymətləndirib:"On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb vəyeni imkanlar yaranıb".

Düşünürük ki, Ə.Əzizovunrəhbərliyi altında paytaxtımızın Yasamal rayonunda aparılacaq abadlıq işləri tezlikləöz bəhrəsini verəcək. Rayonun ümumi görünüşü tələbatlara cavab verəcək dərəcədədəyişəcək.

Hər halda bu güngörülən işlər təqdirəlayiqdir və biz də bu rayonun sakinləri olaraq bu abadlıq işlərininhəyata keçirilməsində rayon rəhbərliyinə həm təşəkkürümüzü bildiririk, həm də dəstəyimizi.


Sakinlər adından

Nicat Rüstəmov