adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2015 18:23
3123
MƏMLƏKƏT

Yasamaldakı söküntü bumundan Reportaj

Məlumdur ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verənyanğın hadisəsindən sonra Şirvanda bəzi binaların fasadlarına vurulmuşüzlüklərin sökülməsinə start verilib. Artıq şəhərin əksər rayonlarında bu tiplimaterialdan üzlənən binalarda ciddi iş gedir. Yasamal rayonu Mətbuat prospekti,529-cu məhəllədə söküntü işləri davam etdirilir.

Binalar " lütdənib”

"Azərbaycan” Nəşriyyatı ilə üzbəüz yerləşən hündürmərtəbəli və onun yanındaolan beşmərtəbəli binaların fasadları demək olar ki, sökülüb. Beşmərtəbəlibinalara artıq yeni üzlüklər vurulur. Ərazidə çoxlu sayda canlı qüvvə işləyir.Fəhlələrlə söhbət zamanı məlum oldu ki, işin mümkün qədər tez yekunlaşdırılmasıüçün onlara ciddi tapşırıq verilib.

Söküntü işinə SOCAR baxır?

Ərazidə iş aparan fəhlələrin üst geyimində SOCAR-ın loqosunu görən zaman buişlərin sözügedən şirkətə həvalə olunması ilə bağlı sual yarandı. Ərazidə olanSOCAR əməkdaşları bununla bağlı bizimlə danışmasa da şirkətin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev məsələyə belə aydınlıq gətirdi:"Binəqədi rayonunda olan məlum yanğın hadisəsindən sonra yanğına meylli olanbina üzlüklərinin sökülməsi ilə bağlı hökumət tərəfindən ciddi tapşırıqverildi. Biz də SOCAR olaraq bu işə öz töhfəmizi vermək qərarına gəldik. Yasamalrayonunda işin gedişinə cəlb olunanlar SOCAR-ın Tikinti İdarəsininəməkdaşlarıdır. Bununla yanaşı SOCAR-ın texnikaları da prosesə cəlb olunub”.

Yeni üzlüklər gəlir

Yuxarıda qeyd etdim ki, üzlükləri sökülən binalara yeni üzlüklər vurulur.Bu üzlüklər digərlərindən fərqli xüsusiyyətə malikdir. Eyni zamanda xaricigörünüş baxımından heç də digər bina örtüklərindən geri qalmır. Sözügedənərazidə olan səlahiyyətli nümayəndələrdən yeni bina üzlükləri ilə bağlı məlumatalmaq istəsək də çox təəssüf ki, bu istəyimiz baş tutmadı.

Sonda onu da bildirək ki, söküntü gedən ərazidə Fövqəladə HallarNazirliyinin əməkdaşları da iş başında idilər. Görünən odur ki, yeni üzlüklübinalar Avropa Oyunlarına qədər vurulub qurtaracaq və eyni zamanda bu üzlüklərinsanların həyatı üçün heç bir təhlükə daşımır.

Ədil Ədilzadə