adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Iyun 2017 17:46
7451
DÜNYA

Yanğında ölənlərin sayı 30-a çatıb

Londonda baş verən yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 30-a çatıb.

Yanğın nəticəsində xəsarət alan 24 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, iyunun 14-ü Londonun qərbindəki "Grenfell Tower” yaşayış binasında yanğın çərşənbə gününə keçən gecə baş verib.

Təxliyə olunan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı ictimai mərkəzlərdə, məscidlərdə və kilsələrdə yerləşdirilib.