adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyul 2019 17:20
10533
GÜNDƏM

Yad məmləkətdə gərək Vətəninin üzünü ağardasan

Füzulinin Aşağı Əbdürrəhmanlıkəndində olmuşam. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, qayğıkeş qələmdostumuz Umud Rəhimoğlugildə, təxminən 29-30 il öncə. Onda bu gözəl yaşayış məskənininçal-çağır vaxtlarıydı, mən qələm yoldaşım, tənqidçi Nadir Cabbarovla birgəUmudun kiçik qardaşı Məhəbbətin toyunda iştirak etmək üçün Əbdürrəhmanlıya təşrifgətirmişdim. Zurna-balaban səsi ətrafı başına götürmüşdü, hərdənbir külək barıtqoxusunu gətirsə də, avtomat çaqqıltısı uzaqlardan eşidilsə də, camaat sakitgüzəranını yaşamaqdaydı, heç kəs haçansa bu doğma yurd yerlərinin işğal altındaqalacağına inanmırdı.

O zaman Umud Mirzəyevinatasıyla, qardaşlarıyla, qohum-əqrəbasıyla, ümumən götürsək, Əbdürrəhmanlıcamaatıyla tanış olduq: atası Rəhim kişi dedikcə qonaqpərvər, mərd, istiqanlı,qılıqlı adam idi. Ömrünün sonunacan kənd-kəsək eşqiylə qovruldu, qismətindədeyilmiş, Bakıda haqq dünyasına qovuşdu, ancaq doğma kəndinin lap həndəvərindəvəsiyyəti ilə dəfn olundu. Əlbəttə , o, bütün digər köçənlər kimi özüylə heç nəaparmasa da, qeyrətli, namuslu, vətənpərvər övladlar yadigar qoyub getdi.Haqqında söz açdığımız böyük oğlu Umud müəllim respublikada tanınan ziyalı,jurnalist, şair, ictimai xadimdir. Ölkədə əhəmiyyətli bir beynəlxalq ictimaiquruma rəhbərlik edir. Tez-tez xarici dövlətlərdə Azərbaycan həqiqətlərini qəzet-jurnalsəhifələrinə çıxarır, populyar saytlarda yerləşdirir, radio-televiziyakanallarında çıxışlar edir, imicimizi qaldırır.

Mirzəyevlər ailəsinə mənsubyeddi övladdan biri, adımızı Udmurtiya Respublikasında ləyaqətlə təmsil edən,İjevskdəki "Dostluq" diaspor təşkilatının rəhbəri, Udmurtiya DövlətƏfv Komissiyasına üzvü, bir sıra Dövlət təltiflərinə layiq görülmüş Zülfüqar Rəhimoğludur. Zülfüqar müəllim təkcə mədəniyyət mərkəzinə rəhbərliyi ilə kifayətlənmir,o, dağınıq surətdə səpələnən pərakəndə yurddaşlarımızın vahid, yumruq şəkildəbirləşməsində, yad məmləkətdə onların hüquqlarının qorunmasında, müstəqil,yeniləşən Azərbaycanımızın qürbətdə tanınmasında əsl fədai kimi iş görür.Zülfüqar Mirzəyev Udmurtiyada, ətraf regionlarda o qədər məşhurdur, adını çəkənkimi, təkcə özümüzünkülər deyil, başqa xalqaların da nümayəndələri nişan verir.Bəli, yad məmləkətdə gərək Vətəninin üzünü belə ağardasan. Şanlı-şöhrətlisoydaşımız tez-tez Azərbaycanlıları təxribata çəkən, yalanlar söyləyəntör-töküntün cavabını dərhal, yerindəcə verir. Lazım gələndə yerli dövlətorqanlarının təsiriylə haqq səsini qaldırır, etirazını bildirir, əks tərəfisusdurur. Hər cür maliyyə dəstəyi alan, xaricdən-daxildən qızışdırılan ermənilərtədbirlərdə, məclislərdə həmişə bu Qarabağlı balasının məntiqi qarşısında təslimbayrağı qaldırıb, cınqırını çıxarmamağı üstün sayıblar. Çünki qarşı tərəfdə əyilməzqala təsiri bağışlayan "Dostluğ"un sədrinin gücünə bələddirlər.


