Pezeşkian: Heç bir amil İranla İraq arasında əlaqələri poza bilməz
Heç bir amil və ya təhdid İranla İraq arasındakı əlaqələri poza, dağıda bilməz.
Adalet.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İraqın Tehrana yeni təyin olunan səfiri Yaser Əbdül-Zəhra əl-Həcacın etimadnaməsini qəbul edərkən deyib.
İslam Respublikasının hökumət başçısı bildirib ki, iki ölkə arasındakı münasibət adi qonşuluq əlaqələrindən kənara çıxaraq dərin tarixi, mədəni, dini və sivilizasiya əlaqələrinə əsaslanır. O, İran-İraq hərtərəfli əməkdaşlığın;n dərinləşdirilməsinin, regional inteqrasiyanın gücləndirilməsinin və regionda sülh, təhlükəsizlik, rifah, davamlı inkişafa nail olmaq üçün ortaq imkanlardan istifadənin zəruriliyini qeyd edib.
Məsud Pezeşkian regionun və İslam dünyasının böyük potensialına istinad edərək deyib:
"Bölgəmiz misilsiz insan, təbii və iqtisadi nemətlərə, imkanlara malikdir. Region ölkələri, xüsusən islam ölkələri ortaq maraqlar çərçivəsində əməkdaşlığı və sinergiyanı genişləndirərlərsə, öz ölkələri üçün sülh, təhlükəsizlik, rifah, tərəqqi və davamlı inkişafa əsaslanan bir gələcək qura bilərlər".
Xatırladaq ki, İraqın yeni Baş naziri Əli əz-Zaidi bu postda ilk rəsmi səfərini ABŞ edib. Bu həftənin sonunda onun İrana gedəcəyi gözlənilir.


Bakı -°C

