adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Iyun 2020 12:21
81506
MƏDƏNİYYƏT

XX əsrin sonu – Uğurlu teatr addımları

Bu gün respublikamızda 28adda Dövlət statuslu teatrlar öz repertuar zənginliklərini qorumaqla fəaliyyətgöstərməkdədirlər. Hər birinin isə özünəxas yaradıcılıq yolu, repertuar formasıeləcə də tamaşaçı duyumu həmçinin sənət məktəbi yetişməkdədir. Bu teatrlardanbiri də artıq 28 illik tarixi yaşayan Qusar Dövlət Ləzgi Dram Teatrıdır.

Bu teatrıntarixinə nəzər salarkən diqqəti çəkən məqam hələ dövlət statuslu bir teatrolaraq fəaliyyət göstərməzdən öncə Qusarın qabaqcıl ziyalılarının təşəbbüsü vətəşkilatçılığı ilə 1963-cü ilin aprel ayının 15-dən Xalq teatrı olaraqfəaliyyətə başlamalarıdır. Məhz bu dövrdə aktyor, akrobat və kəndirbaz kimitanınan Sərdar Xəzrinski, onun ömür-gün yoldaşı Minayə Ramazanova, müğənni NoraƏlimova, aktyorlar Vaqif Əlimov, İmaməli İlyasov, Pəri Həbibullayeva, TamaraMəmmədova, Balakərim Səfərov, NüsrətƏliyev və başqaları öz çıxışları ilə Qusarın ictimai-mədəni həyatına yeni nəfəsgətiriblər. Bu dövrdə fəaliyyətə başlayan Xalq teatrı qısa müddət ərzindənəinki qusarlıların, həmçinin Azərbaycanın və Dağıstanın ləzgi rayonlarınınəhalisinin də rəğbətini qazana bilib. Uğurlu addımları ilə özünün sənət yolunutəsdiqləyən Xalq teatrı 1987- ci ildə "SSRİXalq Teatrları Festivalı”nın laureatı adına da layiq görülüb. Məhz buXalq teatrının bazası əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3iyul 1992-ci il tarixli 374 saylı qərarı, Azərbaycan Respublikası MədəniyyətNazirliyinin 26 iyul 1992-ci il tarixli 177 saylı əmri ilə Qusar Dövlət LəzgiDram Teatrı yaradılıb. Teatr yarandığı gündən Qusarda fəaliyyət göstərən GeneralM. Əbilov adına meydandakı Mədəniyyətevinin binasında yerləşib. Teatrın rəsmi açılışı isə 3 aprel1993-cü ildə G.Figeyredonun "Tülkü və üzüm” (Ezop) pyesinin tamaşası ilə olub.

Teatrıntarixinə nəzər salarkən maraqlı faktlardan biri də diqqəti çəkir. Belə ki, 1992-ciildə Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyətə başlayarkən aktyor bazasınınyaradılması məqsədilə buraya işləməyə Xalq teatrından 12 aktyor gətirilib.Qusar Dövlət Ləzgi Dram Teatrına ilk illərdə Xamət Muradov (1992-1993), dahasonralar Əlfəddin Rəhimxanov (1993), Məclum Fərzəliyev (1993-1998), Kuzma Əlimətov (1998-2000) və Rəhimxan Qaraxanov(2000-2011) rəhbərlik ediblər. Qeyd etmək lazımdır ki, Respublikasının Əməkdarmədəniyyət işçisi kimi tanınan RəhimxanQaraxanov bu teatrın səhnəsində 70-dən artıq maraqlı obrazlar yaratmaqla yanaşı42 tamaşaya rejissor olaraq səhnə həyatı bəxş edib. Belə ki, S. S. Axundovun"Tamahkar”, S. Rəhmanın "Aşnalar”, "Hicran”, İ. Əfəndiyevin "Bizim qəribətaleyimiz”, "Atayevlər ailəsi”, M. Əlizadənin "Dağ çiçəyi” kimi pyeslərini ləzgidilində tamaşaya hazırlayıb. Bu illərdə həmçinin Əkbər Fərzəliyevin "İmam Şamil”,Mirzəli Rüstəmovun "Hava açılır”, "Həmdullahın xam xəyalı”, "Ziyarətdənqayıtmış Hacı”, "Səfərbəyin toyu”, Şafiddin Gərəyxanovun "Yeddi qızın anası”,Bikəxanım Əlibəyovanın "Bitməmiş mahnı” kimi pyesləri teatrın repertuarındaəsas tamaşalar olaraq layiqli yer tutub.

