Ödənişli yolda qəza ...
Bu gün ölkəmizdə dünya standartlarına cavab verən müasir asvalt yollar inşa edilir. Təbii ki, bu nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırır, sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatmasına əlverişli şərait yaradır.
Bunlar hamısı çox gözəldir. Çox təəssüf ki, bəzi sürücülər belə gözəl şəraitdən sui-istifadə edir və yol hərəkəti qaydalarını kobud surətdə pozurlar. Məsələn, yeni istifadəyə verilmiş Bəhmənli - Füzuli- Şuşa ödənişli avtomobil yolu ən müasir formada tikilərək istifadəyə verilib. Yolda hər cür infrastruktur mövcuddur. Üstəlik də bu dünya standartlarına cavab verən magistral yolda radar sistemlər də quraşdırılmayıb.
Elə bundan da bəzi sürücülər istifadə edərək daha yüksək sürətlə nəqliyyat vasitələrini idarə edirlər. Hətta bu yolda saatda 200-230-la avtomobilləri sürən sürücülər də var. Bir neçə gün bundan öncə həmin yolda yüksək sürətlə hərəkət edən " Mersedes - Gilanvanger" markalı avtomobil idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Sürücüyə və sərnişinlərə bir şey olmasa da , amma avtomobilə böyük ziyan dəyib.
Kimsə harasa İstirahatə gedirsə, zəhmət çəkib nəqliyyat vasitəsini normal idarə etməli və yol hərəkəti qaydalarına əməl olunmasına riayət etməlidir. Avtomobil yolu rahatdır deyə sürət həddini aşmamalıdır.
Emil FAİQOĞLU
Digər Xəbərlər
03 Avqust 2026 17:04
Bakıda yük avtomobili yandı
03 Avqust 2026 15:25
İyulda 8 mindən çox hektar ərazi minalardan təmizləndi
03 Avqust 2026 13:25
İyulda neçə adamı gün vurub?
03 Avqust 2026 12:50
Bakıda maşınlar torpağın altında qaldı - VİDEO
03 Avqust 2026 12:40
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
03 Avqust 2026 12:38
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
03 Avqust 2026 11:37
Ağdərədə mina partladı: Xəsarət alanlar var - YENİLƏNİB
03 Avqust 2026 09:20


Bakı -°C

