Hava şərəitinə uyğun sürət...
Son vaxtlar bir çox nəqliyyat vasitələrinin sürücüləri hava şəraitinə uyğun sürət həddi seçmədiyinə görə ağır qəzalar baş verib. Bu hadisələr həm Bakıda, həm də respublikanın avtomobil yollarında olub.
Belə ki, bəzi sürücülər havanın yağışlı - yağmurlu olmasını, eləcə də yolların sürüşkənliyini nəzərə almır, avtomobilin əyləc sistemimdə nazaslıq yaranır və maşınların təkərləri mövcud tələblərə cavab vermir. El dilində demiş olsaq , şinlər köhnə olur. Elə biz onu demirik ki, sərt döngələrə də diqqət yetirilməyəndə belə qəzalar qaçılmazdır!
Bir neçə gün bundan əvvəl Qaradağ rayonunin Qobu yaşayış sahəsindəki avtomobil yolunda yüksək sürətlə hərəkət edən iri yük maşını qarşıdan gələn taksi ilə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla üç nəfər dünyasın dəyişib. Yük taksinı vurandan sonra bir evin həyət qapısına çırpılıb, dəmir qapını dağıdıb həyətdəki tikiliyə ziyan vurub.
Görürsünüzmü, yük maşının sürücüsünün məsuliyyətsizliyi üzündən belə bir faciə yaranıb. Sadəcə olaraq yük maşının sürücüsü bir qədər diqqətli olsaydı, yağışlı gündə hava şəraitinə uyğun sürət həddi seçsəydi, bir sözlə, yol hərəkəti qaydalarına əməl etsəydi belə ağır qəza baş verməzdi. Çox təəssüf ki, bizdə bir əksər sürücülər yağışlı, qarlı havalarda yolların sürüşkən olduğunu nəzərə almır və ölümlə nəticələnən ağır qəzalar yaranır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16


Bakı -°C

