Yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib.
Digər Xəbərlər

"Abşeron" ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var

Küləklə bağlı XƏBƏRDARLIQ

Cabir İmanovun ölün anı - ANBAAN VİDEO

Sumqayıtda avtobus yandı - YENİLƏNİB + VİDEO

Sumqayıtda 41 yaşlı qadın hamamda yıxılaraq ölüb

Bakıda yaşayış binasında yanğın - 5 nəfər təxliyə olundu

Bakıda anbarda güclü yanğın olub - YENİLƏNİB + VİDEO
