adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Oktyabr 2018 16:42
12193
KRİMİNAL

Yas mağarı boş qaldı... - Əmisinin gəlinini qaçırdığı üçün öldürülmüşdü

Qubada əmisi oğlunun arvadını qaçıran oğlanın yas mərasiminə gələn olmayıb.

Rayonun Tülər kənd sakinlərininAzNews.az-a verdiyi məlumata görə, əl-qolu bağlanaraq öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasimində 9 nəfər iştirak edib:

"Bizim kənddə bir adam öləndə onun yas mərasiminə ən azı 800-1000 adam gəlir. Amma Elşadın yasına çəmi 9 nəfər gəlmişdi. Onlardan 4 nəfəri kəndin vəzifədə olan şəxsləri, 5 nəfəri isə mərhumun yaxınları olub. Elşadı qəbiristanlıqda dəfn edib gələndən sonra həyətlərində qurulan yas mağarı boş idi. İki tərəfin heç birindən yasa adam gəlməmişdi”.

Qeyd edək ki, bir neçə gün öncə Quba rayon sakini əmisi oğlunun arvadını qaçırıb. Qadının həyat yoldaşı və qohumlarının kimsəsiz bir yerdə həmin oğlanın əl-ayağını bağlayaraq ona işgəncə verməsi ilə bağlı videogörüntü yayılmışdı. Oktyabrın 21-də gənc oğlan, qaçırdığı gəlinin qohumları tərəfindən döyülərək öldürülüb.