02 fevral2011-ci ildən etibarən isə Qusar Dövlət Ləzgi Dram Teatrına Respublikasının ƏməkdarMədəniyyət işçisiFaiqQardaşov rəhbərlik edir.


Qardaşov Faiq Qardaş oğlu 15 iyun 1960-cı ildə Qusarrayonunun Əcəxur kəndində anadan olub. O, 2000-2001-ci illərdə Dərbənd MusiqiTexnikomunu və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialınının yenidənhazırlanma kursunu həmçinin 2003-2009-cu illərdə isə Dərbənd İncəsənət vəMədəniyyət İnstitutunu bitirib. Qeyd etmək lazımdır ki, RespublikasınınƏməkdar Mədəniyyət işçisi olanFaiq Qardaşov 150-yə yaxın mahnının müəllifidir.Azərbaycanda ilk dəfə Ramiz Qusarçaylının "Azərbaycan bayrağı” şeirinə musiqilikompozisiya bəstələyib eləcə də Ə. B.Haqverdiyevin"Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Asəf Mehmanın "Xarıbəy-Sarıbəy”,"Şurşurali”, "Sevimli Sədəf”, Zəlimxan Yaqubun "Böyük ömrün dastanı”, ƏliƏmirlinin "Köhnə ev”, Rafiq Səməndərin "Şəhidlər”, Mirzəli Rüstəmovun"Yeni zavmaq” (Yeni müdir), Şafiddin Gərəyxanovun"Eşqin odu”, Etibar Sturvinin "Kiri Buba”pyeslərinə uğurlu səhnə həyatı bəxş edərək quruluşlar verib və eyni zamanda həmin tamaşalaramahnılar bəstələyib.

Həmçinin o,fəaliyyəti müddətində bir sıra maraqlı obrazlar ifa edib. Belə ki, Sovetİttifaqı qəhramanı, General Mahmud Əbilovun obrazının maraqlı detalları iləoynanılması Faiq Qardaşovun taleyinə nəsib olub. O, həmçinin General MahmudƏbilovun həyat və fəaliyyətinə həsrolunan bir filmdə də General Mahmud Əbilov obrazına çəkilib. AzərbaycanRespublikası Prezidentinin 27 may 2018-ci il tarixli məlum Sərəncamı iləAzərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyətişçisi” fəxri adına layiq görülüb.

Bu gün QusarDövlət Ləzgi Dram Teatrının fəaliyyətindən söhbət düşərkən teatrının direktoruFaiq Qardaşov deyir: "Son illər teatrımızın inkişafında əsaslı və köklüdəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyoroyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların bu sənət məbədinə olanmarağı daha da artıb. Bunun nəticəsi olaraq teatrımız fəaliyyətdə olduğu 28ildə 130-a yaxın səhnə əsərini tamaşaçılara uğurla təqdim edib”.

