adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Oktyabr 2016 17:47
5926
GÜNDƏM

Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.