“Yalama”nın müəllifi: “Biz gözləyirdik ki, o qəhrəmanlara heykəl də qoyular” - VİDEO

Xəbər verdiyimiz kimi Lənkəran şəhərində martın 10-11-12 mart tarixlərində Birinci Kitab Sərgisi keçirilir. Sərgidə “Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyevin müəllifi olduğu “Yalama” kitabının imza günü və onun əsasında çəkilmiş “Əsgərlər unudulanda ölürlər” filmi nümayiş olunacaq.
Adalet.az-a açıqlamasında Arif Əliyev kitabda və filmdə haqqında bəhs edilən 350 nəfər qəhrəmanımızın adının əbədiləşdirilməsinin vacibliyini vurğulayıb:
“Oxucularla bu gün görüşəcəyik. “Əsgərlər unudulanda ölürlər” filmi bir dəfə də Yardımlıda nümayiş olunub. Bununla yanaşı, Sumqayıtda, Gəncədə və Qubada filmin nümayi olub. Hara dəvət edirlər, orda nümayiş olunur. 1920-ci ildə ruslar Yalamaya girəndə deyirdilər ki, bizim 350 nəfərlik qornizon onlara müqavimət göstərməyib. Amma 350 nəfərin hamısı döyüşərək, həlak olublar. “Yalama” 2019-cu ildə çapdan çıxdı və onun əsasında rəhmətlik Rövşən Almuradov “Əsgərlər unudulanda ölürlər” filmini çəkdi.
Hansı xalqın tarixində belə bir hadisə olsaydı, buna daha həssas yanaşardı. Gözləyirdim ki, buna da çox həssas yanaşacaqlar. Bizim 19-20-21 yaşında olan 350 gəncimiz həyatının sonuna qədər 70 minlik orduya qarşı dayanıb. Bu filmi əvvəllər televiziyada proqramlara saldılar, amma sonra nədənsə çıxardılar. Çox ehtimal ki, Rusiyadan çəkindilər. Odur ki, mən gözlədiyim qədər də bir şey olmadı. Biz gözləyirdik ki, o qəhrəmanlara heykəl də qoyular və sair təkliflər var idi. Əlbəttə ki, filmə baxmağa həvəslilər daha çox olur, nəinki oxumağa. Oxumaq daha çox vaxt aparır axı. Film isə 40 dəqiqədir”.
Qeyd edək ki, “Əsgərlər unudulanda ölürlər” filmində 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 nəfər igid əsgərinin taleyindən bəhs edilir. Yalama döyüşü zamanı igid əsgərlərimiz iki saat duruş gətirmiş və son nəfəslərinə qədər mövqeyindən çəkilməmişdir.
Vasif Əlihüseyn
Digər Xəbərlər
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 14:20 Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 

Bakı -°C 