Teatrın repertuarına nəzər salarkən görürük ki, M. Rüstəmovun "Səfərbəyin toyu”, X.Əlibəylinin "Dovşanın ad günü”, Azərbaycan xalq nağılı əsasında hazırlanan"Göyçək Fatma”, İ. Məlikzadənin "Hərənin öz ulduzu”, M. Abdullahın "Əsirqadın”, A. Şaiqin "Gözəl bahar”, Ə. Əmirlinin "Səhnədəməhəbbət”, H. Mirələmovun "Vəsiyyət”, R. Rəhimlinin "Sönmüş talelər”, Ə.Novruzbekovun "Peşəkar ər”, R. Tomenin "Səkkiz qadın”,Ə. Nesinin "Öldürməni canciyər”, R. Rəhimlinin "Üç gün, üç gecə” kimi pyesləri maraqlaqarşılanan səhnə əsərləri olaraq diqqəti cəlb edir. Eləcə də bu teatrınsəhnəsində M. F. Axundzadənin "Hekayəti Xırs-Quldurbasan” (rejissor Ağalar İdrisoğlu – 2012), M. Əlizadənin"Fırıldaqçılar” (rejissor Loğman Kərimov – 2014) və R. Rəhimlinin "Sönmüş talelər” (rejissorLaləzər Hüseynova – 2019) pyesləri Dövlət sifarişi ilə hazırlanıb. Repertuarzənginliyinə hər zaman çalışan yaradıcı kollektiv Cəfər Cabbarlının "Aydın”,İdris Şamxalovun "Pərixanum”, Ağalar İdris oğlunun "Şah İsmail Xətai”, Mirzə Fətəli Axunzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran”pyeslərini isə yeni mövsümdə hazırlanmağı planlaşdırır.


Aydan Şərif"Ədəbiyyat qəzeti”nin1 iyun 2019-cu il tarixli buraxılışında"Mənəvi-əxlaqi deqradasiyadan qurtulmağın uğurlu səhnə həlli” məqaləsində QusarDövlət Ləzgi Dram Teatrının zəngin yaradıcılıq ənənələrinə nəzər salaraq yazır:"Teatrın səhnəsində uğurla tamaşaya hazırlananHüseynbala Mirələmovun "Vəsiyyət” komediyası məhdud şəraitə vəmüəyyən çətinliklərə baxmayaraq yaradıcı kollektivdəki hər kəsin öz rolunuböyük şövqlə və peşəkarlıqla ifa etməsi nəticə olaraq gözəl səhnə performansıilə tamaşanın uğurunu təmin edib. Azərbaycan dilində təqdim edilən tamaşada ləzgi dilinə xas şirin intonasiya və üslubun qorunması iləyanaşı, ləzgi xalqının milli rəqsi "Ləzgihəngi”nin də səhnədə səslənməsi vəşıdırğı rəqslər yüzillər boyu zəngin dəyər və ənənələri yaşadan Azərbaycanınmultikultural mədəni müxtəlifliyinin əyani tablosu idi”.

Xatırlatmaqyerinə düşər ki, Qusar Dövlət Ləzgi Dram Teatrında Əlfəddin Rəhimxanov,Rəhimxan Qaraxanov, Balakərim Səfərov, Bağır Əhmədov kimi peşəkar Azərbaycanteatrının yetişdirdiyi və böyük sənət məktəbi keçən professional rejissorlarıuğurla fəaliyyət göstəriblər. Bu gün professional rejissor məktəbini teatrınbaş rejissoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, DağıstanRespublikasının Əməkdar artisti, Prezident mükafatçısı Laləzər Hüseynova uğurladavam etdirir. Baş rejissor Laləzar Hüseynova məhz bu teatrın səhnəsində Ü. Hacıbəylinin"Arşın mal alan”, Ə. B. Haqverdiyevin "Pəri cadu”, A. Saqarellinin "Xanuma”, R.Duyğunun "Xarı bülbül”, H. Mirələmovun "Xəcalət”, "Vəsiyyət”, R. Tohidoğlunun "Taleyinoyunu”, "Birdə etmərəm”, R. Rəhimlinin "Sönmüş talelər”, "Üç gün, üç gecə”, İ. Coşqunun"Çal oyna”, X. Əlibəylinin "Dovşanın ad günü”, L. Hüseynovanın "Dostlarınqisası”, R. Tomenin "Səkkiz qadın” və başqa pyeslərinə uğurlu səhnə taleyi bəxşedə bilib. Onun bu teatrın səhnəsində hazırladığı Rafiq Rəhimlinin "Üç gün, üçgecə” iki hissəli psixoloji dramı maraqla qarşılanan və uğurlu rejissortraktofkası ilə diqqəti cəlb edən səhnə əsərlərindəndir.

