adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Aprel 2017 13:15
21988
MƏDƏNİYYƏT

Yamaykanın qara aslanı Bob Marli

10 yaşında avtobussürücüsü atasını itirən, 14 yaşında məktəbi buraxan, 18 yaşında ailəsininrazılığı olmadan evlənən, yoxsulluq, ədalətsizlik və əzablarla dolu bir yaşamhekayəsi...


Hekayənin sonu isədaha çox kədərlidir. Bob Marli, musiqidən sonrakı ən böyük sevgisi olan futboloynayarkən ayaq barmağında açılan bir yaranı dini inancına görə müalicə etməməsinəticəsində 36 yaşında həyata əlvida deyir...


Robert Nesta "Bob" Marli - Yamaykalımusiqiçi və Rastafari hərəkatının üzvü.Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "Ishot the sheriff", "Bad Boys", "No Woman, No Cry","One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalqmüvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. Dillərədastan olmuş yüzlərcə mahnısı onu reqqi əfsanəsinəçevirmişdir.


"Gerçək budur ki, hər kəs səni incidəcək. Etməyin lazım olan tək şeyacı çəkməyə dəyər birini tapmaqdır.”

"Atam mənə dedi ki, mənə etdiyini övladından çəkərsən. Atama dedimki, atana etməsəydin məndən çəkməzdi.”


Rastafarianizim dinində müqəddəs torpaqlara Zion (birmənada cənnət) deyilməkdədir. Bu dinin mənsubları saçlarını heç daramazlar və kəsməzlər.Uzanıb gəzən saçlar nəticəsində"Dreadlock” adını verdikləri şəklə bürünərlər. Rastafarianizmin və budinə xas "Dreadlock” saç stilinin də dünya tərəfindən tanınmasına vəsiləolmuşdur.


Ailəsininin bütün etirazlarına baxmayaraq, özündənolduqca kiçik bir Afro-Yamaykalı olan Cedella ilə evlənir və 1945-ci ildə,Cedella hələ 18 yaşında ikən, Yamaykanın Nine Mile adlı bir kəndində NestaRobert Marlini dünyaya gətirir.


Uzun yol kapitanı olan atası, ailəsinə maddi dəstək təminedir, amma peşəsi səbəbiylə onları tez-tez görə bilmirdi. 1955-ci ildə, Bob hələ10 yaşında ikən, atası ürək xəstəliyinə görə dünyasını dəyişir.

Yoxsulluq, ümidsizlik və qarışıqlıq dolu bu getto mədəniyyəti,Bobun siyasi baxışlarını şəkilləndirərkən, bir tərəfdən də musiqi bilgisini vəistedadını alovlayırdı.


"Fərqini göstər, dəyiş, inkişaf elə, kəşf etməyi kəşf et, böyükləriniçində böyü. Nəticədə tək ol!”


14 yaşında məktəbiburaxan Bob, istəməsə də bir qaynaqçı köməkçisi olur. Qısa bir müddət sonra gözünə batan kiçik birpolad çınqırı, qaynaqçılığı buraxıb özünü tamamilə musiqiyə həsr etməsinə səbəbolur...


"Günəş parıldayır, hava gözəl, ayaqların rəqs etmək istəyir, amma yenədə ağlının bir qırağında dursun: indi kimsələr acı çəkir.”


"Up Stand Up”, mənası"Qalx ayağa, qalx” mahnısı ilə daha sonra isə "No Woman No Cry” "Ağlama qadın,ağlama” mahnılrı ilə dünyaya səs salmağa başlayır...

Bob Marli artıqüsyanın qara bayrağı, irqçiliyin, yoxulluğun, ədalətsizliyin qarşında rəqs edənbir Afro-Yamayka aslanı idi.



Döyüş və istismar əleyhdarırəftarlarıyla milyonlarla insanın qəlbini feth ederken, mənfəətlərinə tərsdüşdüyü adamlar tərəfindən iki dəfə sui-qəsd cəhdinə, bir çox konsertinin baştutmamasına qarşı çalışılmasına və davamlı susdurulma səylərinə məruz qalır.

Qazandığı ən əhəmiyyətliiki mükafatdan biri 1978-ci ildə Afrikalı insanlara edilən humanitar yardımlaradəstək olduğu üçün Birləşmiş Milletlerin təqdim etdiyi "Barış Medalı” idi. Digəriisə ana vətəni Yamaykanın ən böyük mükafatı "Merit” idi. Təəssüf ki, bumükafatı əlinə alma şansı olmadı.


"Mən qara adamın tərəfini tutmuram, mən ağ adamın tərəfinitutmuram. Mən Tanrının tərəfini tuturam.”


Reqqi ustası 1977-ciildə futbol oynayarkən ayaq baş barmağından açılan bir yara səbəbilə dəri xərçəngi(melanoma) olduğu ortaya çıxıb.

O isə ayağında əmələ gəlmiş bədxassəli şişinaradan qaldırılması üçün barmağının kəsilməsinə icazə verməyib. ÇünkiRastafarianizm (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyinqarışığından ibarət din) inancına görə cəsəd məzara bütöv haldabasdırılmalıdır, bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Onu həttabu dinin peyğəmbəri də hesab edirdilər.


1981-ci ildə səhhəti ağırlaşan Marli son günləriniyaşamaq üçün Almaniyadan ölkəsi Yamaykaya təyyarəsilə gedərkən vəziyyəti pisləşib.Təyyarəsi təcili tibbi yardım üçün Mayamiyə enməli olub. "Cedars of Lebanon"xəstəxanasında 1981-ci il mayın 11-i səhəri 36 yaşında dünyasını dəyişib.Marlinin ölüm ayağında olarkən böyük oğlu Zigginin qulağına pıçıldadığı sonsözləri isə belə olub: "Həyatı pulla almaq olmur".