Zülfüqar Mirzəyev1967-ci ilin sazaqlı-şaxtalı fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindədoğulub. Təbii ki, orta məktəbi yaxşı qiymətlərlə bitirən, müəllimlərin hərçağırışına səs verən, ata-anaya balacalıqdan dirək duran, qoyun-quzu dalıncaqaçan, odun doğrayıb ocaq qalayan bu qıvraq kənd uşağının da əsas istəyi Bakıyaarzularının dalınca getmək, ali məktəbi bitirmək olub. O zamankı Horadiz qəsəbəsindəkiməşhur avtobazada sürücü kimi fəaliyyətə başlayıb. İlk əmək stajı yazılıb ona,məvacib alıb, valideynlərini sevindirib. Az sonar o vaxtkı bütün sovet gənclərikimi Zülfüqarı da ordu sıralarına çağırıblar. 1985-87-ci illərdə uğurla bu zərurimaneəni dəf edib, əsgəri xidmət göstərdiyi Moskva yaxınlığındakı Ximkikimyaçılar şəhərciyində inşaat briqadasında adını doğruldub. Gündəlik fizikiiş, təlim cavan əsgəri xeyli bərkidib, həyata hazırlayıb.

Soydaşımızın söylədiklərindən:"Bizim milli-mənəvi mentalitetimiz var, bu da xeyli fərqlidi. Cünki Azərbaycanailəsini nə rus ailəsi ilə müqayisə etmək olar, nə də digər bir xristian ailəsiilə. Bizim dədə-baba adətlərimiz hər şeydən üstündü, ancaq biz dəyişən, qlobaldünyada yaşayırıq və nələrisə başqa xalqlardan əxz eləməliyik. İndi etiraf edimki, beş nəfərdən ibarət balaca ailəmdə 2 qız, bir oğlan uşağı böyüyür. Rəhmatamın adını daşıyır, Xanım anamın, balaca qızımın adı Milenadır. Övladlarımorta məktəb şagirdləridir. Rus, ingilis dillərini mükəmməl öyrəniblər. Bu məsələdəsözsüz, evimin xanımı Təranənin rolu misilsizdir. Uşaq nə qədər ata nəzarətialtında olsa da, ana qayğısı, diqqəti daha önəmlidir. Axı o, həmişə uşaqlarınyanındadır. Azərbaycanda el arasında yaxşı bir müdrik söz işlənir: ata-analıböyüsün. Fəxr edirəm ki, övladlarım həm də ata-anamın adıyla böyüyürlər. deməli,Rəhim ata da, Xanım ana da həmişə yanımdadı. Onlara baxıb çətinliklərə qalib gəlirəm,yeri gələndə özümü yığışdırıram." SSRİ-nin çöküşü, iqtisadi tənəzzül vəböhran ötən yüzilliyin 80-ci illərin ortalarından təhsil almaq eşqiyləalışıb-yanan gənc Zülfüqarı bərk düşündürürdü. Özü də Rusiyada yaşadığındanburulğanın yaxınlaşdığını duyurdu, gözləriylə görürdü. Necə deyərlər,"Sovet Titanik"i batırdı, onu xilas eləmək mümkün deyildi. ZülfüqarMirzəyev iqatisadiyyatı seçdi, daha doğrusu, Udmurtiya Dövlət Universitetininmüvafiq faklütəsini. Hazırlıqdan 1987-ci ildə ali məktəbə qəbul olundu. Tələbəhəyatını faydasız, bihudə ötüşdürmədi. Həqiqətən dizini yerə qoyub oxudu, öyəndi,rus dilinin sirlərinə mükəmməl yiyələndi. 1993-cü ildə universitetin əyani şöbəsinibaşa vuran gənc məzun Udmurtiya Muxtar Respublikasının Vergilər Nazirliyinə təyinataldı.