ƏməkdarMədəniyyət işçisi Rafiq Rəhimlinin "Üç gün, üç gecə” iki hissəli psixolojidramında əsas məqsəd narkomaniya, tənhalıq və bu tənhalıqdan doğan insanhisslərinin paylaşılması, çox zaman bu hisslərə hakim kəsilməmə və eləcə dəgünümüzün aktual sosioloji problemləri qabarıqlaşdırılıb. Səhnədə üç nəfəriştirakçısı olan bu pyesdə cərəyan edən hadisələr qısa zaman kəsiyində saysız-hesabsızmənzərə yaratmaqla müxtəlif zümrələrə məxsus çoxlu personajlar qrupu, obyektlər,müxtəlif peşə və vəzifə sahibləri ilə yaxından tanış oluruq. Bütün busadalananlar isə tamaşanın quruluşçu rejissoru olan Laləzar Hüseynovanıntraktofkasında daha dolğun və maraqlı detalları ilə təqdim edilir. Adətən birməkan çərçivəsində hadisələri ardıcılıqla təqdim etmək rejissordan böyük diqqətvə müşahidə tələb edir. Bu mənada rejissor Laləzar Hüseynova bir məkan çərçivəsindəbaş verən çoxlu sayda ciddi hadisələri elə ahəngdarlıqla təqdim edə bilib ki,olan və olaçaqları bir anda olsa belə həyəcansız izləməmək mümkün deyil.

Hal-hazırdarejissor Laləzar Hüseynovanın quruluşunda İ. Şamxalovun "Pərixanım” və A. İdrisoğlunun"Şah İsmayıl Xətai” pyesləri üzərində yaradıcılıq işləri uğurla davam etdirilir.

Bütünuğurlarla yanaşı bu gün Qusar Dövlət Ləzgi Dram Teatrında iki nəfər AzərbaycanRespublikasının Əməkdar Mədəniyyət işçisi, bir nəfər Dağıstan RespublikasınınƏməkdar artisti, üç nəfər isə Fəxri Mədəniyyət işçisi olaraq fəaliyyətgöstərirlər. Teatrın yaradıcı kollektivi eləcə də bir sıra teatr festivallarındada uğurla iştirak ediblər. Belə ki, "2+1”II Eksperimental Teatr Festivalında Ə. Nesinin "Öldür məni canciyər”, 2018-ciildə keçirilən "Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festivalında və2019-cu ildə isə keçirilən "2+1” III Eksperimental Teatr Festivalında R.Rəhimlinin "Üç gün, üç gecə” pyesləri ilə uğurlu iştirakları olub.

Bu gün teatrda yaradıcılıq uğurlarını daha da zənginləşdirmək həmçinin fəaliyyətindaha da səmərəli və çoxşaxəli təşkili məqəsdi ilə vacib olan bir xüsusiməsələni də diqqətə çatdırmaq istərdim. Təəssüflə qeyd etmək istəyirəm ki, 28illik bir yaradıcılıq yolu keçən Qusar Dövlət Ləzgi Dram Teatrının ayrıcabinasının olmaması müəyyən mənada özünün təsirini göstərməkdədir. Teatrınyaradıcı kollektivi ümid edir ki, dövlətimiz tərəfindən bu məsələ yaxıngələcəkdə öz müsbət həllini tapacaq və Qusar Dövlət Ləzgi Dram Teatrı bundansonra da multikultural Azərbaycanımızın mədəniyyətinin təbliği istiqamətindəfəaliyyətini daha da yüksək səviyyədə davam etdirəcək.

Anar Burcəliyev

Teatrşünas