adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Mart 2018 17:23
33971
ƏDƏBİYYAT

Xristianlığın parçalanma səbəbi: niyə pravoslav keşişlərə evlənmək olar, katoliklərə yox?

"Kilsə mahiyyətcə birdir; xristianları parçalayan əsasən öz dardüşüncələridir” – bunu xristian dininin ali xadimləri deyirlər. İsanındavamçıları məhz bu dar düşüncəliyi xristianlıqda baş verən böhranlara başlıcasəbəb hesab edirlər. Əslində bütöv dinin parçalanması təkcə xristianlıqdadeyil, bildiyimiz kimi İslam dini də bu səbəbdən parçalanır və hər təriqətin özqaydaları dini gözdən salır. Görünür, parçalanma dini inanclardan irəli gəlmir:bölünüb qrup yaratmaq, ayrı-ayrı başçılara tabe olmaq insanlığın xislətindədir.Çünki dini parçalanma səmavi dinlərlə yanaşı, çoxallahlılıqda da mövcuddur.

Əslində xristian kilsəsinin parçalanmasına gətirən əsas rəsmi səbəb əqidəüstündə ixtilaflar olub. Qərb və Şərq kilsələri bir-birindən həmişə fərqliinkişaf edib. Onların dini ənənələri, ayinləri bir-birindən fərqlənirdi. Xristiandini əsrlər boyunca dəfələrlə bölünüb, indi də bu parçalanma davam edir. Lakin ənəsas bölünmə 1054-cü ildə baş verib: ortodoksal kilsə parçalanaraq, pravoslavkilsəsi və katolik kilsəsi olmaqla ikiyə bölünüb.

Biz bu dəfə konkret xristianlıqdakı bölünmənin əsas səbəblərindənbiri olan din xadimlərinin nikahı məsələsinə nəzər salaq. Katoliklərə görə dinxadimi evlənməməli, Tanrının evində bakir olaraq qulluq etməlidir. Pravoslavlarisə əksinə, evlənib oğul-uşağa qarışırlar və bu da onların xidmətinə maneolmur. Halbuki katoliklərin evlənməməsinə dair İncildə hər hansı bir göstərişyoxdur. Heç İsa Peyğəmbər də həvarilərindən bunu tələb etməyib. Xristianlarınevlənməməsi təklifi ilk dəfə Apostol Paveldən gəlib. Həmin illərdə xristianlartəqib olunur, öldürülürdü. Apostol hələ azlıq təşkil edən xristianlara evlənməməyitövsiyə edirdi. Çünki təqib zamanı təkcə özünü deyil, həm də ailəsini düşünməliolacaqdı. Tənha kişinin isə belə qayğıları olmayacaqdı. Hətta Müqəddəs Pavelinbelə bir fikri var: "Evli adam özünü arvadına, subay kişi isə yalnız Tanrıya həsredər”.

Kilsə parçalandıqdan sonra isə din xadiminin məhz bakir qalaraq kilsəyəxidmət etməsi İsa peyğəmbərə olan hörmət kimi qəbul edilirdi. Çünki peyğəmbərevlənməmişdi və onun bakir olaraq qeybə çəkildiyi düşünülürdü. Ta ki XX əsrə qədərçoxu belə düşünüb. Amma Ötən əsrin sonlarında Vatikanda saxlanılan peyğəmbərin əbasıüzərində tər və tük qalıqları araşdırılıb. Məlum olub ki, peyğəmbər nəinkibakir olmayıb, hətta evli olub. Onun arvadının isə anasının köməkçisi olanMariya Maqdalena olduğu güman edilir.

Qeyd etdiyim kimi, katoliklərə də evlənmək olar, ancaq evli katolik ənyuxarı dini rütbələrə çıxa bilməz. Sadəcə sıravi din xidmətçisi kimi qalmaq istərsə,23 yaşından sonra evlənə bilər. Elə pravoslavlarda da keşiş rütbə almazdanqabaq evlənməlidir. Əgər rütbə alana qədər evlənməyibsə, sonra da evlənməkixtiyarı yoxdur.


Şəfiqə ŞƏFA