Zülfüqar Rəhim oğlunundediklərindən: "Vətən ocaq kimi şeydi, biz hamımız o ocağın pərvanələriyik.Doğrudur, Azərbaycan tarixi müstəqilliyinə qovuşub, böyük inkişaf mərhələsikeçir. Yurdumuz hər sahədə potensialına görə digər MDB dövlətlərindən irəlidədir.Ancaq düşünəndə ki, biz nə qədər dünya ictimaiyyətinə sülhsevərliyimizi göstərsəkdə, müharibə etmək istəməsək də, hələ ki qarşı tərəf inadından əl çəkmir. Bununüçün hamı həmişə hazır olmalıdı. Kiçik də, böyük də. Biz-Udmurtiyada yaşayan Azərbaycanlılaryurdumuzun çağrışına daim diqqətliyik. Təki mübarizə davam eləsin,torpaqlarımız sülh yolu ilə qedsiz-şərtsiz qurtulsun…

İnanın, doğulduğun ki,yeri itirirsən, hissiyyatsız, duyğusuz kor kimi olursan. Burda quzu otardığımörüşləri, göz işlədikcə uzanan düzənlikləri, tərəvəz plantasiyalarını az qala hərhəftə yuxuda görürəm. Hərdən şirin röyadan diksinib ayılıram, inana bilmirəm, Füzulikimi münbüt torpağa malik bir rayon yaralıdır, bir hissəsi işğaldadır. Azərbaycanprezidenti İlham Əliyevin tikinti-quruculuq, abadlıq sahəsində Horadizdəgördüyü işlər təqdirəlayiqdir. Horadiz Avropanın ən müasir dəbli şəhəriylə gözəllikyarışına girə bilər, burda infrastruktur ən əla səviyyədədir. İnşallah, Füzulidə azad ediləcək və rayonumuzun əsl axar-baxarı ondan sonra başlayar:"


Peşəkar Sovet iqtisadçımütəxəssislərin təbirincə desək, kapitalizmə keçid çoxlu sayda problemlərdoğurdu. Birdən-birə hər kəs ictimai mülkiyyətə həqarətlə baxmağa başladı.Zavod və fabriklər, kolxoz və sovxozlar əvvəlki effektini itirdi. Baxmaq, cəmiyyətdən geri qalmaq olmazdı. Əlbəttə,operativ düşünmək bacarığı, az-çox üzləşdiyi həyat təcrübəsi, ilk növbədəiqtisadi biliyi-savadı Zülfüqarın köməyinə çatdı. Neyləmək olar? Özəl həyatsözünü zor-xoş deyirdi. O, "Pik" adlı müəssisə açdırdı. İran İslamrespublikasından sənaye malları alıb gətirir, bazara çıxarır, qazanc götürürdü.Bu minvalla xeyli müddət gedib-gəldi. Eyni zamanda Qazaxıstanda maşın alverinəqoşuldu. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Elə bir dövr çatmışdı, birtikə çörək tapmaq, dolanışlıq zəmanənin ən həlledici anına çevrilmişdi. LakinZülfüqar hiss etdi ki, həyatın damarını düzgün tutmayıb, müəyyən məsələlərdə səhvburaxıb. Aradakı müflisləşmənin, kasıblaşmanın səbəblərini arayıb-axtardı. Təxminən1994-95-ci illərdi. Eh… getsin o günlər gəlməsin bir də-söyləyib atalar.

İjekskdə Tülpan zavodumövcud idi. SSRİ dağılandan sonar da fəaliyyətini, adını bir müddət qoruyubsaxladı. Buna el arasında "podşepnik"zavodu deyirdilər. Zülfüqarın bumüəssisə ilə əlaqələri vardı. Ancaq istehsalat obyektində narazılıqlar baş alıbgedir, əmək intizamı pozulur, aylarla fəhlələrin məvacibləri verilmirdi. Zavodrəhbərliyi soydaşımızı müəssisənin həyətyanı yardımcı təsərrüfatına rəhbərliyədəvət edir ki, iqtisadi böhrandan qurtulmaq üçün çıxış yolu arayıb-axtarsınlar.Artıq 1997-ci ilin ortalarıydı. Az keçməmiş şəhər rəhbərliyi ümumi narazılığason qoymaq üçün zavod direktorunu işdən çıxartdı.

