adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Dekabr 2019 15:10
32374
ŞOU-BİZNES

Yardan yarımış...

Oxuduğumuzkitablardan, tanıdığımız qadınların həyathekayəsindən, gündəlik çıxan cinayət hadisələrindən bilirik ki, hər qadınıntaleyinə yardan-ərdən yarımaq yazılmır.

Əminliklə demək olar ki, Nailə Əsgərzadə bu baxımdan "ənxoşbəxtlər” in siyahısındadır. Çünki, Keyt Middlton, Ledi Qaqa, Kim Kardaşyan,Melaniya Tramp, Peris Hilton, Keyt Blanşett, Enn Heteuey, Meraya Keri, SofiyaVerqara və Beyons bu azərbaycanlı xanım qədər bəlkədə şanslı olmayıblar.

Deməli, Rusiyada Korrupsiya ilə Mübarizə Fondu orada yaşayanvə fəaliyyət göstərən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin"Bombardier Global 6000" təyyarəsinə və 62 metrlik yaxtaya sahibolduğunu ortaya çıxarıb.

Adalet.az xəbər verir ki, jurnalistinbu qədər var-dövləti necə əldə etdiyi maraq doğurub. Bəlli olub ki, Əsgərzadə"VTB Bank"ın prezidenti Andrey Kostinlə eşq yaşayır. Təyyarə də eləbankın nəzdində olan şirkətlərdən birinin hesabına daxildir.

KMF isə dəyəri 60 milyon dollar olan təyyarənin Nailəyəyalnız kirayəyə verildiyini açıqlayıb. Onun uçuş zamanı hər 1 saat üçün təyyarəyə559 min rubl (14 min manat) ödədiyibildirilib. Jurnalist təkcə 2019-cu ildəsözügedən təyyarə ilə 51 saatdan çox uçuş reallaşdırıb.



Digər bir məqam isə faktlarda Nailənin yaxta və təyyarədənAndrey Kostinlə özəl görüşlər zamanı istifadə etdiyinin vurğulanmasıolub.

Lazımi qrumlardan məsələ ilə bağlı fikir öyrənilib.Bildirilib ki, bir jurnalistin aldığı maaşla bütün bunları etməsi mümkünsüzdür.

Qeyd edək ki, bundan əvvəl də Nailə sahib olduğu mülklərləgündəmə gəlmişdi. Rusiya mediası azərbaycanlı jurnalistin Rublyovkadakı Razdorıkəndi yaxınlığında 43 min kvadratmetrlik əraziyə sahib olduğunu yazmışdı. Onunqiyməti 45 milyon dollardır.


Əsgərzadənin Moskvada başqa bir yerdə 53 sot torpaq ərazisivə içərisində 923 kvadratmetr villası, eyni zamanda məşhur yaşayış kompleksində2 mənzili var. Nailə həmçinin 2011-ci ildə 229 kvadratmetrlik, 2014-cü ildə isə155 kvadratmetr ərazisi olan evlər alıb.

Bank müdiri Nailəyə elit-sinif avtomobilləri (BMW 325I, BMW650I X-Drive, BMW X5 X-Drive 50I), malikanəvə bir çox bahalıhədiyyələrdəedib.

Rus mediasınınməlumatına görə, Kostinin Nailəyəbağışladığı hədiyyələrin ümumi qiyməti milyard dolları ötüb.

Paxıl olmayanlar "Əhsən”deyə bilər.

Əntiqə Rəşid