adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Oktyabr 2016 17:17
6120
GÜNDƏM

Yağışdan çıxıb yağmura düşənlər

Avropanın inkişafetmiş dövlətlərindən birində qaçqınlar üçün çadır şəhərciyi yerləşir. Facebook sosialşəbəkəsində Avropada yaşayan azərbaycanlı Kəmalə Məmmədova şahid olduğu mənzərəhaqqında təəssüratlarını bölüşüb. 90-cı illərdə Yevlaxda yerləşən çadır şəhərciyiilə müqayisə aparan həmvətənimiz indi Azərbaycanda belə şəhərciyin olmadığı dövrdəAvropnın ən inkişaf etmiş iki ölkəsini sərhəddində yerləşən Kaley (Fransa ilə İngiltərəninsərhəddində yerləşir) şəhərində qaçqınlar üçün sığınacaq olduğunu və burada qaçqınlarınnecə yaşadıqlarını yazıb. O deyir ki, çadır şəhərciyindən keçən yollarda maşın yoluilə yol boyu məftillər çəkilib, tikanlı məftillər kimi, qaçqınlar İngiltərəyə keçənyük maşınlarının ya gizlincə içinə girib, ya altına bağlanıb heyatlarını təhlükəyəatırlar.

İndi həmin yerlərinsökülməsinə başlanılıb. Əsas məsələ isə ondan ibarətdir ki, sökülən çadırların köhnəsakinləri Almaniyada kamplara göndəriləcəklər. Həmyerlimiz bu məsələyə xüsusilətoxunaraq deyib ki, kamplar da heç də çadır şəhərçiklərindən geri qalmır. Yəni,"burdan çıxıb ora gedənləri" gül-çiçəklə qarşılamayacaqlar. Avropada yaşayanbəzi Azərbaycan vətəndaşlarının qaçqınların Avropada pul qazanması ilə bağlı çağırışlarınıqeyri-dürüstlük adlandırıb. Yəni Avropaya köçməklə hər şey bitmiş hesab edilmir."Sırf qaçqın kimi çox çətinliklər var". - Sitatın sonu.


Rüfət Soltan