Soydaşımızın söylədiklərindən:Udmurtiya Respublikasında məskunlaşmağımın əsas səbəbkarı, böyük qardaşım, nəslimizinağsaqqalı, parlaq nümayəndəsi Umud müəllimdir. Hələ Sovetin yaşadığı 80-ci illərdəmən Rusiyanın şəhərlərini bir-bir köynəkdən keçirərkən qayğıkeş qardaş tövsiyəsinəvə məsləhətinə qulaq asdım. Umud müəllim bildirdi ki, Zülfüqar, maşallah,Rusiyada ayağın dəymədiyi yer qalmayıb. Tələbə vaxtı, yəni, M.Qorki adına DünyaXalqları Ədəbiyyatı İnstitutunda oxuyarkən Udmurtiyada olmuşam. Maraqlı,ekoloji cəhətdən füsunkar diyardı. Təbiəti zəngindi, meşələri, axar çeşmələrigöz oxşayır, nefti-qazı var. Paytaxtı İjevsk şəhəridi, əhalisi yarım milyondanbir az çoxdu. Əsas odu, udmurt xalqı öz adət-ənənəsini yaşadan, tarixini sevən,mədəni irsini təbliğ edən sadə xalqdı. Gəlsənə, yolunu ordan salasan, bəyənsən,yaşa-yarat orda. Düzü, Kalaşnikov avtomatını icad edən məşhur mühəndisindoğulduğu məkana qədəm basan kimi ovsunlandım. Elə bil qardaşım Umud ürəyimiqabaqcadan oxumuşdu…

Boya-başa çatdığıyer-yurd müvəqqəti də olsa itirilib. O boşluğun yerini heç nə verməz.Udmurtiyanı ikinci vətən seçən Zülfüqar müəllim haqq-ədalət mübarizəsindəxalqımızın qalib gələcəyinə inanır. Eloğlumuz bizi İjevskdə gəzdirərkən dönə-dönəsöhbəti o məcraya yönəltdi ki, Ermənistan tənəzzüldə, böhranda boğulur. On minlərləo millətin nümayəndəsi Rusiyanın küçələrində dilənçi kökündədir. Şükür, bizimxalq işləyir, çörəyini alnının təriylə qazanır. Həmin adamlar Yerevanı, ətrafrayonları tərk etmiş ac-yalavaclardır, Rusiyada pasport qeydiyyatına düşməküçün can çürüdənlərdir. Müqayisə eləmirəm, beynəlxalq miqyasda Azərbaycanınhörməti hara, Ermənistanınkı hara? Ölkəmizin inkişafı bütün sahələrdə nəzərəçarpır. Azərbaycan prezidenti İlham Əliyev tez-tez yolunu qonşu Rusiyadansalır. Əlbəttə, onun Vladimir Putinlə görüşləri ümid yaradır ki, tilsimin açarıtapılsın. Ərazilərimiz tərəddüdsüz boşaldılsın. Bakıdan Qarabağ köçüboşaldılmış rayonlarımıza yön alsın.

"Tülpan" adlıgeniş, müasir tipli iaşə-əyləncə mərkəzinə sahiblik edən, təkcə İjeksk əhalisinədeyil, xaricdən gələn qonaq-qaraya eyni səviyyədə yüksək mədəni xidmət göstərənhəmyerlimiz o cümlədən Azərbaycan mədəniyyətinin, kulinariya xidmətinin, ədəbiyyatınınfəal təbliğatçısıdır. Axı biz Nizami Gəncəvisi, Əfzələddin Xaqanisi, NəsrəddinTusisi, İmadəddin Nəsimisi, Məhəmməd Füzulisi, Şah İsmayıl Xətaisi, Mirzə FətəliAxundovu olan xalqıq. Xalçalarımız, əl işlərimiz min illərdir ki, dünya muzeylərinibəzəyir, şah-kral saraylarının yar-yaraşığına çevrilib. Musiqimiz, təsviri sənətimizqitələri dolaşır, planetin hər guşəsindən Azərbaycana başucalığı gətirir.Zülfüqar Mirzəyev adət-ənənələrimizə, mənəviyyatımıza kifayət qədər bələd şəxsdirvə onun Udmurtiyada bu yöndə apardığı təbliğatın misli-bərabəri yoxdur. Məsələn,həqiqətdir ki, dünya şöhrətli müğənni Müslüm Maqomayev bizimdir, ancaq gərəkyad millətə bunu qandırasan, mədəni, ağıllı surətdə başa salasan, qoy yaşadığınregionda Müslümün odlu-alovlu "Azərbaycan" mahnısının cazibəsinədüşsünlər.

