adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Aprel 2020 12:54
11604
DÜNYA

Yaponiyanın bəzi şəhərlərində fövqəladə vəziyyət 6 ay davam edə bilər

Yaponiyanın bəzi şəhərlərində 6 ay müddətinədək fövqəladə vəziyyət elan edilə bilər.

Koronavirus epidemiyası ilə əlaqədar baş naziri Sindzo Abe aprelin 8-də paytaxt Tokio və Osaka şəhərlərində fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

Bundan başqa, Tiba, Saytama və Kanaqava prefekturalarında fövqəladə vəziyyət elan oluna bilər.

Qeyd edək ki, bu günədək 3 654 nəfər koronavirusa yoluxub, 85 nəfər həyatını itirib.