Yadplanetlilərlə bağlı Baydendən tapşırıq aldığını dedi – Həbs olundu
ABŞ-ın Florida ştatından olan Kori Conson yük maşını ilə Kosmik Qüvvələrin bazasına girmək istəyib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidentinin tapşırığı əsasında gəldiyini deyib.
Kori hərbçiləri inandırmağa çalışıb ki, prezident ona hərbçilərə əjdahalarla döyüşən yadplanetlilər haqqında məlumat verməyi tapşırıb.
Araşdırma zamanı məlum olub ki, o, idarə etdiyi maşını oğurlayıb və president tərəfindən belə bir tapşırıq verilməyib.
Kori həbs edilərək Brevard qraflığının həbsxanasına aparılıb. O, avtomobil qaçırmaqda ittiham olunur və 3000 dollar ödəməlidir.
Sosial media istifadəçiləri Consonun bu hərəkətinə yumorla reaksiya veriblər və bu döyüşdə kimin qalib gəldiyini soruşublar: yadplanetlilər, yoxsa əjdahalar?
Eminquey
Digər Xəbərlər
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