Təşkilatçılıq bacarığıilə seçilən, əlaqə qurmaqda istedadı ilə tanınan Zülfüqar müəllim UdmurtiyaRespublikası ilə Azərbaycan Respublikası arasında mədəni-mənəvi körpünün əsasınıqoyub. Neçə il öncə Bakıda dünya xalqlarının gözəllik-musiqi festival keçiriləndə,bayrama İjevskdən simvolik surətdə yaşlı qadınlar-nənələr təşrif gətirmişdilər.O mədəni hadisə bütün Azərbaycan xalqının qəlbində zəngin təəssürat buraxdı. Həttarayon və kəndlərimizdə yaşayan sadə azərbaycanlılar da Udmurt nənələrinin məharətinəheyran qalmışdılar. Və o möhtəşəm bayram festivalı başa çatdı, qalib kim olsayaxşıdı. Təbii ki, hamını ovsunlayan, Udmirtiyanı təmsil edən həmişəcavan,talantlı nənələr.

1995-ci ilin mart ayının sonları. Azərbaycan Novruz bayramının doğurduğugözəllik ab-havasından, ovqatından hələ tam ayrılmayıb. Bu günlərin birindəşair dostum Vaqif Bəhmənli ilə zəngləşibgörüşdük. Xeyli gümrah və rahat görünən Vaqif müəllim maraqlı İjevsk səfərindənnağıl uydurub danışdığı kimi danışdı.

Təbii surətdə "baş qəhrəman"Zülfüqar idi. Tez-tez həmkarımı sorğu-suala tutanda, tədbirə Azərbaycandankimlərin qatıldığını öyrənmək istəyəndə, Vaqif özünəməxsus təmkinlə və yumorla,"qardaş, mövzu qapandı, ardını inşallah, "525-ci qəzet"in yaxınsaylarının birində oxuyarsan"-dedi.

Budur, Udmurtiya səfərinə şair-publisist Vaqif Bəhmənlinin həsrolunmuş "Neft, Kalaşnikov vəbulaqlar diyarında Novruz" məqaləsi çapdan çıxıb, qəzet qarşımdadır. Məqalədənsətirlər: "Hava alanında məlum oldu ki, nümayəndə heyətinə Azərbaycanınictimai həyatında kifayət qədər tanınan insanlar daxildir. Udmurtiya görüşlərininyüksək səviyyədə baş tutmasında zəngin təcrübə, bilik sərgiləyən bu şəxsiyyətlərinAzərbaycanı ucaldan, soydaşlarımıza sözün həqiqi mənasında ürək verənçıxışlarını bu sətirləri yazarkən də xatırlayıram. Bunlar-Azərbaycan PrezidentiAdministrasiyasının ictimai-siyasi şöbənin bölmə müdiri Qafar Əliyev, tanınmışjurnalist, Milli Məclisin deputatı Sahib Alıyev, prezdent yanında Dövlət İdarəçilikAkademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli,Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktoruMürsəl Əliyev, tanınmış hüquqşünas Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayevidilər". Sonra iştirakçı kimi bu isimlərə xalq artisti Fəxrəddin Dadaşovunvə istedadlı xanəndə Qoçaq Əsgərovun adları əlavə olunur.

Yeni gəlmişkən, 2018-ci ilin iyulunda Udmurtiyanın paytaxtı İjevskdədörd nəfərdən ibarət Azərbaycanın nümayəndə heyəti rəsmi görüşlərdə olub. MilliMəclisin Komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkili,Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, EA-nın əməkdaşı filoloq-alimAğahüseyn Şükürov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevqatılıblar. Onlar Udmurtiya parlamentinin üzvləri ilə qarşılıqlı fikir mübadiləsiaparmış, həmvətənlərimizin birləşdiyi "Dostluq" mərkəzində xüsusi tədbirdəiştirak etmiş, soydaşlarımızın vəziyyətilə maraqlanmışlar. Diaspor sədriZülfüqar Mirzəyevin dolğun məlumatları, qaldırdığı vacib problemlər diqqətdənyayınmamışdır.

