YABAYLA DOVĞA İÇDİM, HEÇ BELƏ BİR YALAN GÖRMƏMİŞDİM
Hansısa saytda oxudum, onlar da erməni mənbələrinə əsaslanıblar, deməli, İrəvanda deyəsən Baqdasaryan adlı bir taksi sürücüsü görüb ki, sərnişinləri azərbaycanca danışırlar, qorxub. Özü də bu xəbərdən bütün Ermənistan qorxub. Hətta İrəvandakı ermənilər bundan sonra evlərini satlığa çıxarıblar.
Deməli, taksi sürücüsü maşını saxlayıb, polis çağırıb. Polis də gəlib sərnişinlərin sənədlərini yoxlayıb, məlum olub ki, hər iki sərnişinin pasportuna azərbaycanlı yazılıb.
Amma day həmin azərbaycanlıların sonrakı taleyi haqqında məlumat yoxdu.
İrəvanda taksiyə Azərbaycan dilində danışan adamlar minə bilər, çünki İran azərbaycanlıları İrəvanı su yoluna döndəriblər. Bu da elə yaxşıdı. Amma İran azərbaycanlılarının pasportuna «azərbaycanlı» yazılmır, «İran vətəndaşı» yazılır.
Ola bilsin azərbaycanca danışanlar Türkiyə azərbaycanlıları olsun, çünki türklərin də İrəvana gediş-gəlişi var. Amma Türkiyədə də pasportlara «azərbaycanlı» yazılmır, «türk» yazılır.
Belə yalan xəbərlərlə nə demək istəyirsiz, dostlar? Beş-on İP-dən ötəri camaatı niyə çaşdırırsız və sonra da deyirsiz ki, mətbuata inanmırlar.
Belə bir xəbər iki-üç ay öncə də çıxmışdı ki, azərbaycanlılar Xankəndində mağazaya giriblər alver etməyə.
Digər Xəbərlər
03 Oktyabr 2026 00:13
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR
03 Oktyabr 2026 00:06
Bu yolda sürət həddi endirildi
02 Oktyabr 2026 20:47
DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO
02 Oktyabr 2026 20:11


Bakı -°C

