Yaqub Zurufçu Kanadada konsert verəcək
Tanınmış müğənni, Əməkdar Artist Yaqub Zurufçu Kanadanın Toronto şəhərində geniş konsert proqramı ilə çıxış edəcək.
Müğənni "Azərtac"a bildirib ki, Kanada dünyanın ən inkişaf etmiş, mədəni ölkəsidir və orada çoxlu sayda soydaşlarımız yaşayır, çalışır, mədəni fəaliyyət göstərirlər. Sevindirici haldır ki, orada soydaşlarımız mədəni cəmiyyətlər də yaradıblar. Məhz mənim konsertim də belə cəmiyyətlərdən birinin təşkilatçılığı ilə reallaşacaq.
Müğənni deyib ki, konsert 2018-ci ilin ilk günü, yanvarın1-də keçiriləcək.
Y.Zurufçu bildirib ki, Azərbaycan musiqisini dünyanın bir çox ölkəsində təbliğ etmək üçün, Torontodan sonra, Los-Anceles, Hyuston, Vaşinqton, London və başqa şəhərlərdə də konsertlər verəcək.
Qeyd edək ki, ötən il də Yaqub Zurufçu Kanadada konsert proqramı ilə çıxış edib və Ontario ştatının təhsil naziri tərəfindən fəxri diplomla təltif olunub.
Digər Xəbərlər
06 May 2024 10:58
İda dağında macəralar: tarix, mədəniyyət və təbiət qarışığı - FOTOLAR
03 May 2024 21:51Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27