Axırda Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Federal tədqiqat-araşdırmamərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıqla bağlımemerandium imzalandı. Eyni əlaqələr yaratmaq məqsədilə Azərbaycan MətbuatŞurasın ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında da rəsmi sənədləşmə uğurlaaparıldı. Tərəflər qol çəkdilər.

Sözsüz, bu publisistik qeydlərimdə dəyərli yurddaşımız Zülfüqar Mirzəyevitərifləyib göylərə qaldırmaq istəməmişəm, heç qəhrəman kimi obrazını yaratmaq məqsədidə güdməmişəm. Sadəcə, işinin-əməlinin müqabilində qürbət ölkədə yaşayan birnamuslu, qeyrətli soydaşımızın, vətəndaş vurğunluğunu, yaxşı vətənpərvərliyini,yurdsevərliyini, portretinin xarakterik əlamətlərini, cizgilərini cızmağaçalışmışam. Bütün bunlara bir sıratanınmış qələm adamlarının da sözlərini əlavə edərdim.

Vaqif Bəhmənli: Əcnəbiölkələrdə yaşayan hər ziyalı soydaşımızı mən mübaliğə olmasın, vətənin qeyri-rəsmidiplomatı adlandırıram. Əlbəttə, bu diplomatlıq missiyası hamının boyuna biçiləbilməz, gərək həqiqi mənada torpağını sevəsən, dağının-daşının qədrini biləsən,millətsevər kimi ad qazanasan. Bu sadaladığım ölçülərə Zülfüqar Mirzəyevtamamilə uyğun gəlir.

Dəyərli qardaşım Umudmüəllimlə iki dəfə Udmurtiyanın paytaxtında, İjevskdə olmuşam. ZülfüqarlaBakıda da görüşmüşəm. Ondakı intelektuallığa, daxili mədəniyyətə, erudisiyayaheyrət etmişəm. O, Azərbaycanın həqiqətən Udmurtiyada maaşsız-məvacibsiz səfiridi.Sanki uca Tanrı Zülfüqarın boynuna diplomatik missiya qoyub, soydaşımız birfövqəlqüvvənin təsiriylə o işi yerinə yetirir. Eşq olsun, belə Azərbaycansevərə,milət oğluna!

Nizami Rəhmanlı: Umudmüəllimə minnətdaram ki, məni Zülfüqarla tanış edib. İjevskdə bir neçə dəfəolmuşam, hətta orda yaşayan fəal soydaşlarımızdan kitab yazıb çap etdirmişəm. Həminkitabdan yüz nüsxə "Dosluq" mədəniyyət mərkəzinə hədiyyə vermişəm.Zülfüqar işgüzar,millətinə köklü surətdə bağlı, istiqanlı, səmimi insandır.Yaxşı qurucudur, təşkilati bacarığı onu hamının gözündə ucaldıb. Onlar İjevskdəüç qardaşdılar-Zülfüqar, Məhəbbət, Rafiq. Hələ indiyəcən bu qardaşların birinindigərinə güldən ağır söz dediyini eşidən olmayıb. Bu kökdən, ilikdən, ailə tərbiyəsindən,əxlaqdan qidasını götürür. Zülfüqar Mirzəyevi, Rusiyaya yolumu salarkən görməsəmbelə arxam-dayağım sayıram və bu yerdə ölməz şairimiz Məmməd Arazın bir bəndşeirini xatırlayıram:

Ana torpaq, hər daşınaüz qoyum,

Hər dərəndə çaldığınsaz yaşayır.

Kimi sənin çiynində… sənkiminin

Şöhrətini yaşadan azyaşayır.

Doğurdan da Vətəninyükü həmişə Zülfüqar kimi qadir oğulların çiynindədir. Böyük Allah o cürövladlara yar olsun!

Dahi Mövlanə CəlaləddinRuminin sözləridir: "Şam-alovu ilə başqa şamı alışdırırsa, odunu əsirgəməz".Ürəyinin işığı ilə sabahları açan, insanları nurlandıran, yad diyarda həmvətənlərinəhəyan duran, yeri gələndə yerli, imkansız adamların qayğısına qalan, maarifə-təhsiləəl tutan bu Azərbaycanlı ziyalı elə Mövlanənin nəzərdə tutduğu, vəsf elədiyiadamdır.

Ağacəfər Həsənli