“Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, tərəflər Bakıda hansı mövzunu...”
“Bakıda Almaniya və Rusiya təmsilçilərinin gizli görüşü ilə bağlı bir neçə sual aktualdır. Birinci sual: Almaniya və Rusiya tərəfi Bakıdakı görüş barədə Azərbaycan Prezidentinə niyə əvvəlcədən məlumat verməyiblər? Nədən ehtiyat ediblər? Tərəflər bilməliydilər ki, görüş barədə məlumat gizli qalmayacaq və nə vaxtsa mətbuata sızacaq və bu halda Azərbaycan tərəfinin məlumatsız olması ev yiyəsinə hörmətsizlik kimi qəbul ediləcək”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, görüş barədə əvvəlcədən rəsmi Bakı xəbərdar edilsəydi, bunun müzakirələrə mənfi təsiri olmayacaqdı, əksinə Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır və bunu Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb:
“Bakıda Türkiyə və İsrail təmsilçiləri də vaxtilə qapalı görüş keçiriblər və bundan Azərbaycan tərəfinin məlumatı olub. İkinci sual: Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, tərəflər Bakıda hansı mövzunu və ya mövzuları müzakirə ediblər? Üçüncü sual: Almaniya tərəfdən görüşdə niyə hazırki kanslerin təmsilçiləri deyil, keçmiş kanslerin təmsilçiləri iştirak edib? Məlumdur ki, Vladimir Putinin ən yaxın xarici dostlarından biri Almaniyanın keçmiş kansleri Gerhard Şrödedir. O vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Putin dostunu Rusiyanın nəhəng “Qazprom” şirkətinin Direktorlar Şurasına təyin edib. Şröder bu vəzifədə kansler vəzifəsindən daha çox maaş alır. Putin son açıqlamalarının birində Rusiya-Ukrayna müharibəsiylə bağlı danışıqlarda Avropanı məhz Şröderin təmsil etməsi istəyini bildirib. Brüssel və Berlin bu təklifi rədd ediblər. Onlar Putinin dostuna, o cümlədən “Qazprom”dan maaş alan birisini Avropa təmsilçisi təyin edə bilməzlər. Bunun əvəzinə Putinin təmsilçiləri ilə görüşə Şröderdən sonrakı kansler Angella Merkelin təmsilçilərini göndəriblər. Böyük ehtimalla bunu da Putin istəyib. Çünki, Merkel Putinlə dialoqun tərəfdarı kimi çıxış edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Iyul 2026 10:15
“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”
23 Iyul 2026 10:15
“Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla...”
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46


Bakı -°C

