Yağışlı hava davam edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11° isti olacaq.
Oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacaq.
Digər Xəbərlər
29 Aprel 2024 10:48
Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq
29 Aprel 2024 09:21Bakıda 31 dərəcə isti olacaq - Günün havası
28 Aprel 2024 14:46Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15