adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Yanvar 2019 17:26
14277
SİYASƏT

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

YAP-ın yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb

HakimYeni Azərbaycan Partiyasının (YAP) yeni inzibati binasının tikintisinə xərclənən vəsaitin həcmi açıqlanıb.

Adalet.azın xəbərinə görə, partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabatverilib.

Bildirilib ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri9milyon413min1manat olub.

Qeyd olunub ki, hesabat ilinin əvvəlinəpartiyanın cari və ehtiyat hesablarında6milyon446min14manat olub.

"Yeni Azərbaycan Partiyasınınhesabına daxil olan maliyyə vəsaitinin4 671 869manatı partiyanın İcra Katibliyinin və yerlitəşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə,633 991manatı partiya və onun yerli təşkilatlarının, gənclərvə qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyəaksiyalarına,184197manatı ezamiyyə xərclərinə,447 067manatı inventarların alınmasına,6 882 258manatı Yeni Azərbaycan Partiyasının yeni inzibatibinasının tikintisinə,232863manatı təmir işlərinə,453 255manatı kommunal və təsərrüfat xərclərinə,288 019manatı yanacaq və avtomobillərə xidmət işlərinə,71 125manatı bank xidmətinə,57 692manatı dəftərxana xərclərinə,33 035manatı çap işlərinə,212 817manatı isə sair xərclərə sərf edilib" - hesabatdaəks olunub.