adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2017 16:47
50347
MÜSAHİBƏ

YADDAŞIMA YAZILMIŞ TARİXİ GÖRÜŞLƏR

Ölkəmizin ictimai-siyasi həyatının ən önəmli məsələləri iləbağlı fikirlər öyrənmək və oxuculara təqdim etmək məqsədilə «Ədalət» qəzeti olaraq tez-tez müxtəlif insanlara, müxtəlif zümrələrin nümayəndələrinəüz tuturuq. Budəfəki müsahibimiz millət vəkili Cavanşir Paşazadədi. Təbii ki, söhbətimizinməğzini Cavanşir müəllimə bildirəndən sonra o bizimlə fikirlərini bölüşməyə razıoldu. Və biz də öz növbəmizdə ilk öncə bu gün anım gününü qeyd etdiyimz Ulu Öndərimizlə bağlı sualla müsahibəyə başladıq:

- Cavanşir müəllim, 12 dekabr UluÖndərimizin anım günüdür, Heydər Əliyevləbağlı sizin xatirələrinizi öyrənmək istərdik…

- Ümummilli liderimiz, Ulu Öndərimiz təkcə Azərbaycan üçün yox, bütövlükdədünya üçün çox böyük insandır. bucürdünyasəviyyəliinsanlabağlıfikirləribirneçəcümlədəifadəetməkçoxçətindir. Ammaşəxsitanışlığımızınzəmnindədeməkistərdimki, ilkdəfəonunla 1992-ciildəgörüşdüm. OndamərhumÜmummilliliderimizhakimiyyətəxalqıntələbiiləikincidəfəqayıtmışdı. ölkəhəyatını, başverənhadisələridərindənöyrənməküçünHeydərƏliyevayrı-ayrıregionlarınziyalılarınıqəbuledir, onlarınfikirlərinidinləyir, sonradamüvafiqqərarlarqəbuledirdi. Həmingörüşlərdənbiricənubbölgəsininziyalılarıiləkeçirildi. Ogörüşdəməniştirakedirdim. HeydərƏliyevbiziçoxsəmimiqarşıladıçoxmaraqlıbirsöhbətiniştirakçısıolduq. Məhz bu söhbətdəqaldırılan məsələlərə uyğun olaraq da, o, ciddi tapşırıqlar verdi. Tezliklə də o tapşırıqların nəticələrini təkcə cənub bölgəmizdəyox, bütün Azərbaycanda hiss etdilər. Bundan sonra daha iki dəfə mənim onunla görüşümolub və bu görüşlərdə də o, mənə müəyyən tapşırıqlar veribdi. Çox qürur hissiylədeyə bilərəm ki, o tapşırıqları vaxtında yerinə yetirə bildiyimdən məmnunam. Vəburada onu da əlavə edim ki, Heydər Əliyevin qəbulunda olmaq, onu şəxsən dinləməközü bir məktəb keçməkdir.

- Cavanşir müəllim,sizcə, xalqımız öz liderini layiq olduğu kimi qiymətləndirə bilibmi?

- Bir vətəndaş kimideyə bilirəm ki, bəli. Çünki bu xalq onunlaqürur duyur. Onu ürəyində, əməli işində, tarixində, yaddaşında yaşadır, xatirəsiniəziz tutur. Eyni zamanda, Ulu Öndərimizin layiqli varisi olan cənab prezidentimizİlham Əliyevin ətrafında hər gün daha sıx birləşir. Ona güvənir, ona inanır və onun xalqımızı daha da nurlu sabahlara aparacağınaəmindir. Doğrudur, bu gün müəyyən məmurların,vəzifə sahiblərinin tutduğu mövqe, şəxsi həyatlarındakı qüsurlar insanları qıcıqlandırır,narazı salır. Amma cənab Prezidentimiz bu cür halların qarşısını çox qətiyyətləalır və sübut edir ki, o hər bir Azərbaycanlının Prezidentidir.

- Cavanşir müəllim,siz millət vəkilisiniz. Və bu günlərdə parlamentdə 2018-ci ilin büdcəsi müzakirəolundu. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Doğru buyurursunuz.Biz gələn ilin büdcəsini müzakirə edib müəyyən irad və təkliflərimizi bildirdikdənsonra ona səs verdik. Və mən bir millət vəkili kimi sevinirəm ki, hər il bizim büdcəmizdəqeyri-neft sektorunun payı daha da artır. Cənab Prezidentimizin dediyi kimi, Azərbaycanxalqının, bütövlükdə iqtisadiy yatımızınneftdən asılılığı azalır. Bu da kənd təsərrüfatına, sahibkarlığa artan diqqətin,göstərilən qayğının bəhrəsidir. Yəni ölkədəbütün sahələrin inkişafına şərait yaradılır. Təbii ki, bu da büdcəmizin formalaşmasındaöz sözünü deyir.

- Bu günlərdə cənabPrezidentimiz çox ciddi bir kadr dəyişikliyi etdi…

- Bilirsiniz ki,kadr dəyişikliyi ölkə başçımızın səlahiyyətindədir.O, kimi hansı vəzifəyə istəyirsə, layiq bilirsə, ora da təyin edir. Amma bir vətəndaş kimi deyə bilərəm ki, sabiq Vergilərnaziri Fazil Məmmədov işlədiyi müddətdə vergilərsahəsində köklü dəyişikliklər edə bildi. Ancaq səhhətində müəyyən problemlər yarandığındancənab Prezident onu Mikayıl Cabbarovla əvəz etdi. İnarıram ki, Mikayıl Cabbarov həmin sahəni daha da inkişafetdirəcək və Prezidentimizin etimadını daha da doğruldacaqdı.

- Cavanşir müəllim,bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Heç olubmu ki, səlahiyyətlərindənsui-istifadə edən məmurlarla qarşılaşasınız?

- Bəli, bu cür hallarhəm mənim, həm də seçicilərimin də qarşılaşdığı həyat faktlarından biridir. Hətta seçicilərim bəzən elə faktlarla mənə müraciətedirlər ki, özüm də bir anlıq nə edəcəyimi, hansı qərar verəcəyimi müəyyənləşdirməkdəçətinlik çəkirəm. Amma sevinirəm ki, yerində olmayan məmurlarımız çox cüzidir. İşlək,bacarıqlı, çevik, Prezidentimizə, xalqımıza sədaqətli məmurlarımızın sayəsində bizyerində olmayanlarla mübarizə aparırıq, onlara öz yerlərini, öz hüquqlarını xatırladırıq.

- Son olaraq soruşmaqistərdim. Seçiciləriniz sizinlə görüşməkdə çətinlik çəkmir ki?

- Tam səmimiyyətimlədeyə bilərəm ki, mənim konkret qəbul günlərimlə yanaşı, günün istənilən saatındatelefonla və yaxud müxtəlif tədbirlərdə qarşılaşıb fikirləini söyləyən, şikayətləriniedən insanlar üçün problem yoxdur. Kim nə vaxt istəyirsə, mən onu qəbul etməyə, dinləməyə həmişə vaxt tapmışam.Bundan başqa, seçildiyim bölgədə tez-tez olur və seçicilərimlə necə deyərlər, özevlərinin kandarında görüşüb onların suallarını cavablandırmağa çalışıram. Bu həmbir vətəndaş kimi, həm də bir millət vəkili kimi mənim borcumdur. Üstəlik, mənəetimad göstərənlərin qarşısında mənim onlara verdiyim sözün gerçəkləşməsi üçün atdığımaddımlardan biridir. Düşünürəm ki, seçicilərim bundan sonra da məndən narazı qalmayacaqlar.

Ədil ƏDİLZADƏ